Neftçalanın aqibəti Beyləqanı da gözləyir... - İDDİA
Tarix: 24-02-2020, 10:00 | Çap et
Bildiyimiz kimi, Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməlləri törədənlərə qarşı ciddi mübarizə tədbirləri həyata keçirilməkdədir.
Son iki-üç ayda Ağstafa, Yevlax, Neftçala rayonlarının rəhbər vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında, kompleks araşdırma tədbirləri aparılmışdır.
Neftçalada həyata keçirilən əməliyyat həm də onu göstərdi ki, təkcə rayon icra hakimiyyəti başçılarından deyil, həm də onların korrupsiya ortaqları olan orta ranqlı məmurlardan da məsuliyyət sorulur. Belə ki, rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevlə bərabər, onun müavinləri Vurğun Əkbərov, Gültəkin Sadıqova, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov da Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılmışlar. Hazırda cinayət işi üzrə bütün halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Ehtimal böyükdür ki, təqsirli şəxslərin dairəsinə yerli məşğulluq idarəsinin rəisi də cəlb oluna bilər. Çünki, istintaq araşdırmaları ilə həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə də əsaslı şübhələr müəyyən edilmişdir.
Fəaliyyəti araşdırılması gərəkən qurumlardan biri də Beyləqan rayon Məşğulluq Mərkəzi, əməlləri vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vurma, dövlət orqanlarının fəaliyyətinə kölgə salma şübhəsi doğuran vəzifəli şəxslərdən biri isə həmin Mərkəzin rəisi İlham Quliyevdir.
Xatırladaq ki, İlham Quliyev Füzuli Ələkbərovun Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olduğu dövrdə Beyləqan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsində işləyib. Həmin dönəmdə onun barəsində vətəndaşlardan yuxarı instansiyalara çoxsaylı şikayətlər göndərilib, KİV-də haqqında xeyli tənqidi yazılar dərc olunub. Səlim Müslümov nazir olandan sonra İlham Quliyevi işdən qovub. Bir ara Beyləqan bazarında müxtəlif çeşidlərin alveri ilə başını girləyən İlham Quliyev Səlim Müslümov nazir postundan gedəndən sonra sələfinin kadrlarını uzaqlaşdıraraq öz komandasını formalaşdıran yeni nazir Sahil Babayevə yaxınlaşmağı bacarıb. ƏSMM-də Daxili Nəzarət İdarəsinin müdiri vəzifəsinə gələn Heybət İmanovun vasitəsilə Beyləqan Məşğulluq Mərkəzinə direktor təyinatı alıb. Səlim Müslümovun dövründəki ab havanı yenidən dirçəldən mərkəz direktoru işsizlik adı altında yaxınlarının, dost tanışlarının adını işsizlər siyahısına yazdırıb. KİV-ə ayaq açan şikayətlərdə bildirilir ki, mərkəz direktoru işsiz statusu ilə təmin etdiyi şəxslərə verilən pulun ən azı 6 ayını əvvəlcədən alır. İlham Quliyevdə həmçinin onlarla kartın olduğu iddia olunur.
Bildiyimiz kimi, ölkə Prezidenti İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin təşkil olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzdində “DOST İş Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Yeni yaradılmış həmin “DOST İş Mərkəzi” MMC-yə heç bir peşə hazırlığı və ixtisas tələb olunmayan işçilər tələb olunur. Bu işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. daxildir. Prosedura görə “İşsizin DOST-u proqramı əsasında işə cəlb olunanlar məhz məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyatda olan vətəndaşlar arasından müəyyən edilir. Məşğulluq mərkəzlərinin müvafiq göndərişi əsasında həmin şəxslərlə DOST İş Mərkəzində əmək müqaviləsi bağlanılır və elektron informasiya sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilir. Hər bir işçi üçün sifariş olunmuş əməkhaqqı kartını bank yalnız vətəndaşın özünə verir. Kartı əldə etmək üçün vətəndaş şəxsiyyət vəsiqəsini təqdim edir, müvafiq sənədə imza atır”. İşə qəbul zamanı vətəndaşlarla əmək müqaviləsi bağlanır və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir, işçinin sosial müdafiə hüquqları təmin edilir. “İşə qəbul edilmiş şəxslərin siyahısı müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərinin yerli qurumlarına (Mənzil Kommunal Təsərrüfatı Birlikləri, yaşıllaşdırma, tikinti-təmir idarələri və s.) təqdim edilir və bu qurumlar onları ictimai işlərə cəlb edir. Başqa işəgötürənlər də Məşğulluq Mərkəzinə boş iş yerləri haqda məlumat təqdim edirlər. Məşğulluq Mərkəzi tərəfindən işsiz və işaxtaran vətəndaşlara həmin boş iş yerlərinə göndəriş vərəqələri verilir.
Problem budur ki, İlham Quliyev vətəndaşların işsiz və işaxtaran kimi məşğulluq mərkəzində qeydiyyata durmaq qaydasına özünün lüzumsuz əlavələrini edib. Məsələn, şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran kimi qeydiyyata alınırlar. Şəxs işaxtaran kimi qeydiyyata alındığı zaman onun elektron informasiya sisteminə daxil etdiyi məlumatlar əsasında elektron qaydada fərdi məşğulluq vərəqi tərtib edilir. Hoqqalardan biri odur ki, elektron ərizəni doldurmağı bacarmayan şəxslərə təmənnasız köməklik göstərilmir, onlara 30 manat ödəyib “ASAN imza” açdırmaq, İlham Quliyevin rayonun müxtəlif yerlərindəki inhisarında olan komputer mərkəzlərində bu işi 15 manata gördürmək təklif olunur. Prosedurun ən üzücü mərhələsi isə İlham Quliyevin sənədlərini qəbul etdiyi işsiz vətəndaşla fərdi söhbətidir. Direktor əlinin altında bir-bir çevirdiyi sənədlərə sanki inanmırmış kimi işaxtaran vətəndaşa artıq suallar verir. Məsələn, soruşur ki, barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varmı. DSMF-in arayışı ortada olduğu halda belə cavan adamlara (ələxüsusda gənc işaxtaran xanımlıara)sual edir ki, yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət alırlarmı, adlarına torpaq sahələri varmı. Əksinə, yaşlı adamları sorğu-suala tutur ki, onlar ali və orta ixtisas təhsil müəssisəsində oxuyurlarmı. Şəxsin torpaq sahəsinin olmadığını təsdiqləyən arayışı isə ƏMDK-nin yerli qurumundan almaq da xərc tələb edir.
İlham Quliyev təqdim olunmuş sənədləri və məlumatları zərrəbinlə gözdən keçirərək onlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar “aşkar etməyə” çalışır. İlham Quliyevin ümumiyyətlə, cəmiyyətin “axırıncı sort”, geridə qalmış zümrəsi hesab etdiyi, “yuxarıdan aşağı” baxdığı işsizlər sırasında ən çox çək-çevirə saldığı şəxslər isə qadın cinsinə mənsub işaxtaranlardır. Direktor söhbət əsnasında çörək qazanmaq xatirinə küçə süpürməyə, zibil daşımağa hazır olan bu qadınların əxlaqına da bələd olmaq istəyir. Halbuki, bu, onun kompetensiyasına aid olan məsələ deyildir.
Belə bir məsəl var: Dostunu göstər – sənin kim olduğunu deyim. Xatırladaq ki, “Realmediaaz.space” saytı keçən ilin may ayında 40 nəfərdən artıq vətəndaşların şikayətləri, göndərdikləri video və audio-materiallar və saytın əməkdaşlarının apardıqları araşdırmalar əsasında “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin rəhbəri Anar Hüseynov, MMC-nin – Beyləqandakı Aran Regional İdarəsinin rəisi Hikmət Ağayev və digər struktur vahidləri rəhbərləri barəsində tənqidi yazılar dərc edəndə də Beyləqan rayon Məşğulluq Mərkəzinin müdiri İlham Quliyev də yaxın dostu, adı vaxtilə FETÖ-nün Azərbaycandakı şəbəkəsi ilə işbirliyində hallanan Anar Hüseynova dəstək vermək üçün başını başlara qoşmuşdu. Bildirilirdi ki, Məşğulluq müdiri “parçala və hökm sür” prinsipi ilə şikayətçiləri bir-bir çağıraraq onları öz kabinetindən qurduğu telefon əlaqəsi ilə Anar Hüseynovla danışdırırmış. Həm İlham Quliev, həm də Anar Hüseynov hərəsi öz növbəsində həmin şəxslərə vəd verirmişlər ki, bu məsələdən geri çəkilsinlər, əvəzində özlərini və ailə üzvlərini işlə təmin edəcəklər. Bir sözlə, “parçala və hökm sür” siyasəti yürüdüblər.
P.S. Məlumat üçün qeyd edək ki, keçən ilin yanvar ayında Zaqatala Rayon Məşğulluq Mərkəzinin direktoru Musa Feyzullayev intihar edib, Cəlilabad rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən Mehdi Abasov və Mərkəzin baş məsləhətçisi Hafis Allahyarov isə korrupsiya ittihamı ilə həbs olunublar. Görünən odur ki, İlham Quliyev də yolun sonuna gəlib. Adlarını çəkdiyimiz həmkarlarının aqibətini bölüşməsini arzulamırıq. Elə üzüsulu vəzifəsini tərk etsə yaxşı olar. Beyləqan bazarı ona qucaq açmağa hazırdır.
Qarşı tərəfin də söz haqqı var. RealMediaaz.space
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34 |
|
|
|
• Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30 |
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
|