O ərəb şahzadəsi deyil axı… - Xaləddin İsgəndərovun bu qədər sərvəti hardandır?
Tarix: 29-12-2017, 12:43 | Çap et
Srağagün ölkə mətbuatında dekabrın 5-də Prezident İlham Əliyevin Sərəncamı ilə vergilər naziri vəzifəsindən azad edilən Fazil Məmmədovun Bakı şəhər, Binəqədi rayon, 9-cu mikrorayon ərazisində, Heydər Məscidinin yaxınlığında yerləşən villasının şəkili yayımlandı
Bununla bağlı anonimliynin qorunması şərti ilə MilliYol-a müraciət edən bir şəxs saytımızla şok məlumatlar bölüşüb.
Məsələ heç də Fazil Məmmədovun 9-cu mikrorayondakı villası ilə əlaqəli deyil. Söhbət sabiq nazirin Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində (keçmiş Vorovski), yerləşən villasından, daha doğrusu Fazil Məmmədovun villası ilə üzbəüz olan və Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova aid olan villadan gedir və mənbə bu villada bir çox şeylərin döndüyündən xəbər verib.
Qeyd edək ki, dünən musavat.com saytının yaydığı xəbərdə Binəqədinin icra başçısına Xaləddin İsgəndərova və Fazil Məmmədova məxsus olduğu bildirilən qoşa villaların satışa çıxarıldığı deyilir. Xəbərdə qeyd olunur ki, Xaləddin İsgəndərov və Fazil Məmmədov həbs olunma və əmlakının müsadirəsi təhlükəsini istisna etmədiklərinə görə hər iki villa satışa çıxarılıb.
Öncəliklə qeyd edək ki, mənbənin iddiasına görə Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində (keçmiş Vorovski), yerləşən qoşa vilların hər ikisini Xaləddin İsgəndərov tikdirib və qoşa villalardan birini öz patronuna, Fazil Məmmədova hədiyyə edib. Lakin Fazil Məmmədov öz villasına çox az gəlib gedir və demək olar ki, orda yaşamır. Buna baxmayaraq mənbə bildirir ki, Xaləddin İsgəndərov özünə aid olan villaya çox tez-tez gəlib gedir.
Hündür hasarla əhatələnən villa bütün istiqamətlərdən kamera ilə izlənilir və burda quş belə uçurdulmur. Villanın darvazası xüsusi metaldan hazırlanıb və zirehlidir. Hər iki villanın darvazası xaricdə hazırlanıb. Hər iki villanın qapısında isə mühafizə dəstəsi keşik çəkir.
Villanın təmtəraqından və qeyri adiliyndən danışan mənbə bildirib ki, bu villanın əsas özəlliyndən biri villanın zirzəmisidir. Daha doğrusu yarımzirzəmidən söhbət gedir. Və bu yarımzirzəmidə bir neçə dəfə olan mənbə MilliYol-a inanılmaz faktlar açıqlayıb. Hər şeydən əvvəl onu qeyd edək ki, villanın yarımzirzəmisində xüsusi dizaynla bəzədilib və yarızirzəminin cah-cəlalını təsvir etmək üçün söz yetərli deyil. Hətta bura ərəb şeyxləri belə həsəd apara bilər.
Burda ilk olaraq diqqət çəkən 400 kvadrat metrlik üzmə hovuzudur. Hovuzdan başqa yarızirzəmidə iki sauna var.
Bir qədər kənarda isə möhtəşəm bar diqqəti cəlb edir və mənbə bildirib ki, bu bardakı çoxsaylı içkilərin və şərabların ən aşağı qiyməti 1000 dollardır və bu bahalı içkilər kolleksiyası adamı ilk baxışda özünə cəlb edir. Bardan bir qədər kənardakı otaqda isə adətən qumar məclisləri qurulur.
Mənbə qeyd edib ki, villaya girmək üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir və bura ancaq ortaq tanışlar vasitəsi ilə girmək mumkundur. Kimsə tanınmayan biri villaya yaxınlaşarsa, mühafizəçi çıxaraq həmin adamı sürətlə ordan uzaqlaşdırır. Şəkil çəkmək isə ümumiyyətlə imkansızdır. Villadan içəri daxil olarkən isə təmtəraqdan adamın ilk baxışda gözləri qamaşır.
