Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi .....                     "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" .....                     Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! .....                     Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub .....                     “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir .....                     Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib .....                     AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır .....                     "İndi amerikalılar özləri etiraf edirlər ki..." .....                     “ForFinance” adlı BOKT yaradıldı .....                     Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib .....                     Litva şirkəti Azərbaycan bazarından gedir .....                     Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI .....                     Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? .....                     Günün fotosu: .....                     Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür .....                     SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU .....                     "Başçıya demişik... amma nə olsun..." .....                     Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı .....                     Azərbaycanı onlar ŞİKAYƏT EDİB .....                     Ağstafada hərbçilər dəm qazından zəhərləndi .....                     Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb .....                     Hacı Qalib SÜKUTU POZDU... .....                     Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL .....                     “Rus evi” elə USAİD-in bir formasıdır... .....                     Marketlərimizin ƏDV FIRILDAĞI .....                     Rusiya ilə görüşdə ilk bu ərazini tələb edəcəyik .....                     Siyavuş Novruzovun İmişlinin rəhbəri haqda dedikləri... .....                     Jurnalist Şəmşad Ağa saxlanılıb .....                     USAİD-in ləğvi Ermənistanı yasa boğub .....                     "Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" .....                     “Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” .....                     Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` .....                     "Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." .....                     AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... .....                     Türkiyə-Ermənistan sərhədi açılır .....                     "Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." .....                     Tələbə ilə kollec direktoru arasında “dava” .....                     Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur .....                     Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir .....                     Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir .....                 

Gəncədə abadlıq işləri görmək üçün sifariş alan kimdi, işi görən kim? - İTTİHAM
Tarix: 19-06-2020, 12:15 | Çap et
Gəncədə abadlıq işləri görmək üçün sifariş alan kimdi, işi görən kim?
Təxminən iki aydan sonra Niyazi Bayramovun Gəncə şəhər İcra Hakimiyyətinə başçı təyin olunmasının iki ili tamam olacaq.Bu iki il ərzində Niyazi Bayramovun rəhbərliyi altında Gəncə şəhərində nə kimi işlər görülüb,nə kimi yeniliklər edilib? Bunu şəhər sakinlərindən daha yaxşı heç kim bilə,bilməz.Çünki xalqın gözü tərəzidir. Xalqın gözü ilə baxdıqda isə Niyazi Bayramovun ancaq yerində saydığını görmək mümkündür.

Qeyd edək ki,istər Dövlət Gömrük Komitəsində,istər Fövqəladə Hallar Nazirliyində,istərsə də Mingəçevir şəhərindəki 6 illik fəlliyəti dövründə Niyazi Bayramov karyerasının ən məhsuldar çağlarını yaşayıyıb.Həmin dövrdə ölkə başçısının etimadından, dövlətin verdiyi səlahiyyətlərdən sui- istifadə edən bir çox məmurlar kiimi Niyazi Bayramov da qaz vurub,qazan doldurub. Artıq o günlər keçmişdə qalıb.İndi dövlət başçısı İlham Əliyev korrupsioner məmurlara qarşı barışmaz mövqe tutub. Artıq bir neçə belə məmur layiqli cəzasını alıb və bu kimi hallar baş verdiyi halda keçmiş xidmətlərinə baxmayaraq, heç kimə güzəştlərin olunmayacağını ölkə başçısı dəfələrlə bəyan edib.

Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə dörd tərəfindəki tuthatulara baxmayaraq Niyazi Bayramov Gəncədəki ən yaxın adamlarının vasitəçiliyi ilə hələ də dövlət vəsaitlərinin müxtəlif yollarla mənimsənilməsinə şərait yaradır.İcra Hakimiyyətinə tabeli bütün qurumların keçirdikləri tender prosedurlarına baxdıqda bunları görməmək mümkün deyil. İl ərzində cari təmir üçün mal-materiallarının, xüsusi geyim və yumşaq inventarların ,ehtiyat hissələrinin, sürtkü materiallarının, digər mal-materialların, mətbəə xərclərinin, dəftərxana və təsərrüfat mallarının,uşaq bağçalarına ərzaq mallarının satın alınması üzrə keçirilən tenderlərdən “otkat” üsulu Gəncədə hələ də davam etdirilir. Biz bu baxımdan şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderlərin hamısı deyil,bir neçəsi ətrafında dolaşan şübhələrə elə İcra Hakimiyyətinin rəsmiləri ilə birgə aydınlıq gətirmək istərdik.

Qeyd edək ki, İcra Hakimiyyəti tərəfindən Gəncə şəhərində abadlıq-quruculuq, avtomobil yollarının əsaslı təmiri və şəhərin küçələrinin işıqlandırılması işləri üzrə 24.10.2018-ci il tarixdə “Gəncə Körpü Tikinti-2” ASC ilə 9998751.06 manat məbləğində müqavilə bağlanmışdır.

2019-cu il üçün Gəncə şəhərinin küçələrinin əsaslı təmiri,işıqlandırma sistemlərinin yenilənməsi və əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın və mexanizmlərin alınması işlərinin satın alınması üzrə 03.06.2019-cu il tarixdə 3972516 manat məbləğində vəsait ayrılıb və “Gəncə Körpü Tikinti-2” ASC ilə müqavilə bağlanılıb.

2019-cu il üçün Gəncə şəhərinin küçələrinin əsaslı təmiri,işıqlandırma sistemlərinin yenilənməsi və əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın və mexanizmlərin alınması işlərinin satın alınması üzrə 03.06.2019-cu ildə keçirilmiş tenderdə “GƏNCƏ CİHAZQAYIRMA ZAVODU”ASC ilə 981700 manat məbləğində müqavilə bağlanıb.

Müqavilələrin bağlanma tarixinə diqqət yetirdikdə onların 2018-ci ilin avqust ayından sonra,yəni Niyazi Bayramovun Gəncə şəhər İcra Hakimiyyətinə başçı təyin olunmasından sonrakı dövrü əhatə edir. Niyazi Bayramov rəhbərliyə başladıqdan bu günə qədər Gəncə şəhərində təkcə 2018-2019-cu illərdə abadlıq-quruculuq, avtomobil yollarının əsaslı təmiri və şəhərin küçələrinin işıqlandırılması işlərinə ümumilikdə 14 milyon 952 min manat vəsait ayrılmışdır.2020-ci ildə isə bu məqsədlə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi “ƏRDAGI”Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 7 milyon 145 min manat məbləğində müqavilə bağlanıb. Bu isə bir il altı ay ərzində 22 milyon manatdan çox dövlət vəsaiti deməkdir.Maraqlıdır,Gəncədə bu işlər görülübmü? Təbii ki görülür.Amma kimlər tərəfindən?

Gəncə şəhər İcra Hakimiyyətinin rəsmi internet portalında yerləşdirilmiş məlumata görə 04.06.2020-ci ildə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov abadlıq işlərinin aparıldığı Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektləri, habelə Məmməd Xələfov küçəsində olub. Burada işlərin gedişatı ilə maraqlanıb.

Adıçəkilən ərazilərdə çoxmənzilli binaların həyətləri abadlaşdırılır, yol kənarındakı yaşıllıq zolaqları yenilənir, qazon səpilir. Ağaclara aqrotexniki qulluq göstərilir, yola tərəf əyilərək yol nişanlarının qarşısını kəsən budaqlar budanır. Bununla yanaşı səkilərdə səligə-səhman yaradılır, yeni bardür daşları düzülür, ehtiyac olan hissələrin asfalt örtüyü bərpa edilir. Məmməd Xələfov küçəsinə də yeni asfalt örtüyü çəkilir. Əraziyə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda canlı qüvvəsi və texnikası cəlb olunub.

Niyazi Bayramov Gəncədə aparılan abadlıq işlərinin gedişatı ilə yerində tanış olub

Diqqət yetirirsinizmi? Tenderin qalibi olan,dövlət vəsaiti alan başqa şirkət,ərazidə işə cəlb olunanlar isə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda canlı qüvvəsi və texnikası.

Qeyd edək ki,İcra Hkimiyyəti tərəfindən Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi işlərinin satınalması üzrə 09.04.2020-ci il tarixdə keçirilmiş tenderin qalibi isə”Rövşən Oğuz Qrup” MMC olub və tərəflər arasında 16900000 manat müqavilə bağlanmışdır.

Cəncə şəhər İcra Hakimiyyəti 09.04.2020-ci ildə “Rövşən Oğuz Qrup” MMC ilə həm də Gəncə şəhərində İdman Sarayının tikintisinin işlərinin satınalması üzrə 4600000 manat məbləğində müqavilə bağlamışdır.Sözügedən İdman Sarayının Layihə-Smeta sənədlərinin hazırlanması işlərinə isə 400000 manat vəsait ayrılmış və 30.04.2020-ci il tarixdə “Başak Proje və Dizayn”MMC ilə müqavilə bağlanmışdır.Müqavilələrdən də göründüyü kimi bütün bunlar 2020-ci ilin aprel ayında baş tutmuşdur.

Amma Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Gəncə şəhərində İdman Sarayının tikintisinin davam etdirilməsi üçün 14 mart 2019-cu il tarixdə “Rövşən Oğuz Qrup” MMC ilə 4000000,00 (dörd milyon ) manat məbləğində satınalma müqaviləsi bağlanılması barədə 08.04.2019-ci il tarixdə satınalmaların vahid elektron portalında bildiriş elan olunmuşdur. Artıq bu başa düşülən deyil. Çünki 2019 cu ilin aprelində tikintinin davam etdirilməsi məqsədi ilə 4 milyon manat məbləgində müqavilənin bağlanılması barədə bildiriş elanı verilir,üstündən tam bir il keçdikdən sönra sözügedən İdman Sarayının layihələndirilməsinə və tikintisinə ümumi olaraq yenidən 5 milyon manat vəsait ayrılır. Bildiriş elanında tikintinin davam etdirilməsi göstərilirsə,deməli tikinti işlərinə 2018 ci ildə başlanılmışdır.2018-ci ildə isə bu məqsədlə nə qədər vəsaitin ayrıldığı bəlli deyil. 2019-2020 ci ildə isə İdman Sarayının tikintintisinə ümumilikdə 9 milyon manat vəsaitin ayrıldığı ortaya çıxır.

Ümumilikdə 21 milyon manat dəyərində işin icrası həvalə edilmiş “Rövşən Oğuz Qrup” MMC kimə məxsusdur?Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlara görə MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində 29.04.2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 40 manat olan MMC-nin hüquqi ünvanı Oğuz rayonu,Oğuz şəhəri,Nəsimi küçəsi ev 11, qanuni təmsilçisi isə Mustafayev Hafiz Carı oğlu olduğu göstərilib.MMC-nin http://www.rovshan.com/ saytında yerləşdirilən məlumatlara görə,bölgədə mülki inşaat işləri, keyfiyyətli mebel istehsalı, qeyri-sənaye obyektləri və mənzillərin texniki xidmət və təmiri, habelə istilik, ventilyasiya və kondisioner sistemlərinin quraşdırılması və servisi, isitmə sistemləri, avadanlıqların texniki qulluğu (generatorlar, yabalı yükləyici, qaldırıcı işçi platforma, nasoslar və s.), və özünün Oğuz rayonunda yerləşən “AFRA” mehmanxanasında istirahət xidmətlərindən ibarət bütöv bir xidmətlər spektrini təklif edən şirkətdir.

Saytda yerləşdikləri məlumatlardan da görsəndiyi kimi hərtərəfil işlərin görülməsini həyata keçirən bu MMC-nin işçilərinin sayı nə qədərdərdir? Koronavirus pandemiyasını yayıldığı,ölkədə karantin rejimi elan olunduğu bir dövrdə bu MMC işçilərini əməkhaqqı ilə təmin edirmi? Bütün bu kimi suallara cavabı təbii ki, MMC-nin bəlli olmayan sahibi deyil,Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov verməlidir.Çünki,şəhərdə abadlaşdırma işlərinin aparılmasıŞəhərin küçələrində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçiləri çalışırsa,tenderin qalibi olan şirkətin olmayan işçilərinin əmək haqqları hara, kimə yazılır?

Bu məsələyə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də aydınlıq gətirməlidir. Həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti də açıqlmalalıdır ki,sözügedən MMC son bir ildə dövlətə nə qədər gəlir vergisi ödəyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi bu MMC-nin işçilərinin sayını cəmiyyətə açıqlamalı,Sosial Müdafiə Fonduna ay ərzində nə qədər köçürmələr etdiyini bildirməlidir.
Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43
"Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40
Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26
“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25
Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18
AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17
"İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16
“ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13
Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11
Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06
Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01
Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56
Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54
Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44
SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37
"Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36
Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23
Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19
Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17
Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb - İNCƏLƏMƏ
Bu gün, 09:14
Hacı Qalib SÜKUTU POZDU... - “İstəyirdilər mənə qarşı belə bir şey etsinlər”
Bu gün, 09:13
Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11
“Rus evi” elə USAİD-in bir formasıdır... - BAĞLAMAQ ÇƏTİNDİRMİ?
Bu gün, 09:08
Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
Bu gün, 09:05
Rusiya ilə görüşdə ilk bu ərazini tələb edəcəyik - Zelenski
Bu gün, 09:01
Siyavuş Novruzovun İmişlinin rəhbəri haqda dedikləri... - Elçin Rzayev niyə susur?
Bu gün, 08:59
Jurnalist Şəmşad Ağa saxlanılıb - BU İTTİHAMLA...
Bu gün, 08:53
USAİD-in ləğvi Ermənistanı yasa boğub - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:49
"Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" - Zaur Bayramlı
Bu gün, 08:40
“Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” - Tanınmayan diplom problemi
Bu gün, 08:38
Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:36
"Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." - AKTUAL
Bu gün, 08:30
AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... - "Hər şeyin yerli-yerində araşdırılmasına..."
Bu gün, 08:26
Türkiyə-Ermənistan sərhədi açılır -ŞƏRH
Bu gün, 07:21
"Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:17
Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34
Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30
Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00
Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52
Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50
Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45
Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42
İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37
İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30
“Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23
"AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21
Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18
SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14
"Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru