Zelenski Trampla danışıqlarını açıqladı: .....                     “Kiyevdə dəhşət, Moskvada sevinc” .....                     Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb .....                     Bakıda siyahı yayıldı, Moskva təşvişə düşdü .....                     MTN-də keçirilən əməliyyatdan biri də Bakı Apellyasiya Məhkəməsində keçirilsin .....                     Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib? .....                     “İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir” .....                     "Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib" .....                     "Niyam məni işdən çıxardıb, yalan danışmasın" .....                     Qalmaqal böyüyür: .....                     Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? .....                     "Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" .....                     Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... .....                     "Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" .....                     Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü .....                     Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb .....                     Əfv Məsələləri Komissiyasının iclası keçirilib .....                     “SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... .....                     Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? .....                     Trampdan dünyanı şoka salan QƏRAR .....                     “İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” .....                     Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər .....                     Paşinyanın məkrli planı: .....                     Prezidentin iki supergüclə bağlı mesajı .....                     Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     SDU-ya rəhbərlik ona tapşırıldı .....                     Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: .....                     Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? .....                     "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb .....                     Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? .....                     Həmidə Rüstəmova işdən çıxdı .....                     "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri .....                     Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir .....                     Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi .....                     Putin genişmiqyaslı müharibəyə başlayır .....                     "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" .....                     Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... .....                 

İlqar Məmmədov müxalifəti oliqarxlara işləməkdə suçladı - QALMAQAL
Tarix: 9-04-2021, 09:18 | Çap et
İlqar Məmmədov müxalifəti oliqarxlara işləməkdə suçladı
REAL Partiyası ilə müxalifətin digər təşkilatları arasında qovğa davam edir. Partiya sədri İlqar Məmmədov uşaqpulu ilə bağlı narazılıq yaradan açıqlamadan sonra bu dəfə müxalifəti bolşevizmdə ittiham edib. “Yeni Müsavat” xəbər verir ki, o, sosial şəbəkədəki hesabında bəzi partiyaları populist fikirlər söyləməklə cəmiyyəti çaşdırmaqda ittiham edib.

REAL sədrinin sözlərinə görə, populistlər bir çox azərbaycanlının şüuruna yeridiblər ki, ali və orta məmurların, onların qohum-əqrəbasının birbaşa, ya da dolayısı ilə korrupsiyadan əldə etdikləri var-dövlət müsadirə olunarsa və yoxsullara birbaşa yardıma sərf edilərsə, xalq yaxşı yaşayacaq. İ.Məmmədov hesab edir ki, bu böyüklükdə yalanı tarixdə ancaq kommunistlər xalqa danışmışdı, sonra isə elə həmin xalqı güllələmiş, ya da acından öldürmüşdülər.

Partiya sədri oliqarxiyanın var-dövlətinə qarşı səslənən bir sıra şüarları tənqid edib və bunu “bolşevik şüarları” adlandırıb. REAL sədri çıxış yolunu məmur olqarxiyasının əlində olan pulu inkişafa cəlb etməkdə görür: “Kapitalın cəmləşməsi faktını milli inkişafın xidmətinə qoymalıyıq. Qismən maliyyə amnistiyası, qismən müsadirə, əsasən isə bu cəmləşmiş var-dövlət iş yerləri, elm və mədəniyyətə təkan verəcək sərmayələrə çevrilməlidir”.

Onun fikrincə, hazırda oliqarxik çevrələrdə baş verən daxili çəkişmələr çox ziyanlıdır: “Yerli populistlərin bir çoxunun sponsoru da bəlkə elə o oliqarx qruplaşmalarıdır. Məhz bu cür çəkişmələr kapitalın cəmləşməsi kimi bir tarixi faktı başqa xalqlarda milli inkişafa xidmətdən yayındırıb, bizdə də yayındıracaq - əgər məsuliyyətli siyasi planlama əvəzinə qeyri-sağlam, populistlərə söykənən oliqarxlararası rəqabət üstün çıxarsa”.

İ.Məmmədov əlavə edib ki, “populistlərin gündəmini indi məhv etməsək, seçkidə onların öhdəsindən gəlmək hər kəsə daha da çətin olacaq”.

Onun çıxışında iki məsələ diqqət çəkir: bu, oliqarxların müdafiəsidirmi, yoxsa milli inkişafın strategiyasını təqdim etməkdir? İkinci məsələ isə müxalifəti bəzi oliqarxlardan pul almaqda ittiham edir. REAL-ın müxalifətlə arasında çat yaradan bu mövqenin səbəbi nədir? Bu gedişlə patiya AXCP və Müsavat kimi özünü müxalifətdən təcrid yolunu tutmurmu? Müxalifəti nəzərdə tutaraq “onların gündəmini indi məhv etməsək, seçkidə onların öhdəsindən gəlmək hər kəsə daha da çətin olacaq” nə deməkdir?