Mənbə bildirir ki, Xaləddin İsgəndərov bu villada adətən yaxın adamları ilə toplanır və bir qayda olaraq qonaqlar qumar masasında əylənirlər. Mənbə qeyd edir ki, qonaqlar arasında Xaləddin İsgəndərovun tanımadığı şəxslər də olur. Misal üçün o, Xaləddin İsgəndərovla daha əvvəldən tanış olmayıb. Buna görə də bir qayda olaraq qonaqlar içəri keçmək üçün şəxsiyyət vəsiqəsi təqdim edirlər…
Yəqin ki, geniş ictimaiyyət üçün Xaləddin İsgəndərovun bu qədər sərvəti və krallara aid yaşayış səviyyəsini hansı yolla əldə etməsi çox maraqlıdır. Açığı bu, elə bizim üçün də maraqlıdır və ümid edirik ki, icra başçısı mal varlığı ilə bağlı açıqlama verərək bu iddaları yalan olduğunu isbat edəcək. Təbii ki, bütün bunlar yalandır, şərdir, böhtandır, deməklə yox…
Xatırladaq ki, bu günə qədər Xaləddin İsgəndərovun inanılmaz sərvəti barədə Azərbaycan mətbuatında müxtəlif yazılar yazılıb. Binəqədi İcra Hakimiyyətinin yaxınlığında 16 nəfər sakinin canına mail olan binanın yanmasına qədər, demək olar ki, Xaləddin İsgəndərov özünü məmur kimi deyil, bir ərəb şəhzadəsi kimi aparırdı. Qeyd edək ki, bir çox məlumatlara görə Xaləddin İsgəndərovun şəhərin bir çox yerlərində, o cümlədən Yasamalda 10-a qədər villası var. Bu vilların hər birində ondan artıq qulluqçu fəaliyyət göstərir və bəzi iddialara görə həmin qulluqçuların orta əmək haqqı 1000 manatdan az olmur. Bəzi məlumatlara görə isə Xaləddin İsgəndərov villalarının qulluqçularına hər ay 100 min manata qədər vəsait sərf edir.
Daha əvvəl Vergilər Departamenti rəisinin birinci müavini kimi bəsit bir vəzifə sahibi olan və sonra Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Xaləddin İsgəndərovun bu qədər sərvəti hardan ola bilər?
Bu şəxsin tək özəlliyi sabiq Vergilər naziri Fazil Məmmmədovun bacısı ilə evli olmasıdır. Bu günə qədər də iş adamı kimi heç bir yerdə adı keçməyib və dövlət məmuru olaraq çalışıb. Xaləddin İsgəndərovun ailə üzvlərinin də bizneslə məşğul olmaları ilə bağlı bu günə qədər heç bir məlumat olmayıb.
Buna baxmayaraq, bu şəxsin özünün, ailəsinin qulluğunda bir xidmətçi və mühafizəçi ordusu dayanır. Misal üçün Biəqədinin İcra başçısının tək özünü deyil, ailəsini də bir mühafizəçilər ordusu qoruyur. İcra başçısı bir yerə gedərkən adətən onu 6-7 maşın mühafizəçi maşını müşahidə edir. Qəribədir ki, başçının oğlu da, atası kimi şəhərdə ən azı 4-5 maşının müşayiəti ilə hərəkət edir. Əldə etdiyimiz məlumatlara görə icra başçısının digər ailə üzvləri də bir yerə gedərkən onları xüsusi maşınlar müşaiyət edir.
Və belə çıxır ki, İsgəndərovlar ailəsi dövlətin zirvəsindəki şəxslər kimi qorunur. Hər halda bu Xaləddin İsgəndərovun özünün ortaya qoyduğu görüntünün ümumi nəticəsidir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Mənbə: MilliYol.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq - Tramp
Bu gün, 08:48 |
|
|
|
• Vətəndaşdan Zaur Mikayılova ÇAĞIRIŞ: Evlərimiz təhlükədədir... - FOTOFAKT
Bu gün, 08:48 |
|
|
|
• Burada nə yediyinizə diqqət edin... - MÜRACİƏT
Bu gün, 08:40 |
|
|
|
• KONTAKT HOME yenə də narazılıq yaradır... - AXI NİYƏ?..
Bu gün, 08:34 |
|
|
|
• Buna hüquq mühafizə orqanlarında baxıla bilərmi? - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• Hikmət Hacıyev səmimi idi... görək İran nə edəcək... - Tehrana hara qədər güvənə bilərik?..
Bu gün, 08:19 |
|
|
|
• Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:14 |
|
|
|
• Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:05 |
|
|
|
• Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? - AKTUAL
Bu gün, 06:51 |
|
|
|
• “Ayı”nın ilk üç hədəfi: birini “öldürüb”, digərini “yaralayıb” və üçüncüsü… - GƏLİŞMƏ
Bu gün, 06:48 |
|
|
|
• Qüvvələrimiz Ermənistana belə girə bilər - 107 illik müqavilə gündəmdə
Bu gün, 06:41 |
|
|
|
• Bakı çox yüklənib, həm adamla, həm də maşınla... - NƏ ETMƏLİ?
Bu gün, 06:40 |
|
|
|
• BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... - "Öz pulunuzla gedin!"
Bu gün, 06:28 |
|
|
|
• "Sənətdə nələrin təbliğ olunduğu göz önündədir"
Bu gün, 06:21 |
|
|
|
• Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... - “Razı olun, yoxsa…”
Bu gün, 06:16 |
|
|
|
• Qaqauz lider Kişinyov hava limanında saxlanıldı - "Birinci Moldova" telekanalı
Bu gün, 06:12 |
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
|