"Bu vəziyyət Ermənistanı daha da zəif düşürəcək" - Partiya sədri
Tarix: 17-03-2021, 08:41 | Çap et
Martın 17-də Azərbaycanda qeydiyyatda olan 50-yə yaxın siyasi partiya rəhbərlərinin işğaldan azad olunmuş ərazilərə səfəri olacaq. Səfərin təşəbbüskarı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsidir.
Ötən il Vətən müharibəsi zamanı ölkədəki demək olar bütün siyasi partiyaların birgə bəyanata imza atmaları, milli birlik nümayiş etdirilməsi çox ciddi hadisə idi. Proses bu gün də davam edir və artıq siyasi partiyaların rəhbərlərinin işğaldan azad edilmiş torpaqlarımıza birlikdə səfəri reallaşır. Bu səfərdə hakimiyyət partiyası, hakimiyyətyönlü partiyalar, müxalifət partiyaları hər kəs bir yerdə olacaq.
Ermənistanda siyasi təlatümlər və iqtidar-müxalifət qarşıdurmasının yaşandığı bu günlərdə Azərbaycanda siyasi partiyaların birlik nümayiş etdirməsinin, işğaldan azad edilmiş ərazilərə birgə səfərinin hansı əhəmiyyəti var? Yeni siyasi kurs siyasi partiyaların cəmiyyətdə rolunun artırılmasına hesablanıb?
Yeni Azərbaycan Partiyasının şöbə müdiri, deputat Aydın Hüseynov bildirdi ki, siyasi partiyaların rəhbərlərinin və təmsilçilərinin işğaldan azad olunmuş ərazilərimizə birgə səfərinin təşkil edilməsinin bir sıra istiqamətlər üzrə ciddi əhəmiyyəti var. Bu cür səfərlərin dövlət tərəfindən yüksək səviyyədə hazırlanması partiyaların cəmiyyətdə nüfuzunun artmasına da təsirini göstərəcək. Başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, hakimiyyət siyasi partiyaların cəmiyyətdə mövqelərinin daha da güclənməsində maraqlı olduğunu praktiki addımlarla nümayiş etdirir: “Azərbaycanda siyasi islahatların tərkib hissəsi olaraq siyasi partiyalarla hakimiyyət arasında uzun müddətdir dialoq gedir. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunuverici hakimiyyətlə iş şöbəsinin müdiri Ədalət Vəliyev cənab Prezidentin bu istiqamətdə tapşırıq və tövsiyələrini uğurla həyata keçirir. Azərbaycanda artıq elə bir uğurlu siyasi mühit formalaşıb ki, hakimiyyət təmsilçiləri, hakimiyyət partiyası ilə hakimiyyətə müxalifətdə olan partiyaların rəhbərləri istənilən an bir araya gəlib vahid mövqe nümayiş etdirə bilirlər, artıq işğaldan azad edilmiş ərazilərimizə birlikdə, eyni avtobusda səfər edirlər.
Siyasi islahatlar öz müsbət nəticələrini verir. Çox gözəl bir işlək mexanizm ortadadır. Siyasi partiyaların rəhbərlərinin, təmsilçilərinin işğaldan azad olunmuş ərazilərimizə səfərinin təşkil edilməsi Azərbaycan cəmiyyətinə, həmçinin Ermənistana, bölgədə marağı olan qüvvələrə həm də bir mesajdır. Ermənistanda daxildə təlatümlər yaşanır, vətəndaş qarşıdurması, siyasi partiyaların bir-birini qırması prosesi gedir. Azərbaycanda isə müharibə zamanı siyasi qüvvələrin milli birliyi bu gün də davam edir və daha da güclənir. Qalib Azərbaycanın siyasi partiyaları siyasi mövqelərindən asılı olmayaraq Qarabağ məsələsində yenə bir yerdədirlər, Qarabağa birlikdə səfər edirlər”.
AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, daxili siyasi sabitlik, milli birlik istənilən dövlətin daxili və xarici siyasətinə təsir eləyən əsas amillərdən biridir. Daxilindəki siyasi qüvvələrin öz aralarında konsensusu, dialoqu olmayan dövlətlər kənardan müdaxilə etmək istəyən qüvvələrə açıq olur: “Nəzərə alsaq Azərbaycan Ermənistan kimi uğursuz bir dövlətlə qonşudur, Azərbaycanın daxilində iqtidarlı-müxalifətli bütün siyasi partiyaların milli məsələlərdə bir yerdə olması, ölkədə milli birliyin, dialoq mühitinin olmasının əhəmiyyəti daha da artır. Azərbaycanda bütün amillərin mövcud olması Azərbaycanın gücünə güc qatır. Ermənistanda isə daxildə heç bir məsələ ilə bağlı siyasi partiyaların mövqeləri üst-üstə düşmür və bu vəziyyət ölkəni xaosa sürükləyir. Bu vəziyyət Ermənistanı daha da zəif düşürəcək.
Azərbaycanda siyasi partiyaların sədrlərinin işğaldan azad olunmuş ərazilərə birgə səfərinin təşkil edilməsi də ciddi əhəmiyyət daşıyır. Biz bununla Vətən müharibəsi günlərində nümayiş etdirdiyimiz vahid mövqenin davam etdiyini nümayiş etdiririk. Eyni zamanda Ermənistana, dünyaya bir mesajdır ki, Qarabağ məsələsində Azərbaycanda siyasi baxışlarından asılı olmayaraq bütün siyasi partiyaların mövqeyi yekdildir, Qarabağ məsələsində bütün partiyalar vahid mövqedən çıxış edirlər".
T.Abbaslı hesab edir ki, partiyaların cəmiyyətdə rolunun artırılması baxımından da bu cür birgə səfərlərin təşkilinin əhəmiyyəti var. Ölkədə çoxpartiyalı sistemin real olaraq işləməsinə təkan verilməsi dövləti gücləndirir, dövlətin immunitetini möhkəmləndirir.
AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, Azərbaycan xalqı həlledici anlarda dünyaya örnək olan birlik ortaya qoymağı bacaran xalqdır. Siyasi qüvvələr də xalqın içindən çıxıblar. Ona görə də milli məsələlərdə bir yerdə olmağı bacarırlar. Azad olunmuş torpaqlara birlikdə səfər birliyimizin növbəti nümayişidir: “Xalqımız Şərq müdrikliyindən qaynaqlanan böyük bir xəzinəyə sahibdir. O xəzinə ki, hər zaman mərhəməti və ədaləti özündə əks etdirib. Heç bir zaman başqasının malında, mülkündə, torpağında gözümüz olmayıb. Haqsızlığa və işğala məruz qaldıqda isə bir yumruq kimi birləşməyi bacarırıq və bunu 44 günlük savaşda bütün dünyaya sübut etdik. Birliyimiz böyük Zəfərin açarı oldu. Əlbəttə ki, bu həm də xüsusilə də son bir il ərzində formalaşmış iqtidar və müxalifət arasında yeni siyasi münasibətlər kontekstində mümkün oldu. Hesab edirəm ki, bu belə də davam etməlidir. Bundan sonrakı birliyimizlə tarixi torpaqlarımıza böyük qayıdışı təmin etməliyik. Eyni zamanda bölgədə təhlükəsizlik tədbirlərini gücləndirməliyik. Əvvəlkindən beş qat daha güclü və ayıq-sayıq olmalıyıq. Milli məsələlərdə hər zaman, dediyimiz kimi, iqtidar-müxalifət düşüncəsi bizim üçün əsas deyil, əsas olan belə hallarda bir vəhdət halında bir yerdə yürüməyimizdir. Ümid edirəm ki, belə də olacaq”.
