“Kiyevdə dəhşət, Moskvada sevinc” .....                     Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb .....                     Bakıda siyahı yayıldı, Moskva təşvişə düşdü .....                     MTN-də keçirilən əməliyyatdan biri də Bakı Apellyasiya Məhkəməsində keçirilsin .....                     Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib? .....                     “İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir” .....                     "Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib" .....                     "Niyam məni işdən çıxardıb, yalan danışmasın" .....                     Qalmaqal böyüyür: .....                     Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? .....                     "Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" .....                     Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... .....                     "Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" .....                     Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü .....                     Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb .....                     Əfv Məsələləri Komissiyasının iclası keçirilib .....                     “SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... .....                     Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? .....                     Trampdan dünyanı şoka salan QƏRAR .....                     “İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” .....                     Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər .....                     Paşinyanın məkrli planı: .....                     Prezidentin iki supergüclə bağlı mesajı .....                     Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     SDU-ya rəhbərlik ona tapşırıldı .....                     Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: .....                     Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? .....                     "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb .....                     Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? .....                     Həmidə Rüstəmova işdən çıxdı .....                     "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri .....                     Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir .....                     Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi .....                     Putin genişmiqyaslı müharibəyə başlayır .....                     "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" .....                     Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... .....                     Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin .....                 

“Açıq havada toy keçirməklə insanlar koronavirusa yoluxmaz” - deputat
Tarix: 6-04-2021, 08:47 | Çap et
“Açıq havada toy keçirməklə insanlar koronavirusa yoluxmaz”
Ötən ilin mart ayının 15-dən etibarən ölkədə toyların keçirilməsi qadağandır. Operativ Qərargah bir neçə sahədə, o cümlədən restoran və kafelərin fəaliyyətinə qoyduğu məhdudiyyətləri aradan qaldırsa da, hələlik kütləvi məclislərin keçirilməsi haqda qərar qəbul etməyib.

Bununla belə, tez-tez mətbuatda, sosial şəbəkələrdə kimlərinsə gizlin şəkildə toy və nişan məclisləri keçirməyə cəhd etdiyi, polisin bu məclisləri basdığı haqda məlumatlara rast gəlirik. O da gizlin deyil ki, fevral ayından etibarən Bakının bir sıra şadlıq sarayları və restoranlarında kiçik heyətlə toy-nişan məclisləri keçirilir. Məclislərdə bəy-gəlin toy paltarı geyinmir və yaxud məclislər yalnız qadınlardan ibarət olur və sairə. Bu barədə ara-sıra şou-biznes nümayəndələrinin dilindən eşidirik.

Məsələn, Xatirə İslam ötən gün sosial şəbəkədə qeyd etmişdi ki, gün ərzində 500-dən çox toy keçirilir və sənətçi kimi həmin məclislərə dəvət alır. Eləcə də bir müddət öncə sənətçi Nazilə Səfərli də Musavat.com-a açıqlamasında toy və nişan mərasimlərinə dəvətlər aldığını və bir sıra şadlıq sarayları, restoranlarda 150 nəfərlik məclislər keçirildiyini bildirmişdi.

İki həftə öncə Naxçıvan MR-də toylara icazə verildiyi haqda məlumat yayıldı. Məlumata görə, şadlıq evlərində qonaqların sayı 40 nəfəri keçməməklə toy məclislərini təşkil etmək mümkündür.

Pandemiyanın nə zaman bitəcəyi, həyatımızdan çıxacağı məlum deyil. Üstəlik, mütəxəssislər virusun yeni mutasiyaya uğramış variantlarının ortaya çıxması ilə yenidən yoluxma və ölüm hallarının artacağı haqda proqnozlar verir. Bütün bunları nəzərə alaraq, ölkədə kiçik heyətlə toyların keçirilməsinə icazə verilməsi mümkündürmü?

Mövzu ilə bağlı millət vəkili Razi Nurullayev “Yeni Müsavat”a danışıb:

“Birmənalı şəkildə toylar keçirilməlidir. Toy keçirmək, qız köçürüb, oğul evləndirmək hər bir ailənin həm də təbii haqqıdır.

