“Evim yoxdur, həyat yoldaşın yataq xəstəsidir...” - Şəhid atasından Birinci vitse-prezidentə müraciət...
Tarix: 30-08-2021, 11:53 | Çap et
Vətən müharibəmizin şəhid hərbçilərindən bir də müddətdən artıq hərbi qulluqçu Namiq Nürəddin oğlu Bağırovdur. N.Bağırovun ailəsinin çox böyük məişət problemləri var. Yaşlı ata və anası evsizdir, anası parkinson xəstəliyindən əziyyət çəkir və beş ildir ki, yataq xəstəsidir. Şəhidimizin ata və anası kənddə müvəqqəti olaraq başqa bir adamın evində yaşayırlar. Şəhid atasının dəvəti ilə Moderator.az-ın əməkdaşı şəhid ailəsinin yaşadığı Masallı rayon Çaxırlı kəndinə yola düşüb və şəhid ailəsinin problemləri ilə maraqlanıb. Beləliklə, həmin yazını təqdim edirik: Atası Nürəddinin dedikləri: “Namiq iki bacının bir qardaşıdır, 1984-cü ildə Masallı rayonunun Çaxırlı kəndində anadan olub. Daha sonra orta məktəbi bitirdikdən sonra Naxçıvanda hərbi xidmətdə olub. Ordudan tərxis olunandan sonra iki il müxtəlif işlərdə işləyib və 2008-ci ildə orduda müddətdən artıq hərbi qulluqçu kimi işləməyə qərar verdi. Əvvəlcə Zeynalabdin Tağıyev adına qəsəbədə, daha sonra isə Pirişküldə xidmətini davam etdirib. 2010-cu ildə isə ailə qurub və hazırda üç yaşında Ayla adında qızı var”.
Şəhid atası deyir ki, sentyabrın 26-da Namiqi evdən işə yola salıblar: “Sentyabrın 26-da Namiq işə getdi və bir gün sonra isə Vətən müharibəsi başladı. Namiq Ağcabədidə idi və daha sonra Füzuli uğrunda gedən döyüşlərə qatıldı. Oktyabrın 6-da zəng vurub hamımızla danışdı. Sanki şəhid olacağını bilirdi. Oktyabrın 7-də səhər tezdən Namiq snayperlə vurulub”.
Şəhidimizin yaşlı valideynlərinin üərkdağalayan problemləri var: Şəhidimiz böyük izdihamla doğulduğu kənddə dəfn edilib. Nürəddin bəy şəhid oğlunun adını əbədiləşdirmək üçün evlərinin yaxınlığında Şəhid bulağı tikib. Bu gün isə şəhidimizin yaşlı valideynlərinin problemləri adamın ürəyini ağrıdır. Belə ki, şəhidimizin atasının 67, anasının 64 yaşı var. Şəhid atası ürək və damar xəstəliyindən əziyyət çəkir. Sağ ayağında qaralma gedir və yeriməkdə çətinlik çəkir. Anası Gülzar xanım isə parkinson xəstəliyindən əziyyət çəkir və beş ildir ki, yataqdadır. Ailənin iki qızı Bakı və Sumqayıt şəhərində ailəlidir. Evdə xəstə həyat yoldaşına isə şəhid atası özü baxır. Onun sözlərinə görə həyat yoldaşı “YAŞAT” Fondu tərəfindən Bakıdakı klinikalardan birinə müalicəyə aparılıb. Dərmanları alınıb və rayona qayıtdıqdan sonra rayon xəstəxanasında onun dərmanlarını verən olmayıb. İndi bütün dərmanlarını özləri pulla alırlar.
Lakin Namiq şəhid olandan sonra hər şey yarımçıq qalıb... Şəhid ailəsinin ikinci bir problemi isə evlərinin olmamasıdır. Nürəddin bəy deyir ki, Namiqlə birlikdə həyətlərində bünövrəsini tikdikləri evi tikib başa çatdırmağı planlaşdırıblar. Lakin Namiq şəhid olandan sonra hər şey yarımçıq qalıb. İndi isə onlar kənddə müvəqqəti olaraq bir sakinin evində məskunlaşıblar. Amma şəhid atası evini təmir edib ora köçməyi arzu etdiyini bildirir. Elə Namiqin nəşi də evləri olmadığına görə dayısının evindən götürülüb və dəfn edilib. Şəhid atası Namiqin il mərasimini isə öz evində vermək istədiyini deyir.
Onun sözlərinə görə problemindən Masallı rayon İcra Hakimiyyətinin də xəbəri var. İcra Hakimiyyəti tərəfindən şəhid ailəsinin bu problemi aidiyyatı üzrə yuxarılara çatdırılıb, lakin heç bir cavab yoxdur. Ona görə də şəhid atası ona köməklik edilməsi üçün Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək kömək istəyib. Namiq Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib. Bu gün isə şəhidimizin doğum günüdür.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44 |
|
|
|
|