LC Waikiki mağazasında müştərilərə qarşı hörmətsizlik - GİLEY
Tarix: 22-10-2019, 11:08 | Çap et
Bir neçə ay öncə İspaniyanın paytaxtı Madrid şəhərindəki böyük ticarət mərkəzlərinin birində alış-veriş edərkən paltar yoxlama otağına keçəndə əlimdəki 7-8 paltara qətiyyən əhəmiyyət verən olmadı. Hətta paltarları özüm sayıb nömrə istəyərkən nəzarətçi qız "lazım deyil” deyə əlini yellədi. Düzü, onda mağaza nəzarətçisinin bu hərəkətini ya çoxlu müştərilərdən yorulması, ya alıcılara inamı, ya da mağazanın qaydası olduğunu anlaya bilmədim. Bakıdakı alış-veriş mərkəzlərindəki müştəriyə qarşı inamsız mənzərə isə təbii ki, gözümün önündə idi.
Ümumiyyətlə, Avropa ölkələrinin təcrübəsinə nəzər salsaq alış-veriş etmək istərkən mağazalarda, hətta, alıcıların qaynaşdığı ən böyük ticarət mərkəzlərində belə şəxsi əşyaların olduğu çantanın yoxlanması yolverilməz hesab edilir. Bu, istehlakçıların hüquqlarına kobudluqla müdaxilə və onlara qarşı təhqir sayılır. Bununla belə demək olmaz ki, dünya ölkələrinin alış-veriş mərkəzlərində oğurluq halları baş vermir...
Bakıdakı ticarət mərkəzlərində isə müştərilərlə davranış mədəniyyəti xeyli "fərqlidir”. Geyim dükanlarında alış-veriş edərkən və ya sadəcə, mallara baxarkən satıcıların müştəriləri addım-addım izləməsi adi haldır. Bu, əsəbləri tarıma çəksə belə, birtəhər səbir göstərirsən. Amma müştərinin şəxsi əşyalarının olduğu çantasını yoxlamaq kimi münasibətlə qarşılaşanda artıq səbir kasan daşır... Alıcının əlindəki şəxsi çantanı yoxlamaq bəzən həssas müştərilərlə ciddi və yersiz münaqişələrə gətirib çıxarır.
Məsələn, 28 Mall-dakı LC Waikiki mağazasında alıcılarla davranış bu "mədəniyyət”dən uzağa getmir. Keçən həftənin cümə günü LC Waikiki mağazasında mallara baxarkən üzləşdiyim mənzərə mənə bir növ "mədəniyyət şoku” yaşatdı. Əlimdə iki paltar yoxlama otağına keçmək istərkən nəzarətçi qız təkcə malların sayını yoxlamaqla kifayətlənmədi, əl çantama da nəzər salmaq istədi. Düzü, alış-veriş mərkəzlərinin girişində təhlükəsizlik məqsədilə ümumi yoxlamadan başqa, ilk dəfə belə bir "imtahan”la üz-üzə qaldım. Əl çantama boylanmalarının səbəbini soruşduqda Elvin adı nəzarətçi mağazadakı oğurluqlarla əlaqələndirdi: "Oğurluqların sayı artıb. Çoxu da qadınlardır”-dedi.
Nəzarətçinin izahını bütün hallarda istehlakçıların hüququnun pozulması adlandırıb mağazadan uzaqlaşdım. Əl çantamın yoxlanması ilə bağlı irad və narazılıqlarımı bildirməyim də öz yerində.
Ticarət mərkəzindəki "Zara”, "Mango” "Aldo”, "Next”, "Terranova” və s. kimi mağazalara baş çəkib paltar yoxlama otağından çıxandan sonra qəsdən "niyə əl çantamı yoxlamırsınız” deyə nəzarətçilərdən soruşdum. "Bu sizin şəxsi əşyalarınızdır. Buna bizim haqqımız yoxdur” - cavabını aldıqdan sonra əl çantalarının yoxlanmasının ümumən nə 28 Mall rəhbərliyinə, nə də digər mağazaların müştərilərlə davranış qaydalarına aid olmadığını aydınlaşdırıb yenidən istehlakçı hüququmun pozulduğu mağazaya – LC Waikiki-yə qayıtdım. Qeyd edim ki, mağazanın Fb səhifəsindəki rəylər də bu şəbəkə haqqında xoş fikirlər yaratmadı. "Bakıda fəaliyyət göstərən ən səviyyəsiz iri mağazalar şəbəkəsindən biri” və ya "Bu qədər filialınız var. 1 jeans kurtkanın "M” razmerini tapa bilmirəm. "Ganjlik mall'da var deyirlər, gedirəm satıcı deyir hələ anbardadır. Anbardan malın çıxmağını bilən yoxdur. Deyirəm əlaqə nömrəsi verim, deyir yadımızdan çıxacaq. Pulsuz xidmətlərdə belə müştəriyə individual yanaşma var, sizdə isə bu 0-dır. Satıcılarınıza təlimlər keçin müvafiq sahə ilə bağlı” kimi şərhlər müştərilərə münasibətin hansı səviyyədə olmasından xəbər verir.
Mağazanın müdiri Vüqar Mirzəyev "Bir sıra mağazalar kimi biz də heç vaxt əvvəllər müştərilərin çantasını yoxlamırdıq” deyə çantamın yoxlanmasına qarşı iradlarıma rəğmən cavab verdi: "Yəni müştəri rahat şəkildə gəlir, alış-verişini edir və çıxıb gedirdi. Ancaq dükanda oğurluqlar başladı. Belə ki, pal-paltarın birini əlində tutur, digərini çantasının içinə qoyub geyinmə otağına keçir və çıxdıqdan sonra əlindəki paltarı qaytarır və çantasındakını aparıb gedir”. Mağaza müdiri otağındakı kameranın monitorunu göstərərək «Mağaza çox böyükdür və gün ərzində çoxlu alıcı daxil olur. Bizim onların hamısını izləmək imkanımız yoxdur» - dedi: "Biz də istəyirik dünyadakı mağazalar kimi olaq. Ancaq bizim insanlar ola bilmir”. Müdir əlacsızlıqdan müştərilərə qarşı belə davrandıqlarını etiraf etdi: «Biz bunu əlacsızlıqdan edirik. Məqsədimiz hər hansı bir müştərini incitmək deyil, ancaq biz bu cür davranmağa məcburuq. Müştərilər bizə çox böyük miqdarda ziyan vururlar. Mağazada çeşid çoxdur. Ona görə gələnlər də çox olur və oğurluq halları baş verir. Ona görə rəhbərlik bütün filialların mağaza müdirlərini yığıb «çıxış yolu budur» – deyə iclas keçirərək, bu qaydanı tətbiq etməyi tapşırdı”. LC Waikiki mağazalar şəbəkəsinin marketinq direktoru Fuad İbrahimovla əlaqə saxladıqda "bizdə bu cür hallar çox baş verir” deyə o da mağaza müdirinin fikirlərinə haqq qazandırdı: "Alıcı geyim otağına keçəndə özü ilə əlavə götürdüyü geyimi çantasına qoyur. Geyindiyi paltarı gətirib qaytarır, ancaq çantaya qoyduğunu götürüb gedir. Bu cür halların qarşısını almaq üçün əməkdaşlarımız alıcıların çantasını yoxlayır. Müştərilər özləri bizə başqa yol buraxmadılar. Biz də bu addımı atmağa məcbur olduq”. Marketinq direktoru satıcılar tərəfindən müştərinin çantasının yoxlanmasını təhqir hesab etmir: «Bu, yalnız oğurluq hallarının qarşısını almaq üçündür. Mağazada siqnalizasiya sistemi yaxşı qurulub. Girişdə də siqnalizasiya var. Kameralar da işləyir. Sadəcə, müştərilər bunları da «aşırlar». Qanunda boşluq Qeyd edək ki, ölkəmizdə istehlakçıların bütün mümkün hüquqları "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunla qorunsa da, sənəddəki natamamlıq istehlakçıların xeyrinə işləmir. Hərçənd təklif olunan xidmətlərdən də istifadə edən istehlakçılardan bir çoxu öz mövcud hüquqları ilə ya tamamilə məlumatsız, ya da az məlumatlıdırlar. İqtisadiyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 23.1-ci bəndində icraçının istehlakçılar üçün qanunvericiliyə zidd olmayan davranış qaydalarını müəyyən etmək hüququ təsbit edilib. Belə ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərdə istehlakçılardan əl çantasının və ya digər əşyaların girişdə saxlanca, üst geyimin qarderoba verilməsinin, siqaret çəkilməməsinin və s. tələb edilməsi qanunvericiliyə zidd deyildir. Bununla belə icraçı (satıcı) öz növbəsində istehlakçılara məxsus əl çantalarının və digər əşyaların saxlanmasına şərait yaratmağa borcludur. İstehlakçı həmçinin öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüququna malikdir. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovisə istehlakçıların hüquqları ilə bağı qanunda boşluq olduğunu bildirir. O mənada ki, müştərilərin şəxsi əşyalarının supermarketlərdə və alış-veriş mərkəzlərində yoxlanması problemə çevrilib: "Bununla bağlı bizə hər həftə şikayətlər daxil olur. İqtisadiyyat Nazirliyi qarşısında da bir neçə dəfə məsələ qaldırılıb. Ancaq nə marketlərdə, nə də ticarət mərkəzlərindəki bır sıra mağazalarda istehlakçıların hüquqları ilə bağlı heç bir qayda-qanun yoxdur. Biz müraciətlərimizə «Öz əraziləridir, özləri bilər» - cavabını alırıq. Hesab edirəm ki, Nazirlər Kabineti bununla bağlı qaydalar tətbiq etməli, istehlakçıların hüquqları ilə bağlı məsələlər orada öz əksini tapmalıdır. İstehlakçılara potensial oğru kimi baxırlar”. E.Hüseynov ticarət mərkəzlərində istehlakçıların incidildiyini və bununla bağlı çəkişmələrin baş verdiyini deyir: "Bunun da səbəbi bu sahədə qaydaların olmamasıdır. Bu baxımdan belə bir hərc-mərclik hökm sürür. İş ondadır kir, hüququ pozulan istehlakçının narazılığına da qulaq asan yoxdur». "İyi geyinmek herkesin hakkı” fəlsəfəsi ilə bu gün 46 ölkədə 975 mağazası fəaliyyət göstərən türk markasının şəbəkəni genişləndirməsinə rəğmən müştərilərlə davranış qaydalarını da inkişaf etdirməsi yaxşı olardı.
Digər tərəfdən, kameralar yaxşı çalışsa, nəzarətçilər ayıq-sayıq olsa müştərini oğru tutmağa və əlavə əndişəyə ehtiyac qalmaz. Necə deyərlər, «Malını yaxşı saxla, qonşunu oğru tutma». //kaspi.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Dünən, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
|