AMİP sədri onu da dedi ki, Azərbaycanla Ermənistanın daha bir fərqi ortadadır, bizdə milli birlik, siyasi qüvvələr arasında konsensus, Ermənistanda qarşıdurma hökm sürür: “Ermənistanda yaşanan hakimiyyət böhranı Azərbaycanın regionda yaratdığı yeni reallıqların nəticəsidir. Əslində erməni cəmiyyəti ən azından son 30 il ərzində Azərbaycan insanına yaşatdığı ağrı-acının bədəlini ödəyir və hələ uzun illər də ödəməkdə davam edəcək. Erməni toplumu sadə bir həqiqəti başa düşmək iqtidarında deyil ki, mübtəla olduğu xəstə təxəyyüllə heç bir halda üstün mövqeyə yiyələnə bilməz. Bu mənada hazırda Ermənistanda yaşananlar da iqtidar-müxalifət münasibətlərindən ortaya çıxan siyasi mübarizədən daha çox, hər iki tərəfin və bütövlükdə erməni toplumunun ağır məğlubiyyətindən doğan məntiqi nəticədir. Tarixi reallıqlar da onu deməyə əsas verir ki, sonuc olaraq bütün hallarda işğalçıların, başqa torpaqlarda gözü olanların və terrora və dağıdıcı siyasətə üstünlük verənlərin aqibəti belə olur. Nə yazıq ki, erməni siyasi isteblişmenti bu qızıl qaydanı heç zaman dərk etmək gücündə olmayıb. Çünki onların mayası belə yoğrulub. Bu səbəbdəndir ki, erməni toplumunda, iqtidar və ya müxalifət düşərgəsində olmasından asılı olmayaraq sağlam məntiqi qavramaq gücündə olan siyasətçiyə rast gəlmək mümkün deyil. Məhz buna görə erməni cəmiyyəti hələ uzun illər sonra da belə çalxalanmaqda davam edəcək”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Niyam məni işdən çıxardıb, yalan danışmasın"
Bu gün, 19:15 |
|
|
|
• Qalmaqal böyüyür: - “Qəssabların baha satdığı quzu deyil, o ət...”
Bu gün, 19:10 |
|
|
|
• Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? - DOSYE
Bu gün, 19:09 |
|
|
|
• "Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" - İDDİA
Bu gün, 19:09 |
|
|
|
• Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... - Cavabsız suallar
Bu gün, 19:02 |
|
|
|
• "Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58 |
|
|
|
• Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü - erməni mediası
Bu gün, 18:12 |
|
|
|
• Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb
Bu gün, 18:09 |
|
|
|
• Əfv Məsələləri Komissiyasının iclası keçirilib - AÇIQLAMA
Bu gün, 18:06 |
|
|
|
• “SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... - BU NƏDİ BELƏ?..
Bu gün, 18:02 |
|
|
|
• Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
Bu gün, 17:57 |
|
|
|
• Trampdan dünyanı şoka salan QƏRAR – Biznesin inkişafına, yoxsa rüşvətə YAŞIL İŞIQ?
Bu gün, 17:54 |
|
|
|
• “İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Bu gün, 17:51 |
|
|
|
• Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Bu gün, 17:46 |
|
|
|
• Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Bu gün, 17:37 |
|
|
|
• Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Bu gün, 17:36 |
|
|
|
• Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 17:31 |
|
|
|
• Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Bu gün, 17:30 |
|
|
|
• SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Bu gün, 17:27 |
|
|
|
• Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Bu gün, 17:25 |
|
|
|
• Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Bu gün, 17:21 |
|
|
|
• "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Bu gün, 17:20 |
|
|
|
• MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Bu gün, 17:14 |
|
|
|
• Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Bu gün, 17:11 |
|
|
|
• Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Bu gün, 17:09 |
|
|
|
• "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Bu gün, 17:08 |
|
|
|
• MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Bu gün, 17:07 |
|
|
|
• Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Bu gün, 16:50 |
|
|
|
• Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:48 |
|
|
|
• Putin genişmiqyaslı müharibəyə başlayır
Bu gün, 16:27 |
|
|
|
• "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Bu gün, 16:23 |
|
|
|
• Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:20 |
|
|
|
• Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu gün, 16:18 |
|
|
|
• Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Bu gün, 16:15 |
|
|
|
• Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08 |
|
|
|
• Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05 |
|
|
|
• Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01 |
|
|
|
• Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59 |
|
|
|
• Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56 |
|
|
|
• Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53 |
|
|
|
• “Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50 |
|
|
|
• Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48 |
|
|
|
• "Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12 |
|
|
|
• Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Bu gün, 15:11 |
|
|
|
• Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:09 |
|
|
|
• Sabiq diplomatın məhkəməsi keçirildi – sol çiyni mənim sağ çiynimə dəydi...
Bu gün, 15:07 |
|
|
|
• Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək - Kreml
Bu gün, 15:01 |
|
|
|
• Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:59 |
|
|
|
• Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu - FOTO
Bu gün, 14:52 |
|
|
|
• “Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
Bu gün, 14:02 |
|
|
|
|