Satacağımız almalar da əlimizdə qalıb... .....                     Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... .....                     Gecə vaxtı yerinə yetirilən işlərə... .....                     Qəzanın ilkin hesabatı niyə gecikir? .....                     Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? .....                     Ucuz ev, yoxsa oyun? .....                     "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" .....                     "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı .....                     Jan Noel Baro niyə bu qədər narahatdır? .....                     Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” .....                     "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi' .....                     Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir .....                     Lerikin icra başçısı İTTİHAM OLUNUR .....                     Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? .....                     “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları .....                     Azərbaycanda səhmdar cəmiyyət .....                     “Azinşaat Servis” ASC səhmdarlarının .....                     "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" .....                     “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” .....                     Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək .....                     "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq .....                     Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... .....                     Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat .....                     Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi .....                     Azərbaycanda çörək bahalaşdı .....                     Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır .....                     Moskvadan gəırginliyi artıran addımlar: .....                     Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur .....                     Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil .....                     "Paylaşımı silmək üçün 10 min istədi" .....                     Azərbaycanda 2 yeni radio açılır .....                     Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb .....                     Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? .....                     FHN universitetdə yoxlamalar apardı .....                     " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" .....                     AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib .....                     Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb .....                     Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib .....                     Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu .....                     "Roşka" yenidən .....                 

“Rafael Cəbrayılov işi” "DALAN"DA... - Zərərçəkənlər istintaqın ləngliyindən narazıdırlar
Tarix: 21-01-2021, 11:50 | Çap et
“Rafael Cəbrayılov işi” "DALAN"DA...
Borclu olması səbəbindən deputat mandatını girov qoyması və çoxsaylı dələduzluq əməllərinə görə gündəmdən düşməyən Milli Məclisin keçmiş deputat Rafael Cəbrayılovdan şikayətçi olan vətəndaşların sayı artmaqdadır.

Rafael Cəbrayılovun külli miqdarda maddi zərər vurduğu şəxslərdən biri olan Bəhruz Məmmədov Yenicag.az-ın redaksiyasına müraciətində keçmiş deputatın “tor”una necə düşməsindən danışıb.

Bəhruz Məmmədov bildirib ki, dostu vasitəsilə Rafael Cəbrayılova 2 il əvvəl verdiyi pulu hələ də geri ala bilmir:

“Texniki Universitetdə təhsil alarkən müəllimim olmuş Fərhad Kərimov vasitəsi ilə Tibb Universitetinin daxili xəstəliklər kafedrasının dosenti vəzifəsində işləyən Mirəsgər Əsgərovla tanış olmuşam. Bu tanışlıq daha sonra dostluğa çevrilmişdi. Mirəsgər Əsgərov həkimdir. O, biləndə ki, əmimin nəvəsinin İqtisad Universitetində problemi var, dedi, dostum Rafael Cəbrayılov vasitəsi ilə tələbənin problemini həll edə bilərik.

Tələbənin atası ilə Mirəsgəri görüşdürdüm. Onların arasında pul sövdələşməsi olub. Amma mən bu işə müdaxilə etməmişəm. Mirəsgər görüşdə bildirdi ki, Rafael Cəbrayılovla danışmışam, 20 min manata məsələni həll edəcək. Görüşümüz Nəsmi rayonu ərazisindəki “Semaşko” xəstəxanasının yaxınlığında baş tutdu. Mirəsgər məni həmin ünvanda gözlədi, gedib 20 min manatı gətirib ona verdim.

Rafael Cəbrayılovla danışdı, “Gənclik” mehmanxanasının arxasındakı qızıl dükanları olan yerdə görüşdük. 03 mart 2019-cu ildə Mirəsgər Əsgərov avtomobildən düşdü və pulu aparıb Rafael Cəbrayılovun əyləşdiyi maşında ona təqdim etdi. Mirsəgər qayıdıb gəldi, bildirdi ki, narahat olma, hər şey yaxşı olacaq”.

Şikayətçinin sözlərinə görə, Rafael Cəbrayılov pulu alsa da, tələbənin problemini həll etməyib:

“Rafael Cəbrayılova zəng etdim. Birinci danışığımızda mənə dedi ki, o tələbə Mirsəgər tərəfindən deyilib, İqtisad Universitetinin rektoru Ədalət Muradova xahiş etmişəm, o tələbəyə kömək olunmalı idi. “Hələ də həll olunmayıb?”, – deyə sual verdi.

Bizdən bir həftə vaxt istədi. Müddət başa çatdıqda, ona zəng etdim, tələbinin probleminin həll olması üçün yenə vaxt istəyəndə, dedim, vaxt istəmirik, pulumuzu qaytarın. Cavab verdi ki, pulunuzu bir həftədən sonra Mirsəgərə verəcəm, o da sizə qaytaracaq.

