![“Hafiz Hacıyevdən soruşdum ki, görmüsən ki, hardasa xoşagəlməz kampaniyalarda olum?” “Hafiz Hacıyevdən soruşdum ki, görmüsən ki, hardasa xoşagəlməz kampaniyalarda olum?”](/uploads/posts/2021-03/thumbs/1615878558_0001.jpg)
“Hafiz Hacıyev dünən mənlə danışandan sonra açıqlama verib ki, Eldar Quliyev barədə mənfi söz deməmişəm”.
Bunu Pravda.az-a Milli Məclisin deputatı Eldar Quliyev Hafiz Hacıyevin onun barədəsindəki açıqlaması ilə bağlı danışarkən deyib.
E.Quliyev bildirib ki, Hafiz Hacıyev xoşagəlməz sözləri şəxsən mənim barəmdə yox, ümumi deyib: “Mən Hafizi obyektiv adam kimi tanıyıram. Ondan soruşdum ki, sən görmüsən ki, mən hardasa və ya elə Azərbaycanda hansısa xoşagəlməz kampaniyalarda olum?! Dedi, əlbəttə ki, görməmişəm”.
Qeyd: Hafiz Hacıyev Eldar Quliyevin qalmaqallı açıqlamasından sonra onun barəsində xoşagəlməz açıqlama versə də, daha sonra həmin açıqlamanın jurnalist tərəfindən səhv anlaşıldığını və Eldar Quliyevin tərbiyəli insan olduğunu vurğulayıb.