“Almaniya Azərbaycan üzərindən həm də Türkiyənin mövqeyinə zərbə vurmaq istəyir” - deputat
Tarix: 2-04-2021, 09:53 | Çap et
Son həftə ərzində alman mediasının apardığı anti-Azərbaycan təbliğatı əsas müzakirə mövzularından birinə çevrilib. Dünyanın aparıcı dövlətlərindən birində ölkəmizə qarşı aparılan əks-təbliğatın səbəbləri haqda müxtəlif mülahizələr var.
Ölkəmizin gündəmindəki digər vacib və aktual mövzu Qarabağdakı sülhməramlı kontingent ətrafında baş verənlərdir. Deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa “Yeni Müsavat”ın bu mövzularda suallarını cavablandırıb.
- Fazil bəy, Almaniya Azərbaycana qarşı informasiya müharibəsinə başlayıb. Bu savaşın arxasında dayanan əsas gücün ABŞ olduğuna dair şübhələr var. Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olaraq sizin alman mətbuatında aparılan informasiya savaşının səbəbləri haqda fikirləriniz maraqlıdır...
- Almaniyanın bu hücumu birbaşa bu dövlətin öz mövqeyi kimi anlaşılmamalıdır. Həqiqətən okeanın o tayından istiqamətlənmə özünü hiss etdirir. Fransanın ilk başlanğıcda etdiyini indi Almaniyaya təkrarladırlar və çox uğursuz bir gediş olduğunu düşünürəm. Əslində Almaniyanın davası Türkiyə ilədir və Qarabağ savaşında Türkiyənin Azərbaycana dəstəyi, ardınca da Aralıq dənizində, Liviyada Almaniyanın möhkəmlənməsinə mane olması belə bir siyasət izlənməsini proqnozlaşdırmağa imkan verirdi. Almaniya Azərbaycan üzərindən həm də Türkiyənin mövqeyinə zərbə vurmaq istəyir. Məncə, biz bu kimi təzyiqlərdən qorunmaq yerinə öz doğru yolumuza davam etməliyik və onları fakt qarşısında qoymalıyıq. Necə ki, son savaşda bunu etdik və həmin məğlubiyyətin əks-sədasını Almaniyanın davranışları üzərindən aydınca görürük.
- İndiki halda belə demək olarmı ki, müxtəlif xarici təzyiq və müdaxilələrə baxmayaraq, Qarabağla bağlı proseslər plan üzrə gedir? Düşmənin dağıdıb məhv etdiyi şəhər və kəndlərimizin gerçək durumunun daxili və xarici auditoriyaya təqdimatınadək işlər aparılır, bu günlərdə siyasi partiya rəhbərlərinin də səfəri təşkil olundu. Ancaq istisna deyil ki, məkrli düşmən də yatmayıb və hansısa məqamda bizə problem yaratmaq üçün müəyyən addımları atacaq. Sizcə, düşmənin tam neytrallaşdırılması və zərərsizləşdirilməsi üçün diplomatiya, hüquq sahəsində hansı addımlar atılmalıdır, yaxud atılır?
- Qarabağ davasında tarixi zəfərimizin ardından ən birinci vəzifəmiz cəmiyyətin növbəti mərhələyə ixtisaslaşmış səfərbərliyini təmin etmək idi. Fikrimcə, 44 günlük savaşdakı həmrəylik aurasını növbəti mərhələdə davam etdirməkdə xeyli ləng davrandıq. Burada obyektiv çətinliklər təbii ki, öz sözünü dedi. Minadan təmizlənmə prosesi gözləniləndən daha ağır reallıqları qarşımıza qoydu. Sülhməramlılarla bağlı məsələdə yeni standartların müəyyənləşməsinin təzadları da ciddi təsiredici amillərdən biri idi. Ermənilərin də məğlubiyyətdən sonrakı durumu ziddiyyətli olaraq qaldı. Onların da alacağı siyasi qərarın mahiyyəti bizim üçün çox önəmli idi. Lakin bütün hallarda prosesin tənzimləyicisi biz olduğumuzdan təşəbbüskar davranışlarımızı azaltmadıq və düşmən auditoriyasına həm diplomatik, həm də psixoloji həmlələri yönəltməyi bacardıq. Demək ki, indiki şərtlərdə bizim onsuz da sistemi pozulmuş düşmənlə məşğul olmaq yerinə özümüzlə məşğul olmağımız daha təxirəsalınmaz məsələ sayıla bilər. “Biz qalibik!” deyib yeni statusumuzu dəfələrlə təkrarladıq, ancaq qalib kimi hansı nöqsanlarımız oldu, bunu mütləq müəyyənləşdirməliydik ki, gələcək mərhələyə daha az problemlərlə başlamamız mümkün olsun.
- Fikrinizi bir az da konkretləşdirə bilərsinizmi?
- Məsələn, ordumuz böyük qəhrəmanlıqlar göstərdi, bu bizim qürurumuzdur, bəs çatışmazlıqlar hansılar idi ki, indiki fasilə dövründə daha çox onun üzərində işləyib ortadan qaldırmalıyıq? Əsgərimizin də, zabitimizin də, könüllümüzün də, hərbi həkimimizin də, tibb personalının da, təchizatçının da, böyük və ya aşağı mərhələ komandirlərinin qəhrəmanlığını alqışlayırıq, ancaq onların da savaşa hazırlıqda və ya savaş prosesində hansı natamamlıqları olduğunu üzə çıxarmalıyıq ki, yenidən hansısa əlahiddə durumda daha güvənli və sistemli idarəetməni gerçəkləşdirə bilək. Raket hücumuna məruz qalan şəhərlərimizdə, kəndlərimizdə mülki əhalinin qorunması, sığınacaqlarla bağlı hansı boşluqlarımız oldu və bunu indidən çözməyimiz zəruri məsələ olaraq gündəmə gəlməlidir. Hərbi xidmət və səfərbərlik sistemimizdəki yanlışlar nədir və onu müzakirə etməmiz gələcəkdə daha az itkilər verməmiz deməkdir. Düşmənin tam neytrallaşması və zərərsizləşdirilməsi mümkün deyil, çünki bu, yalnız erməni başından ibarət düşmən deyil. Çox sayda erməni maskası arxasında gizlənən başlarla açıq və gizli savaşımız davam edəcək və hər hansı bir ciddi səhvlərdən sığortalanmaq üçün özümüzü aldatmadan doğrumuzu, yanlışımızı davamlı təhlil etməliyik.
- Sizcə, Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində mövcud olan silahlılarla, faktiki olaraq terrorçu qruplaşmalarla necə davranılmalıdır? Ölkəmizin ərazisindəki qanunsuz silahlı birləşmələrin fəaliyyətinin davamı təhlükəli perspektivlər vəd etmirmi? Parlament antiterror əməliyyatların başlanması barədə qərar qəbul edə bilərmi?
- Rusiya sülhməramlılarının Qarabağdakı erməni terrorçularını zərərsizləşdirəcəyi barədə gözləntilərimiz əvvəlcədən də yox idi və say tərkibinə, eyni zamanda Ermənistanla tarixi münasibətlərinə görə bunu etmək imkanları da geniş deyil. Rusiya sülhməramlıları bölgədə öz durumlarını mürəkkəbləşdirməyi düşünmürlər. Nə ermənini narazı salmaq, nə də Azərbaycanla münasibətləri pozmaq taktikasına üstünlük verirlər. Belə olan halda bu terrorçularla mübarizə bizim əsas işimiz olmalıdır. İsrail təcrübəsi var, başqa təcrübələr var, biz antiterror əməliyyatlarını elan etmədən də konkret ərazilər üzrə apara bilərik və bu barədə kimdənsə icazə almağa və ya yeni qanun qəbul etməyə gərək yoxdur. Qarabağdakı düşmənin hərəkətlənməsini müşahidə etmək imkanlarımız yetərincə mövcuddur, bütün vasitələrlə terrorçuları məhv etməyə çalışmalıyıq. Bizim üçün əlində silah olan terrorçu da, silahsız separatçı da eyni dərəcədə təhlükəlidir, ancaq bu təhlükəni dəf etmək imkanları 5 ay öncəkindən daha ümidvericidir və anında doğru qərarlar verməklə prosesi arzuladığımız istiqamətdə irəlilədə bilərik.
- İki gün əvvəl Rusiya müdafiə nazirinin müavini Qarabağa gəldi və sülhməramlılar üçün tikilmiş şəhərciyin açılışında iştirak etdi. Bu gəliş də birmənalı qarşılanmadı və açıq etiraz doğurdu. Əksəriyyət bu fikirdədir ki, nazir müavini Azərbaycanın icazəsi ilə ora gedə bilərdi, həm də azərbaycanlı həmkarı ilə birgə. Həmçinin sülhməramlılar üçün tikilən şəhərciklər məsələsində də həddin aşıldığı müşayiət olunur. Bu məsələ necə tənzimlənməlidir?
- Ümumiyyətlə, Rusiyanın rəsmi təmsilçilərinin Azərbaycanının icazəsi olmadan bölgəyə gəlişi sülhməramlı missiyada fərqli düşüncələrin olmasından xəbər verir. Bu barədə rəsmi mövqeyimizi mütləq ortaya qoymalıyıq. Nələr baş verdiyindən informasiyamız az olsa da, bəzi məsələlərin imzalanan bəyanatın ruhuna uyğun gəlmədiyini sezirik. Burada ən xırda detalı belə diqqətdən kənarda saxlamaq olmaz. Rusiyanın öz missiyasına uyğun davranmasını indidən təmin etməsək, sonradan daha ciddi çətinliklərlə qarşılaşa bilərik. Həmin hərbi şəhərciyin statusu mütləq Azərbaycan qanunları ilə tənzimlənməlidir.
- Fazil bəy, tez-tez belə fikirlər səslənir ki, Ermənistan bugünlərdə Azərbaycanın 90-cı illərini xatırladır. Bəs Azərbaycanın ictimai-siyasi qüvvələri, vətəndaş cəmiyyəti daha hansı addımlar atmalıdır milli birliyin qorunması istiqamətində? İndiki durum, münasibətlər sistemi yetərlidirmi?
- Ermənistandakı indiki durum 30 il öncənin Azərbaycanının deyil, elə Ermənistanın öz durumuna bənzəyir. Sadəcə, onların himayəçisi sayılan Rusiyanın 30 il öncəki yerində durmaması, eyni zamanda Türkiyənin 30 il öncə daxil ola bilmədiyi bölgəyə Azərbaycana açıq dəstəklə gəlməsi kimi faktorları diqqətə almaq vacibdir. Məğlubiyyət faktı olaraq indi Ermənistan bizim 30 il öncə yaşadıqlarımızı yaşasa da, öz ərazisində dağıntı və yüz minlərlə məcburi köçkün faciəsini yaşamır. Doğrudur, savaşda itkiləri çoxdur, ciddi siyasi böhran yaşayırlar, ancaq sayca böyük olmayan, həm də monoetnik cəmiyyətlərin vahid kilsə faktorunun yardımı ilə uzlaşma yolu tapması qısa müddətdə mümkün ola bilər. Ona görə də biz həm dövlət olaraq, həm də ictimai-siyasi institutlar olaraq Ermənistan üzərində pressinqimizi davam etdirməliyik ki, onlar yenidən toparlana bilməsinlər. Bundan öncə isə biz özümüzdə olan siyasi sabitlik, demoqrafik üstünlük, iqtisadi üstünlük, diplomatik çeviklik və ictimai həmrəylik kimi amillərdən doğru istifadə etməyə çalışmalıyıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 22:27 |
|
|
|
• Bakıda siyahı yayıldı, Moskva təşvişə düşdü - "Rus agentləri" siyahısı böyükdür…
Bu gün, 22:09 |
|
|
|
• MTN-də keçirilən əməliyyatdan biri də Bakı Apellyasiya Məhkəməsində keçirilsin - zərərçəkəndən çağırış
Bu gün, 22:04 |
|
|
|
• Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib?
Bu gün, 21:18 |
|
|
|
• “İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir” - NƏ ETMƏLİ?
Bu gün, 21:12 |
|
|
|
• "Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib" - İLGİNC AÇIQLAMALAR
Bu gün, 21:09 |
|
|
|
• "Niyam məni işdən çıxardıb, yalan danışmasın"
Bu gün, 19:15 |
|
|
|
• Qalmaqal böyüyür: - “Qəssabların baha satdığı quzu deyil, o ət...”
Bu gün, 19:10 |
|
|
|
• Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? - DOSYE
Bu gün, 19:09 |
|
|
|
• "Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" - İDDİA
Bu gün, 19:09 |
|
|
|
• Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... - Cavabsız suallar
Bu gün, 19:02 |
|
|
|
• "Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58 |
|
|
|
• Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü - erməni mediası
Bu gün, 18:12 |
|
|
|
• Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb
Bu gün, 18:09 |
|
|
|
• Əfv Məsələləri Komissiyasının iclası keçirilib - AÇIQLAMA
Bu gün, 18:06 |
|
|
|
• “SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... - BU NƏDİ BELƏ?..
Bu gün, 18:02 |
|
|
|
• Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
Bu gün, 17:57 |
|
|
|
• Trampdan dünyanı şoka salan QƏRAR – Biznesin inkişafına, yoxsa rüşvətə YAŞIL İŞIQ?
Bu gün, 17:54 |
|
|
|
• “İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Bu gün, 17:51 |
|
|
|
• Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Bu gün, 17:46 |
|
|
|
• Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Bu gün, 17:37 |
|
|
|
• Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Bu gün, 17:36 |
|
|
|
• Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 17:31 |
|
|
|
• Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Bu gün, 17:30 |
|
|
|
• SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Bu gün, 17:27 |
|
|
|
• Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Bu gün, 17:25 |
|
|
|
• Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Bu gün, 17:21 |
|
|
|
• "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Bu gün, 17:20 |
|
|
|
• MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Bu gün, 17:14 |
|
|
|
• Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Bu gün, 17:11 |
|
|
|
• Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Bu gün, 17:09 |
|
|
|
• "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Bu gün, 17:08 |
|
|
|
• MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Bu gün, 17:07 |
|
|
|
• Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Bu gün, 16:50 |
|
|
|
• Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:48 |
|
|
|
• Putin genişmiqyaslı müharibəyə başlayır
Bu gün, 16:27 |
|
|
|
• "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Bu gün, 16:23 |
|
|
|
• Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:20 |
|
|
|
• Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu gün, 16:18 |
|
|
|
• Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Bu gün, 16:15 |
|
|
|
• Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08 |
|
|
|
• Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05 |
|
|
|
• Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01 |
|
|
|
• Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59 |
|
|
|
• Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56 |
|
|
|
• Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53 |
|
|
|
• “Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50 |
|
|
|
• Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48 |
|
|
|
• "Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12 |
|
|
|
• Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Bu gün, 15:11 |
|
|
|
|