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, İ.Məmmədovu müxalifət kimi qəbul edən adam yoxdur: “Özlərini zorla cəmiyyətə müxalifət kimi sırımaq istəyirlər. Düzdür, onun sözlərinin mənə aidiyyəti yoxdur, heç vaxt belə söz deməmişəm ki, oliqarxların pulunu alıb kasıba paylamalıyıq. Amma İlqar Məmmədovun bütövlükdə xalqına baxışı, siyasətə münasibəti antimillidir, dövlət maraqlarına uyğun deyil. Onlar bir proyektdirlər, xaricə işləyiblər”.

S.Cəlaloğlu hesab edir ki, indi iqtidarın əlinə keçiblər, ondan istifadə edirlər: “Mən 4 dəfə Avropa Məhkəməsində udmuşam, amma o, 1 dəfə udub, artıq 234 min manat təzminat alıb. Bundan görünür ki, oliqarxiyaya münasibəti nədəndir. O, savadsız, mill şüura yad adamdır. Nə vaxt istəsə, onunla debata çıxa bilərəm. Deyir ki, prezidentliyə namizəd olmuş adamla debata çıxmaq istəyir. Gəlsin, danışaq, mən 3 dəfə prezidentliyə namizəd olmuşam”.

ADP sədrinin fikrincə, ümumiyyətlə, ölkədə müxalifət liderləri göz qabağındadır: “Xalq hər şeyi görür, gözü açılıb, bilir kim hökumətin adamıdır, kim rusa, kim Qərbə xidmət edir. Ona görə İlqar Məmmədov özünü alternativ müxalifət kimi soxuşdura bilməz”.

AĞ Partiya başqanı Tural Abbaslı lakonik şəkildə bildirdi ki, partiya olaraq qeyri-ciddi siyasətçilərə və nüfuzu olmayan strukturlara reaksiya verməmək barədə qərar qəbul edilib, ona görə İ.Məmmədovun fikirlərini şərh etmək istəmir.

AMİP sədri Arzuxan Əlizadənin sözlərinə görə, İ.Məmmədovun fikirləri onlara aid deyil: “Mən rast gəlməmişəm ki, hansısa müxalifət partiyası ”oliqarxlardan pulları alıb kasıblara verək" yanaşması ortaya qoysun. Ona görə İlqar Məmmədovun sözlərini şərh etmək istəmirəm. Sadəcə, partiya rəhbəri oponnentlərinə yönəlik fikir səsləndirəndə bir qədər diqqətli olmalıdır, etik çərçivəni keçməməlidir. Bu, siyasi mühitdə barış deyil, münasibətlərin korlanmasına gətirib çıxara bilər. Eyni zamanda partiyanın özünü təcrid etməsinə, tək qalmasına səbəb olar. Çox təəssüf ki, bu cür xoşagəlməz tərz seçilib".

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Nəsimi Şərəfxanlı qeyd etdi ki, İ.Məmmədovun “bolşevizm” və “populizm” deyə qiymətləndirdiyi fikirlər hər hansı siyasi partiya və ya siyasətçi tərəfindən səsləndirilməyib: “Oliqarxların kapitalının xalq nəfinə müsadirə olunması sosial şəbəkələrdə sadə vətəndaşlar tərəfindən ifadə olunub və bunu müəyyən mənada ictimai sifariş saymaq olar. İllərlə bu ölkənin gəlirlərini öz nəfinə keçirərək varidat toplayanlara ciddi xalq qəzəbi var və bu qəzəb ancaq həmin şəxslərin hüquqi yolla siyasi və maddi cəzalandırılması ilə səngiyə bilər. Buna görə də İlqar bəyin özünü oliqarxiya cəfakeşi kimi göstərməsi gülüncdür. Adam həm deyir ki, oliqarxlar müxalifətə dəstək verir, həm də deyir ki, müxalifət onların kapitalının müsadirə olunmasını təklif edir. Ziddiyyətlidir”.

VHP sədrinin müavini bildirdi ki, bəli, zaman-zaman oliqarxların hansısa siyasi qüvvələrlə separat maddi-siyasi əlaqədə olmasına rast gəlinib: “Bu tamam başqa mövzudur və məsələyə aidiyyəti yoxdur. Cəmiyyətə ”ağ atlı oğlan" kimi sırınan İlqar Məmmədov özü üçün qırmızı xətlərdən elə bir çərçivə yaradıb ki, onun gerçəkdən gündəmə düşməsi üçün fikir ifadə etmək problemi var. Buna görə də adam digər siyasi qüvvələrin gündəmdə olmasından haqlı narahatlıq keçirir".

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublunun fikrincə, 60 siyasi partiya varsa, deməli, 60 mövqe ortaya qoyulur: “Mən müxalifətçilərin fikirlərinə şərh verməməyə çalışmışam. Ancaq görünür ki, hörmətli İlqar Məmmədov gündəmdə qalmaq üçün siyasi opponentlərini ucuz sözlərlə ittiham edir. Onun ittihamlarını anlamaq olmur ki, nəyə əsaslanır? Sadəcə, ölkənin siyasi sistemində azad seçki olmayanda belə fəsadlar yaşanır, hamı özünü həqiqət hesab edir. Seçki azad şəkildə keçiriləndə bütün partiyalar öz yerlərini tutacaqlar, hər kəsin yeri bilinəcək”.

X.Teyyublu hesab edir ki, siyasətçi fikirlərində korrekt olmalıdır və rəqiblərinə qarşı aşağılayıcı sözlərlə reytinq toplamaq olmaz: “ReAL Partiyasına bu leksikonu yaraşdırmıram. Yeni yaranan təşkilatdır, ətrafına müəyyən adamlar toplayıb, ölkənin siyasi həyatında əməyi olmuş, Meydan Hərəkatından gələn adamları ittiham etmək düzgün deyil. ”Sirkə nə qədər tündə olsa, öz qabını çatladar". Ona görə bu zərərli yanaşmadan imtina etməlidir. Seçki komissiyaları, seçki institutları haqda fikir söyləmirlər, azad seçki mühiti yaratmaq üçün mübarizə aparılmalıdır, nəinki siyasi opponentlərinə qarşı pafoslu fikirlər səsləndirməlidir".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zelenski Trampla danışıqlarını açıqladı: - SENSASİON DETALLAR
Bu gün, 00:01
“Kiyevdə dəhşət, Moskvada sevinc” - ABŞ-ın Ukrayna siyasətində dramatik dönüş
Dünən, 23:57
Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 22:27
Bakıda siyahı yayıldı, Moskva təşvişə düşdü - "Rus agentləri" siyahısı böyükdür…
Dünən, 22:09
MTN-də keçirilən əməliyyatdan biri də Bakı Apellyasiya Məhkəməsində keçirilsin - zərərçəkəndən çağırış
Dünən, 22:04
Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib?
Dünən, 21:18
“İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir” - NƏ ETMƏLİ?
Dünən, 21:12
"Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib" - İLGİNC AÇIQLAMALAR
Dünən, 21:09
"Niyam məni işdən çıxardıb, yalan danışmasın"
Dünən, 19:15
Qalmaqal böyüyür: - “Qəssabların baha satdığı quzu deyil, o ət...”
Dünən, 19:10
Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? - DOSYE
Dünən, 19:09
"Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" - İDDİA
Dünən, 19:09
Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... - Cavabsız suallar
Dünən, 19:02
"Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58
Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü - erməni mediası
Dünən, 18:12
Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb
Dünən, 18:09
Əfv Məsələləri Komissiyasının iclası keçirilib - AÇIQLAMA
Dünən, 18:06
“SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... - BU NƏDİ BELƏ?..
Dünən, 18:02
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
Dünən, 17:57
Trampdan dünyanı şoka salan QƏRAR – Biznesin inkişafına, yoxsa rüşvətə YAŞIL İŞIQ?
Dünən, 17:54
“İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Dünən, 17:51
Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Dünən, 17:46
Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Dünən, 17:37
Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Dünən, 17:36
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:31
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Dünən, 17:30
SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Dünən, 17:27
Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Dünən, 17:25
Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Dünən, 17:21
"Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Dünən, 17:20
MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Dünən, 17:14
Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Dünən, 17:11
Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Dünən, 17:09
"Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Dünən, 17:08
MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Dünən, 17:07
Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Dünən, 16:50
Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:48
Putin genişmiqyaslı müharibəyə başlayır
Dünən, 16:27
"Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Dünən, 16:23
Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Dünən, 16:20
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Dünən, 16:18
Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Dünən, 16:15
Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Dünən, 16:08
Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Dünən, 16:05
Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Dünən, 16:01
Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Dünən, 15:59
Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Dünən, 15:56
Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Dünən, 15:53
“Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Dünən, 15:50
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Dünən, 15:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru