Cənab başçı, bu uşaqlar sabah dərsə NECƏ GEDƏCƏK? - NARAZILIQ!
Tarix: 21-09-2021, 12:35 | Çap et
“Əvvəllər rayonun daxili imkanları hesabına bu problemi həll edirdik. Avtobus icra hakimiyyətinin vəsaiti hesabına ayrılırdı. Bu il isə mümkün olmayacaq”.
Elə beləcə də dedilər Quba Rayon İcra Hakimiyyətindən... Hə, pul yoxdu. Deyəsən, olmayacaq da. Və bir neçə gündən sonra dərslər başlayır.
“Çalı quşu” filmi yadınızdadırmı? Fəridənin dərs dediyi Zeynilər kəndini necə, xatırladınızmı? “Çalı quşu” SSRİ-də yayımlanan ilk Türkiyə serialı idi. O vaxt biz Zeynilər kəndindən, gənc müəllimənin dərs dediyi məktəbdən, sözün həqiqi mənasında qorxmuşduq. Belə məktəbmi olar? Belə kəndmi olar? O məktəbin uşaqlarının oxumaq həvəsi yadınızdadırmı?
Elə şəkildə gördüyünüz bu uşaqlar da oxumaq istəyirlər.
O uşaqlara da, o avtobusa da, elə nədən “Çalı quşu”dan söz açdıq, bütün bunlara qayıdacağıq. Hələliksə, Yalavancdayıq...
Qubanın kəndidir Yalavanc. Amma Şabran rayonu ərazisində yerləşir. Necə deyərlər, Qubanın Şabrandakı anklavıdır. XX əsrin əvvəllərində Yalavanc Şabran düzündə qışlaq yeri kimi olub. Sonralar Qubanın Buduq kəndindən çıxmış ailələr qışlaqda məskunlaşaraq burada kənd salır və onu qışlağın adı ilə adlandırırlar. Yəni bu kənddə Qubanın dağlıq Buduq kəndindən olan buduqlar yaşayırlar. Yeri gəlmişkən, Qubadakı Buduq kəndində olduğu kimi onlar da öz dillərin qoruyub saxlayıblar. Maraqlıdır ki, 1930-cu ildə Quba rayonu təşkil olunanda, Şabran rayon ərazisində yerləşən Yalavanc da elə məhz Qubanın tərkibinə qatılır.
Kənd Şabran şəhər mərkəzindən 8 km aralıda yerləşsə də, ora gedib çıxmaq sözün həqiqi mənasında zülmdür.
Yol, - əslində yol sözü burada artıqdır - tozludu, asfalt deyilən adi qırıntıya belə həsrətdir illərdi. Təsəvvür edin, yanınızdan bir maşın ötüb keçdisə, tozun yatmağı üçün bir az gözləməli olacaqsınız. Azca yağış yağandan sonra isə bu yoldan keçib getmək sadəcə mümkünsüzdü.
Sakinlərin dediyinə görə, sonuncu dəfə asfalt sovet dövründə vurulub bu yola. Kənd olduqca kasıbdır, amma kənd sakinləri çalışqan, zəhmətkeş. Dostumuz Emin deyir ki, Azərbaycanda ən yaxşı turp bu kənddə yetişdirilir.
Taxtakörpü su anbarı istifadəyə verilməmişdən buralarda su qıtlığı yaşanıb əməlli.
Ona görə də sanki yarımsəhranı xatırladır kənd. Yaşıllıq anlayışı da itib buralarda. Kənddə qaz yoxdu, su qıtdı, işıq tez-tez sönür. Sakinlər yarızarafatla deyirlər ki, heç kim Yalavanca qız vermək istəmir.
Hə, uşaqlardan danışırdıq axı. Biri Ruslandı, biri Rəhim. Həm Ruslan, həm də Rəhim bu il məktəb üzünə həsrət qala bilərlər. Və eləcə də onlar kimi 24 şagird də. Söhbət ondan gedir ki, kənddəki məktəb 4 illikdir. Dördüncü sinifdən yuxarı təhsil alan uşaqlar ən yaxın məktəbə getmək üçün o 8 kilometrlik əzablı yolu qət etməlidilər. Ən yaxın məktəb isə Şabran şəhərindəki 2 saylı məktəbdir. Quba rayonunda məktəbə isə 55 kilometr məsafə var.
Bəs indiyədək uşaqlar məktəbə necə gedirmiş? Çox sadə, Quba rayonu icra hakimiyyəti bir avtobus kirayələyibmiş. O avtobusda tozlu-torpaqlı bu yolla bu uşaqları məktəbə aparıb gətirirmiş. İndi avtobus yoxdur. Daha doğrusu avtobus var, onun sürücüsünə verməyə pul yoxdur.
Əvvəllər Quba Rayon İcra Hakimiyyəti tərəfindən avtobus sürücüsünə aylıq 500 manat məbləğində pul ödənilib. İndi bu pulu ödəyən yoxdur. Daha doğrusu Quba rayon icra hakimiyyətindən açıq şəkildə bildirirlər ki, bu il vəsait ayrılmayıb, ayrılmayacaq da.
Kənd sakini Habil Hacıyev Lent.az-a deyir ki, ötən il yalnız ibtidai sinifləri əhatə edən yeni modul tipli məktəb tikilib və bu məktəbdə 25 şagird təhsil alır.
Hazırda kənddə 80 təsərrüfat sahəsi, 70 ev var. Əhali də getdikcə artır, yeni məktəbin tikilməsinə ehtiyac var. “Bununla bağlı dəfələrlə İcra Hakimiyyətinə də müraciət etmişik. Söz veriblər ki, gələn ilə kənddə 9 illik məktəb olacaq. Amma 10 günə dərs başlayır, nə məktəb tikintisi, uşaqların Şabrana məktəbə getməsi belə sual altındadır. Uşaqlar isə oxumaq istəyir. Balaca Rəhim kimi. “Mən oxumaq istəyirəm. Dərsləri gözləyirəm səbirsizliklə. İndi necə olacaq əmi. Dərsimə gedə bilməyəcəm?. Bəs necə olacaq bizim axırımız?”
Bu uşağın suallarına cavab tapa bilmirəm. Elə Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev də. O, kənd məktəbinin tipinin 9 illiyə dəyişdirilməsi ilə bağlı məsələnin müzakirə olunduğunu və müvafiq sənədlərin Təhsil Nazirliyinə göndəriləcəyini deyir. Məktəbin tipinin nə vaxt dəyişdirilməsi isə təhsil nazirinin əmrindən asılıdır. Rüfət müəllim onu da deyir ki, bu il həmin şagirdlər yenə Şabrana getməli olacaqlar. Bəs həmin uşaqları məktəbə kim aparacaq? Rüfət müəllimin fikrincə, məktəblilərin təminatını, tutaq ki, kəndin bələdiyyəsi öz üzərinə götürə bilər.
Bəs indi necə olacaq? Bu uşaqları kimin ümidinə qalacaq? Doğrudanmı Azərbaycanın ən böyük 3 rayonundan biri olan Qubanın büdcəsində bu uşaqların problemini həll etmək üçün 500 manat tapılmır? Və ya tapmaq istəmirlər?
Dərs ili isə başlayır...Səbuhi MƏMMƏDLİ//lent.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Dünən, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Dünən, 16:38 |
|
|
|
|