
“Paşinyanın Bakıya “gedin Artsaxla danışın” deməsi o anlama gəlir ki, sən demə separatçılarla söhbət etməkdən ötrü 3 min şəhid vermişik. “Artsax”la söhbət edəcəydiksə, 10 noyabr Bəyannaməsini niyə sən imzalayırdın, Paşinyan? Yaxşı, təkid edirsənsə, onda 10 noyabr Bəyannaməsi yoxdur, “Artsax”a gedən yolun isə sabahdan bağlıdır”.
DİA.AZ-ın pravda.az-a istinadən xəbərinə görə, bunu REAL Partiyanın sədri İlqar Məmmədov bildirib.
“Sonra kiminlə və nə söhbət edəriksə, özümüz bilərik. İstəsək lap Zəngəzurla söhbət edərik” – İ.Məmmədov qeyd edib.