Lakin bir ildən çoxdur ki, nişan və toy mərasimlərinin keçirilməsinə icazə verilmir, insanlarda da dözüm qalmır.

Dünyanın bir çox ölkələrində, o cümlədən qonşu Rusiyada toylar keçirilir. İnsanlarımız da bunu görür və haqlı sual yaranır ki, yəni bir il ərzində toy keçirməyin yolları tapılmadı? Ona görə də insanlar məcburən gizlin şəkildə toy etmək fikrinə düşürlər və cərimələnir, toyları dərd-qəmə çevrilir, toy keçirmək istəyib, qəmlə üzləşirlər. Hesab edirəm ki, insanlara bu cür stresli vəziyyət yaşatmaq olmaz. Bir sözlə, toylara icazə vermək lazımdır. Operativ Qərargah bunun yollarını tapıb, bəy-gəlini, insanları razı salacaq şəkildə icazə verməlidir.

Hazırda havalar da isinib. Fikrimcə, açıq havada toylar keçirmək olar. Məsələn, bir çox şadlıq saraylarının geniş həyətləri, əraziləri var, orada toy təşkil etmək olar. Və yaxud şadlıq saraylarının bütün pəncərələrini açıb, ventilyasiya sistemini işə salıb, məhdudlaşdırıcı tədbirlər də təşkil etməklə toy keçirmək olar.

Axı toy təkcə bəy-gəlin məsələsi deyil. Şadlıq evlərinin işləməsi nəticəsində Azərbaycanda az qala 1 milyona yaxın insan evinə çörək pulu aparırdı. İndi o qədər insan çörək pulundan məhrum olub, işsiz qalıb.

Ümumiyyətlə, toylar demək olar ki, iqtisadiyyatımızın aparıcı qüvvəsi idi. Bir şadlıq sarayından ən azı 500 nəfər ailəsinə çörək pulu aparırdı. Bu baxımdan toylara icazə verilməlidir. Hesab etmirəm ki, bu cür isti havalarda açıq havada toy keçirməklə insanlar koronavirusa yoluxar".

AĞ Partiya sədri Tural Abbaslı da qeyd etdi ki, artıq müəyyən şərtlər çərçivəsində toy və nişan mərasimlərinin keçirilməsinə icazə verilməlidir:

“Bir ildən çoxdur ki, toy, nişan mərasimləri qadağan olunub. Azərbaycanın milli xüsusiyyətlərini nəzərə alıb, deyə bilərik ki, bu heç də cəmiyyətdə birmənalı, xoş qarşılanmır. Məşhur bir deyimdə deyildiyi kimi - ”Elmizin toy kimi bir adəti var", yəni övladının evlənməsini, toy etməsini istəyən valideynlər də təbii ki, istəyir ki, arzularındakı toyu həyata keçirsin.

Hər halda, bəzən gizlin şəkildə toylar keçirilir və bu zaman epidemioloji qaydalara riayət olunmur. Hesab edirəm ki, bunun baş verməməsi, həmçinin cəmiyyətimizin gələcəkdə demoqrafik problem yaşamaması üçün artıq Operativ Qərargah bəzi şərtlər çərçivəsində toy və nişan mərasimlərinin keçirilməsinə icazə verməlidir.

Təbii ki, burada ekpsertlərin də fikir və rəyləri nəzərə alınmalıdır".

Sosioloq Əhməd Qəşəmoğlu isə açıq havada toyların keçirilməsini təklif edib:

“Təklif edirəm ki, bundan sonra toylarımız açıq havada təşkil edilsin. Bu bizim qədim toy adət-ənənəmizdir. Lakin bu zaman toylarda məclis təşkil olunmasın. Burada əsas məqsəd iki adamın təntənəli şəkildə ailə qurmasıdır və bunu da təşkil etmək lazımdır. Əvvəllər bu cür açıq toylar olanda insanlar əsasən rəqs edirdilər. İndi də o toylarımızda rəqs meydançasını təşkil etmək lazımdır. Bir sözlə, biz son 50 ilin toy modelindən qaçmalıyıq. Əsas məsələ insanların ailə qurmasıdır. Hesab edirəm ki, vəziyyətdən çıxış yolu budur”.