Mirsəgər bir həftə sonra bizə dedi ki, ona pul verilməyib, Rafael Cəbrayılova zəng et. Cəbrayılova zəng edəndə dedi ki, gələn həftənin ikinci gününə qədər Mirsəgər səndən alınan əmanəti qaytarmasa, “Mütəşəkkil”ə (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi – red.) deyəcəm, onun qulağından tutub, atsın içəri.

Növbəti dəfə zəng vuranda isə məni təhqir etdiyi üçün ona artıqlaması ilə cavab verdim. Bundan sonra zənglərimizə cavab vermədi. Tələbənin valideyini Rafael Cəbrayılova zəng edəndə ona bildirdi ki, mən pulu sizdən almamışam, Mirəsgər alıb, o da qaytaracaq.

Bu proseslər çirkinləşdikdə, Mirsəgərin qudası hal-hazırda Milli Məclis sədrinin müavinlərindən biri olan Fəzail İbrahimli ilə telefon əlaqəsi yaratdım. Fəzail İbrahimli bizimlə söhbətdə Rafael Cəbrayılovla bağlı çox sayda şikayətlərin olduğunu dedi. Mənə təklif etdi ki, problemin həlli üçün spiker Oktay Əsədovun qəbuluna düşüm. Ancaq spikerin qəbuluna getsəm də, onunla görüşə bilmədim.

Məcbur olub yenidən Fəzail İbrahimli ilə əlaqə saxladım. O bildirdi ki, bəli, Mirsəgər Əsgərov mənim qudamdır, ancaq o ailənin nicatı Mirsəgər Əsgərovun ölümündədir. Artıq biz onun əlindən boğaza yığılmışıq, bununla bağlı mənə zəng etmə.

Bundan sonra Mirsəgər Əsgərovun özünü Dövlət Təhülkəsizliyi Xİdmətinin əməkdaşı kimi təqdim edən oğlu İslam Əsgərovla telefon əlaqəsi yaratdım. O da məni təhdid edərək dedi ki, bir də onu narahat etsəm, cibimə nəşə atıb, tutduracaq. Mirsəgər Əsgərovun evinə getdim, onun həyat yoldaşı mənə dedi ki, bizim Rafael Cəbrayılova gücümüz çatmır”.

İş bi həddə çatdıqdan Bəhruz Məmmədov problemin həlli üçün hüquq-mühafizə orqanlarına üz tutub:

“Bütün materiallar toplanaraq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərildi və araşdırılma başlanıldı. Araşdırma zamanı dediklərim tam sübuta yetrildiyi üçün və Mirsəgər Əsgərovon pulu bizdən alıb Rafael Cəbrayılova verməsinə dair 5 qəbz, Mirsəgər Əsgərovun səs yazısını və mesajlarını təqdim etdiyimə görə cinayət işi başlanıldı”.

Bununla belə, şikayətçi istintaqın çox ləng aparılmasından, dəyən maddi zərərin hələ də ödənilməməsindən narazıdır:

“İstintaq bir ilə yaxındır davam etsə də, nə Rafael Cəbrayılov, nə də Mirsəgər Əsgərov barəsində həbs qətimkan tədbiri seçilməyib, mənə və digər zərərçəkmişlərə dəyən zərər ödənilməyib. İstintaqı aparan baş müstəntiq Ceyhun Rzayev bu işdə süründüməçiliyə yol verir. Görünür, Rafael Cəbrayılovun deputat mandatını itirsə də, özünün təsir imkanlarını qoruyub saxlayıb. Rafael Cəbrayılov şəxsən özü telefonda mənə deyib ki, iki qızının Tibb Universitetini bitiriməsinə Mirsəgər Əsgərov kömək edib”.

Qeyd edək ki, son bir neçə ildə sabiq deputat Rafael Cəbrayılovun çoxsaylı dələduzluq əməlləri ilə bağlı mediada saysız-hesabsız materialların dərc edilməsinə baxmayaraq, geridə qalan müddət ərzində nə onun barəsində ciddi tədbir görülüb, nə də maddi ziyana uğrayan vətəndaşlara vurulan zərər ödənilib.

Çox maraqlıdır, Bəhruz Məmmədovun da qeyd etdiyi kimi, ortada konkret faktlar olduğu halda, istintaq çox anlaşılmaz qaydada təhqiqatı uzadır, bununla da keçmiş deputatın öz layiqli cəzasını alması və vətəndaşlara dəyən ziyanın ödənilməsini ləngidir.

Mövzunu davam etdirəcəyik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41
Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37
Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14
Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47
"Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45
"Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41
Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38
Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36
"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54
Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47
Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35
“Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32
Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05
“Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02
"Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53
“35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51
Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40
"Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33
Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31
Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28
Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18
Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14
Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11
Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00
Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58
Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21
"Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17
Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06
Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05
FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00
" Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58
AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54
Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41
Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40
Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38
"Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36
Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32
Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29
İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23
İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19
Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16
Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08
"2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02
İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58
Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55
Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru