Kartlar başçının müavininin seyfindən çıxdı - GİLEY
Tarix: 31-08-2018, 15:21 | Çap et
Ölkə mətbuatı naftalanlı Aslanov qardaşlarından və onların yeznələri Bədəl Bədəlovdan çox yazıb.
Məsələn, mətbuatda gedən yazıların birində yazılıb ki, Goranboy və Naftalan ərazisindəki əsas gəlir mənbələri Aslanovların və SOCAR-ın vitse-prezidenti B.Bədəlovun nəzarətindədir: “ Naftalan şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov B.Bədəlovun qaynıdır. 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Mahir Aslanov isə Natiq Aslanovun əmisi oğludur.
Bildirilir ki, İcra başçısının vaxtilə çalışdığı “Kəpəz” firması M.Aslanova məxsusdur. N.Aslanovun rəsmi tərcümeyi-halında hərbi qulluqla bağlı heç nə yazılmayıb. İcra başçısının tərcümeyi-halından bəlli olur ki, bu şəxs 34 yaşında icra başçısı təyin olunub. Bu fakt az qala Ginnesin rekordlar kitabına düşə bilər. Görəsən, Natiq Aslanovun vətən və millət qarşısında hansı xidmətləri olub ki, gənc yaşında mühüm bir şəhərə rəhbər təyin olunub..? Doğrudan da heç bir xidməti olmayan şəxs birdən-birə necə icra başçısı kreslosuna sahib olub..?
Ölkə mətbuatının yazdığına görə, Aslanovun icra başçısı təyin olunmağında ARDNŞ-in vitse-prezidenti B.Bədəlovun əsas rolu olub. B.Bədəlov özü kim olub və onun neft sahəsində hansı nailiyyətlərinə görə onu SOCAR kimi böyük strateji şirkətə vitse-prezident təyin ediblər?! B.Bədəlov da qaynından geri qalmayıb. Yəni, o özü də hərbidə olmayıb və güman edilir ki, o da hərbi xidmətdən “neqodnı” adı ilə yayınıb. SOCAR-ın vitse-prezidentinin ilk fəaliyyəti Naftalanın Qaşaltı Qaraqoyunlu kəndində eşşək arabasında su daşıyıb satmaq olub. Bu yerdə lap məşhur “Əlibaba və qırx quldur” kinosu yadıma düşdü. Həmin kinofilimdə Əlibaba səhranı dolaşaraq 40 quldurun mağarasına rast gəlir. Mağaraya “sim-sim, açıl” deyən kimi, onun qarşısında mağaranın qapısı açılır və o 40 quldurun karvanlardan qarət etdikləri qızıl-zinət əşyalarını tapır.
Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndindən, B.Bədəlovun tikdirdiyi imarətdə işləyən fəhlələr 365İNFO saytına çox maraqlı məlumat göndəriblər. Məlumatda qeyd olunur ki, tikilən imarətin bünövrəsinə və divarlarına saxsı küplərdə qızıl-zinət əşyaları B.Bədəlov tərəfindən hördürülərək gizlədilib. Doğrudanmı B.Bədəlov “Əlibaba və 40 quldur” kinofilmindəki kimi qızıl-zinət əşyaları gizlədilən mağaraya rast gəlib və SOCAR -ın vitse-prezidenti təyin olunandan sonra tez-tez həmin mağaraya baş çəkir?!”, Sonuncu yazılarımızdan sonra Naftalanın icra başçısı Natiq Aslanov tutduğu vəzifədən azad olundu, yeni icra başçısı təyin olundu. Ancaq naftalanlılar yenə o fikirdədirlər ki:“Quzunu qurda tapşırıblar, həmin “QURDUN” adı da Bədəl Bədəlovdur”.
Nə qədər ki, Naftalan rayonunun kurasiyası B.Bədəlova tapşırılıb, Naftalanda talançılıq davam edəcək. Bu qənaətə Naftalan şəhərindən redaksiyamıza daxil olan məktubu oxuyandan sonra gəlmək olar.
Həmin şikayət məktubunu oxucularımıza olduğu kimi təqdim edirik: “25 ilə yaxın müharibə şəraitində yaşayan dövlətimizdə ölkə Başçısı və əksər vətəndaşlar maksimum qüvvə ilə çalışırlar ki, əhalinin sosial problemləri həll olunsun, dövlətimizin hərbi qüvvəsi daha da güclənsin, işğal olunmuş torpaqları geri qaytaraq. Lakin, 2010-cu ildə Naftalana İcra Başçısı təyin olunmuş Natiq Aslanov yuxarıda qeyd olunan hədəflərin pozulması üçün əlindən gələni əsirgəməmişdir. N.Aslanov özü kimi savadsız, qabiliyyətsiz, fərari adamları başına yığaraq talançılığa fasiləsiz start verdi. Üstünlük verildi Qaşaltı Qaraqoyunlu kəndindən olanlara. Şəhərin torpaq fondu ehtiyat fondu ilə birlikdə topdan satış formasında satıldı. Amma 10 illərlə torpaq sahəsi almaq üçün növbədə duran şəhid ailələri,müharibə veteranları, çoxuşaqlı ailələr, Çernobıl əlilləri və sairələr bu günədək növbədədirlər. Kurort rüsumları, dotasiyalar mənimsənildi, bələdiyyə əraziləri bərbad vəziyyətə salındı. Ümumiyyətlə şəhərə ayrılan milyonlar illər ərzində icra başçıları tərəfindən çox rahat mənimsənilmişdir. Sabiq icra başçıları Füzuli Sadıqov, Musa Musayev burada milyonçu olublar. 2010-cu ildə cənab Prezidentin tapşırığı ilə SOCAR-ın maliyyə dəstəyi ilə şəhərdə yenidənqurma və abadlıq işləri başlandı. Deyilənə görə bu işlərə 650 milyon manat pul xərclənib.Çox təəssüf ki, qoyunu qurda tapşırıblar. Bunun nəticəsidir ki, işlər keyfiyyətsiz və şişirdilmiş qaydada görüldü.
Məsələn, şəhərdə 6 saylı panel ev 1964-65-ci illərdə inşa edilmişdi.Yararsız olduğuna görə həmin ev sökülməli idi, lakin onu sadəcə yenilədilər. İndi Allah eləməsin 4-5 ballıq zəlzələ olarsa 50 ailənin taleyi təhlükə altına düşəcək. Naftalanda görülən işlər və hökm sürən vəziyyət haqda bunları demək olar: -Binaların ətrafına tökülən beton heç bir əhəmiyyət kəsb etmir.Çünki betonun içindən 1,2 sm uzunluğunda “Z obraznı” ankerlər buraxılmalı idi, buraxılmayıb. Bu səbəbdən tökülən dəmir beton divarlardakı aqlay daşlarının yükünü saxlaya bilmir. -Divarda toxunan setkaların diametri norma üzrə 20 mm olmalıdır, amma 8-10 mm-dir. -Binanın mansard hissəsində döşəmələrin mailliyini düzəltmək üçün əvvəlcədən tökülmüş keramziti daşıyıb götürüblər, yerini təxminən 0,60 sm-1,0 m mailiyi olan beton vasitəsi ilə düzəldiblər . -Binanın sıradan çıxmış eyvanlarını təhlükəli formada bərpa etmişlər. Əgər kiçik bir təkan olarsa, eyvan öz yükünü saxlaya bilməz, çünki dayaq sütunlar qoyulmayıb. -Üzlük plitələri olan ağ laylar yapışdırılan vaxt divarla üzlük arasındakı məsafə (15 sm-20 sm) beton məhlulu ilə düzlənib ki, bu da texniki normaların kobud şəkildə pozulması, binanın həddindən artıq yüklənməsi deməkdir. Boş yerlərə sement torbaları-kağızla doldurulub deyə həmin yerlərdə qarışqa yuvaları əmələ gəlib, bütün evləri qarışqa götürüb. -“Podyez”lərdə açılmayan pəncərələr qoyulub ki,bu texniki normalara ziddir. -Küçə sularının ötürülməsi metodu səhvdir deyə zirzəmiyə su dolur. -Yollara döşənən asfalt keyfiyyətsizdir. – Şəhərdə tikinti işlərini aparan mütəxəssis yoxdur, İcra Hakimiyyətinin Baş memarı aqranomdur. Fövqəladə Hallar Nazirliyi üçün böyük iş var: -Yeraltı kommunikasiyaların dəyişdirilməsi və binalarda aparılan montaj işləri əvvəlcə 15-20% keyfiyyətli “FİRAT” məhsulları ilə, sonra keyfiyyətsiz materiallarla aparılıb. Qiymət fərqi-milyonlarla. (Hamımıza 2015-ci ilin mayında Binəqədi rayonunda yaşayış binasında baş verən yanğının acı nəticələri məlumdur) -Bütün işlərin maliyyə məsələlərini Bədəlin həkim qardaşı Ümidvar həyata keçirib. O, şəhərin avtovağzalını alıb, yerində dəyəri 30-40 milyon manat olan sanatoriya tikib. -Şəhərdə işləri həyata keçirən 8 iş icraçısının 3-ü traktorçu, 1-i keçmiş polis mayoru (təqaüdçü), 2-si sürücü, 1-i çoban idi. Naftalanda bu işlər aparılarkən Bədəl və Natiq oğurluq pulların hesabına Mərdəkanda villalar, Bakıda, Naftalanda mənzillər, obyektlər aldılar. Başçı şəhər hamamını aldı və 100 min manata satdı, şəhər hamamsız qaldı. -Hər ay saxta sənədlərlə idman, səhiyyə və kommunal təsərrüfatı xərcləri adı ilə böyük məbləğlər mənimsənirdi. –“Muğan” bağçılıq ərazisindən Goranboy sakini Ramilə 3,5 ha torpağı 300 min manata satıblar, camaatı isə torpaqsız qoyublar. -Gəncədə sökülmüş işıq dirəklərini (metallom) təzə adı ilə hər birini 1200 manata sənədləşdiriblər. Cari ilin aprel-may aylarında Gəncə 12 saylı Vergi İdarəsi tərəfindən Naftalan şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyində yoxlama aparıldı. Məlum olub ki, 170 nəfər ştatı olan idarənin cəmi 30-35 nəfər işçisi varmış, qalan əmək haqqı kartlarını -140 ədədi başçı hər ay (10 ilə yaxındır) özü götürürmüş. Kartlar başçının müavininin seyfindən çıxdı. İdarədə olan Kamaz, Hundai, ağır tonnajlı su maşınlarını Naftalan camaatı görməyib. İdarə rəhbərliyi bu maşınlar ilə kəndlərdə pul qazanırlar. Bu hadisədən 4-5 ay qabaq müavinin qardaşı Rauf (peşə məktəbinin direktoru) axşam saat 23-24 radələrində çoxsaylı kartları Kapital Bank-dan götürəndə polis tərəfindən yaxalanıb ,sonradan 5 min alıb onu buraxıblar. Bütün qəssablardan, digər obyektlərdən aylıq alınır.
NƏTİCƏ: 1. Bədəl Bədəlovun və onun kadrlarının, ələlxüsus Natiq Aslanovun fəaliyyəti dövlət siyasətinin əksinə olan fəaliyyətdir. 2. Köçəri Əhmədov Qaz idarəsinin müdiri işləyəndə əmək haqqı kartlarını özündə saxlayıb. 3. Şəhərə xərclənən vəsaitə 4-5 təzə şəhər tikmək olardı. Vəsaitin 60-70% mənimsənilib.Tikinti zamanı SOCAR-ın kuratoru, Naftalanın indiki başçısı Rövşən İbrahimov olub. 4. Əhalinin böyük əksəriyyəti işsizdir. 5. Şəhər əhalisi qədər də Naftalanda məmur nomenkulaturası var. 6. Şəhərdən gedən şikayətlərə baxılmır.Şəhərdə görülən işlər haqda hesabatlar məmurlar tərəfindən formal qaydada verilir. 7. Bədəl Bədəlov tərəfindən, onun kadrı olan yeni başçının təyinatına nail olmaq maxinasiyaları ört-basdır etmək üçündür.
“Yuxarıda təqdim etdiyimiz şikayət məktubundakı məlumatlar haqda yalnız onu deyə bilərik ki, yetərincə ciddi faktlara söykənən bu iddiaların aidiyyatı qurumlar tərəfindən yoxlanılması üçün kifayət qədər əsas var”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq - Tramp
Bu gün, 08:48 |
|
|
|
• Vətəndaşdan Zaur Mikayılova ÇAĞIRIŞ: Evlərimiz təhlükədədir... - FOTOFAKT
Bu gün, 08:48 |
|
|
|
• Burada nə yediyinizə diqqət edin... - MÜRACİƏT
Bu gün, 08:40 |
|
|
|
• KONTAKT HOME yenə də narazılıq yaradır... - AXI NİYƏ?..
Bu gün, 08:34 |
|
|
|
• Buna hüquq mühafizə orqanlarında baxıla bilərmi? - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• Hikmət Hacıyev səmimi idi... görək İran nə edəcək... - Tehrana hara qədər güvənə bilərik?..
Bu gün, 08:19 |
|
|
|
• Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:14 |
|
|
|
• Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:05 |
|
|
|
• Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? - AKTUAL
Bu gün, 06:51 |
|
|
|
• “Ayı”nın ilk üç hədəfi: birini “öldürüb”, digərini “yaralayıb” və üçüncüsü… - GƏLİŞMƏ
Bu gün, 06:48 |
|
|
|
• Qüvvələrimiz Ermənistana belə girə bilər - 107 illik müqavilə gündəmdə
Bu gün, 06:41 |
|
|
|
• Bakı çox yüklənib, həm adamla, həm də maşınla... - NƏ ETMƏLİ?
Bu gün, 06:40 |
|
|
|
• BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... - "Öz pulunuzla gedin!"
Bu gün, 06:28 |
|
|
|
• "Sənətdə nələrin təbliğ olunduğu göz önündədir"
Bu gün, 06:21 |
|
|
|
• Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... - “Razı olun, yoxsa…”
Bu gün, 06:16 |
|
|
|
• Qaqauz lider Kişinyov hava limanında saxlanıldı - "Birinci Moldova" telekanalı
Bu gün, 06:12 |
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
|