İqtisadçı Natiq Cəfərli isə qeyd edib: “Azərbaycanda toy mərasimlərinə qadağa qoyulması iqtisadi aktivliyə də ciddi mənfi təsir göstərən amilə çevrilib. Çünki toy biznesi kifayət qədər geniş sahələri əhatə edir və onları inkişaf etdirirdi.

İlk günlərdə aydın idi ki, virusla bağlı problemlərin yeni olması, tibbin buna hazır olmaması sərt karantin rejimi, toylara qadağanın məntiqini anlamağa imkan verirdi. İndi isə havalar da isinib və buna görə də ən azı açıq havada toy mərasimlərinin keçirilməsinə icazə verilməlidir. Çünki bu həm demoqrafik, həm də ailə siyasətinə aid məsələdir. Ona görə toylarla bağlı qadağalardan artıq çıxmalıyıq.

Şadlıq evlərinin açılması ilə bağlı məsələ olacaqsa, burada isə az sayda qonaqla toylara icazə verilməsi effekt verməyəcək. 500-600 nəfərlik şadlıq saraylarında 50 nəfərlik məclislərə icazə verilsə, bu zaman şadlıq evlərinin sahiblərinə sərf etməyəcək. Çünki işçilərin maaşı, kommunal ödənişlərə sərf olunan xərc 50 nəfərlik qonaqların hesabına qarşılanmayacaq. Bu zaman ya qiymətləri kəskin halda artırmalıdırlar, ya da qeyd etdiyim kimi, sərf olunan vəsaiti götürə bilməyəcəklər.

Ona görə də ən azından açıq havada toy məclislərinin keçirilməsinə icazə verilməlidir".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Kiyevdə dəhşət, Moskvada sevinc” - ABŞ-ın Ukrayna siyasətində dramatik dönüş
Bu gün, 23:57
Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 22:27
Bakıda siyahı yayıldı, Moskva təşvişə düşdü - "Rus agentləri" siyahısı böyükdür…
Bu gün, 22:09
MTN-də keçirilən əməliyyatdan biri də Bakı Apellyasiya Məhkəməsində keçirilsin - zərərçəkəndən çağırış
Bu gün, 22:04
Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib?
Bu gün, 21:18
“İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir” - NƏ ETMƏLİ?
Bu gün, 21:12
"Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib" - İLGİNC AÇIQLAMALAR
Bu gün, 21:09
"Niyam məni işdən çıxardıb, yalan danışmasın"
Bu gün, 19:15
Qalmaqal böyüyür: - “Qəssabların baha satdığı quzu deyil, o ət...”
Bu gün, 19:10
Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? - DOSYE
Bu gün, 19:09
"Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" - İDDİA
Bu gün, 19:09
Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... - Cavabsız suallar
Bu gün, 19:02
"Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58
Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü - erməni mediası
Bu gün, 18:12
Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb
Bu gün, 18:09
Əfv Məsələləri Komissiyasının iclası keçirilib - AÇIQLAMA
Bu gün, 18:06
“SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... - BU NƏDİ BELƏ?..
Bu gün, 18:02
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
Bu gün, 17:57
Trampdan dünyanı şoka salan QƏRAR – Biznesin inkişafına, yoxsa rüşvətə YAŞIL İŞIQ?
Bu gün, 17:54
“İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Bu gün, 17:51
Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Bu gün, 17:46
Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Bu gün, 17:37
Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Bu gün, 17:36
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 17:31
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Bu gün, 17:30
SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Bu gün, 17:27
Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Bu gün, 17:25
Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Bu gün, 17:21
"Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Bu gün, 17:20
MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Bu gün, 17:14
Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Bu gün, 17:11
Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Bu gün, 17:09
"Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Bu gün, 17:08
MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Bu gün, 17:07
Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Bu gün, 16:50
Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:48
Putin genişmiqyaslı müharibəyə başlayır
Bu gün, 16:27
"Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Bu gün, 16:23
Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:20
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu gün, 16:18
Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Bu gün, 16:15
Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08
Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05
Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01
Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59
Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56
Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53
“Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48
"Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru