Hər semestr xaricə 400 nəfər tələbə göndərilməlidir - ÇAĞIRIŞ
Tarix: 20-12-2022, 07:59 | Çap et
 “İki dəfə elm və təhsil naziri Emin Əmrullayevlə İKT sahəsi üzrə mütəxəssislərin hazırlanması ilə bağlı görüşmüşəm”. DİA.AZ bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, dövlət xətti ilə xarici ölkələrin ali məktəblərində İKT sahəsində ciddi mütəxəssislərin hazırlanmasına diqqət artırılmalıdır: “Təklif edirəm ki, bu sahədə gəncləri xaricə oxumağa göndərək və onlarla belə müqavilə bağlayaq ki, yenidən geri qayıtsınlar. Yoxsa göndəririk oxumağa, lakin orada olan yaxşı yaşayış, əməkhaqqının yüksək olması səbəbindən gənclər geri qayıtmırlar, orada qalırlar. Çalışmaq lazımdır ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin arasında da bu sahədə müqavilə olsun”. Təhsil eksperti Kamran Əsədov isə “Şərq”ə açıqlamasında deyib ki, hazırda ali təhsilin maliyyələşdirilməsi aktiv olaraq yeni proqram əsasında həyata keçirilir:
“2019-2023-cü illəri əhatə edən “Dövlət Proqramı” gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alması və məzun olduqdan sonra ölkəmizdə işlə təmin olunması prosesinin tənzimlənməsi baxımından mühüm əhəmiyyətə malikdir”. Ekspertin sözlərinə görə, əvvəlki zamanla müqayisədə dövlətimiz özünün daha çox ehtiyac duyduğu strateji sahələrə kadrların hazırlanması üçün xaricə tələbə göndərir. Əvvəllər istənilən ixtisaslar maliyyələşdirilirdisə, indi yalnız dövlətin müəyyən etdiyi ixtisaslarda təhsil alanlar maliyyələşəcək: "Dövlət Proqramı"nda daha çox ölkənin və dünyanın inkişafına uyğun olan sahələr prioritetləşdiriləcək. Texniki, texnoloji sahələr, mühəndislik, İT, kibertəhlükəsizlik, hərbi sənaye, kənd təsərrüfatının texnoloji inkişafı ilə bağlı sahələr, fundamental elmlər – kimya, biologiya, fizika, geologiya, onların kəsişməsi olan biokimya, bioinformatika, iqtisadiyyat, maliyyə, dövlət idarəçiliyi sahələri prioritet olacaq. Proses zamanı digər sahələrin də prioritetləşməsi gözlənilir. O sahədə ki, ölkənin inkişafına daha çox töhfə vermək mümkündür. Ötən illərdə dövlət proqramı ilə xaricdə təhsil alan tələbələrin ölkəyə qayıdıb-qayıtmaması ilə bağlı meyarlar yox idi. İndi isə belə deyil. Xaricə gedən tələbələrin mütləq şəkildə ölkəyə qayıtması tələb olunur və onlar 5 il Azərbaycanda işləməlidirlər. Ölkəmizə qayıtmayan tələbələr onların təhsili üçün ödənilən vəsaiti geri qaytarmalıdır. Bundan başqa, indiki meyarlara əsasən universitetlərdəki ixtisasların reytinqli olması lazımdır, lakin əvvəl belə bir tələb yox idi. Dövlətimizin xaricdə təhsillə bağlı siyasəti budur ki, daha çox ixtisaslı mütəxəssislər yetişsin. Əlbəttə, bu da yaxşı haldır”.
Ekspertin sözlərinə görə, vəsaitlərin ödənilməsində də yenilik edilib:
“İndiki xərclər çoxalıb və tələbələrin bütün xərclərinin ödənilməsi dövlətin diqqətindədir. Hər semestr 400 nəfər tələbə xaricə göndərilməlidir. Fikrimcə, bu dəfə daha yaxşı nəticə görəcəyik. Əvvəlki nəticələr də pis deyil, hazırda dövlət orqanlarında kifayət qədər çalışanlar var ki, onlar 2007-2015-ci illəri əhatə edən proqramdan məzun olublar. Təbii ki, bu da bizim üçün yaxşı xəbərdir”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Bu gün, 19:00 |
|
|
|
• “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 18:58 |
|
|
|
• Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Bu gün, 18:30 |
|
|
|
• "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Bu gün, 18:15 |
|
|
|
• Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Bu gün, 18:14 |
|
|
|
• Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Bu gün, 18:00 |
|
|
|
• Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Bu gün, 17:59 |
|
|
|
• Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Bu gün, 17:52 |
|
|
|
• "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Bu gün, 17:50 |
|
|
|
• Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Bu gün, 17:37 |
|
|
|
• Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Bu gün, 17:35 |
|
|
|
• Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Bu gün, 17:31 |
|
|
|
• Tramp Yunanıstandakı bazanı ləğv edir
Bu gün, 17:30 |
|
|
|
• Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Bu gün, 17:21 |
|
|
|
• Sanksiyalar siyahısında erməninin də adı var
Bu gün, 17:15 |
|
|
|
• Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Bu gün, 17:13 |
|
|
|
• “Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Bu gün, 17:07 |
|
|
|
• Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Bu gün, 17:02 |
|
|
|
• Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Bu gün, 16:57 |
|
|
|
• Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Bu gün, 16:53 |
|
|
|
• Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Bu gün, 16:50 |
|
|
|
• Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Bu gün, 16:48 |
|
|
|
• “Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Bu gün, 16:39 |
|
|
|
• Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Bu gün, 16:36 |
|
|
|
• Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Bu gün, 16:33 |
|
|
|
• "Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 16:32 |
|
|
|
• Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər - İLGİNC FAKTLAR...
Bu gün, 16:28 |
|
|
|
• “Buna görə bəzən övladlarım da mənə irad tutur”
Bu gün, 16:17 |
|
|
|
• Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Bu gün, 16:12 |
|
|
|
• Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Bu gün, 16:08 |
|
|
|
• "Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 16:06 |
|
|
|
• Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur - VİDEO
Bu gün, 16:04 |
|
|
|
• Martın 10-a qədər... - Ekstrasensdən proqnoz
Bu gün, 15:39 |
|
|
|
• 2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır
Bu gün, 15:37 |
|
|
|
• Zaqatalada “Makler İsa” ilə bacarmırlar - “200 mini Qurban Qurbanovun qardaşı vermişdi”
Bu gün, 15:17 |
|
|
|
• Zelenski "gizli kartları" niyə açdı? - İNCƏLƏMƏ
Bu gün, 15:14 |
|
|
|
• MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? - ARAŞDIRMA
Bu gün, 15:09 |
|
|
|
• “Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... - BU DA FAKT!
Bu gün, 15:02 |
|
|
|
• Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib
Bu gün, 14:49 |
|
|
|
• "Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." - GİLEY
Bu gün, 14:48 |
|
|
|
• Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır - Zelenski
Bu gün, 14:31 |
|
|
|
• Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? - AKTUAL
Bu gün, 14:26 |
|
|
|
• Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi - TƏFƏRRÜAT
Bu gün, 14:25 |
|
|
|
• Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:22 |
|
|
|
• “Aztech and Tegeta Motors”un rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 14:17 |
|
|
|
• Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi - NÖVBƏDƏNKƏNAR YIĞINCAQ
Bu gün, 14:12 |
|
|
|
• Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik - Peskov
Bu gün, 14:11 |
|
|
|
• Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 14:05 |
|
|
|
• "Münasibətlərdə gərginliklər ola bilər, olur da... - Amma ABŞ heç vaxt buna getməz"
Bu gün, 13:57 |
|
|
|
• "Oğurluq etmə" sözünə qıcıqlandı, 2 viski oğurladı - 2 aylıq həbs olundu
Bu gün, 13:55 |
|
|
|
|