Qoşqar Təhməzli sahibkarlara BELƏ QAN UDDURUR... - NARAZILIQ VAR!
Tarix: 28-09-2021, 10:40 | Çap et
“Dövlətin sahibkarlara, kənd təsərrüfatında ixraca yaratdığı şəraitə Qida Təhlükəsizliyi Agentliyinin “daxili qaydalarla” kənd təsərrüfatının ixracına böyük maneələr yaradır. Belə ki, ölkə ərazisində ixrac olunan məhsullara laboratoriya analizindən sonra alınan fitosanitar sertifikatı sahibkarlar tərəfindən çox çətinliklə əldə edilir. Bunun da əldə edilməsi iki sutkaya başa gəlir. Konkret olaraq, Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı regional bölməsinə yeni rəhbər təyin edilmiş Bürcü Cabbarov gəldiyi gündən ixracatçı sahibkarlara müharibə elan edib”. Anaxeber.info bildirir ki, bunu ixracatçılar - Hidayətov Təyyar, Bədəlov Asif, Həşimov Ələmdar və Hidayətov Zöhrab müraciətdə yazıblar. Onların sözlərinə görə, B.Cabbarov fitosanitar sertifikatın verilməsini tabeçiliyində olan işçilərinə əsassız olaraq qadağan edib: “Səbəbini soruşduqda Qida Təhlükəsizliyinin işçisi olan Mövsüm müəllim göstərişin Cabbarovdan gəldiyini söylədi. Hörmətli aidiyyatı qurumlar, bu gün ölkədə pandemiya ilə əlaqədar hər sahənin acınacaqlı olduğu bir vəziyyətdə Şamaxı Qida Təhlükəsizliyinin yeni rəhbəri Cabbarov Bürcünü sahibkarlara qarşı yönəlik bu addımına nə ad vermək olar? Bu adam Prezident İlham Əliyevin kənd təsərrüfatının ixracının inkişafını təkmilləşdirilməsinə qarşı çıxırmı, yoxsa Qida Təhlükəsizliyi rəhbəri Qoşqar Təhməzovun fəaliyyətinə kölgə salırmı, bilmirik. Biz Baş Prokuror Kamran Əliyevdən Şamaxı regional idarəsinin rəhbərinin bu vəzifəsindən sui-istifadəsini araşdırılması üçün icra götürməyi xahiş edirəm. Çünki bu cür rəhbərlik edilən bir qurumda həm istehsalçılar, həm ixracatçılar çox acınacaqlı hala düşəcəklər”. Həmçinin, Cəfərov İlqar, Məmmədov Şaiq və Əliyev Məzahir qeyd edirlər ki, hansı Qida Təhlükəsizliyi Agentliyinə aid quruma yaxınlaşırsan, müraciətlərə baxmırlar: “Hamısı deyir ki, Qoşqar Təhməzlinin rəhbərliyi alınan qərarlardan gedin şikayətiniz ona edin, biz əmir yerinə yetiririk. Çünki ixrac edərkən sahibkardan lüzumsuz sənədlərin istənilməsi süründürməçilikdən başqa bir şey deyil. Yəqin Qoşqar müəllimin xəbəri var, yoxdursa da biz bildirdik”. İxracatçıların şikayət məktubundan məlum olur ki, həm B.Cabbarov, həm AQTA-nın digər bölmələri sahibkarları incitməyə, süründürməyə başlayıb. Bu da dövlətin götürdüyü yeni idarəetmə modelinə qarşı getməkdir. Ölkə rəhbərliyi hesab edir ki, iş adamlarına şərait yaradılmalıdır, onları sıxışdırmaq olmaz. Ancaq Q.Təhməzli ciddi narazılıq dalğası yaradır. Şamaxıdan gələn şikayət AQTA-nın ölkəboyu fəaliyyətinin bir bəndidir. Əslində, analoji vəziyyət hər yerdə baş verir. Ümumiyyətlə, Azərbaycanda korrupsiyaya ən çox bulaşmış dövlət orqanı Qida Təhlükəsizliyi Agentliyidir. Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi haqda bu qədər geniş məlumat verməyimiz təsadüfü deyil. Bu qurum “Asan” xidmətdən sonra ölkə rəhbərinin böyük etimad göstərərək yaratdığı ikinci müstəqil qurumdur. Hələ Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlamazdan öncə, çoxları elə zənn edirdi ki, adıçəkilən qurum işinə start verdikdən sonra qısa müddət ərzində ölkənin ərzaq təhlükəsizliyi sahəsində nəzərəçarpacaq irəliləyişlərə imza atılacaq. Lakin bununla bağlı gözləntilər heç də özünü doğrultmadı. Vaxtilə iş adamlarından qeyri-qanuni pullar yığan, başlarına torba keçirib MTN-ə gətirib soyub buraxan Eldar Mahmudov çetesinin daha “mədəni” forması olan AQTA işçiləridir. Onların obyektlərdən, restoranlardan xərac yığmaqda haqda arabir ittiham eşidilməkdədir. Əvəzində isə agentlik sədrinin başı xaricdəki biznesinə qarışıb. Ölkənin qida təhlükəsizliyinə cavabdeh olan cənab Təhməzlinin Slovakiyadakı Saffran S.R.O. şirkəti hotel və mehmanxanaları tekstil və hamam aksesuarları ilə təmin edir (şirkətin saytı: http://saffran.sk). Agentlik rəhbərinin Bratislavada şirkətin məhsullarını təqdim edən satış mərkəzi də fəaliyyət göstərir. Şirkət 5000 avro nizamnamə kapitalı ilə Bakı şəhəri Orucəliyev küçəsi 9/12, mənzil 40-da qeydiyyatda olan Təhməzlinin öz adına rəsmiləşdirilib. Respublikada müstəqil olan qida laboratoriyaları da AQTA sədrinin hədəfinə tuş gəlib və Q.Təhməzli bu məntəqələrin bağlanması üçün əlindəki bütün resurslarını səfər edib. AQTA sədrinin məqsədinə çatmaqda niyyəti bu sektoru bir əldə cəmləmək, monopoliya yaratmaqdır. Laboratoriyaların işinə xitam verilməsi qida müəssisələrini Q.Təhməzlinin tabeliyindəki laboratoriyalardan asılı vəziyyətə gətirməyə hesablanıb. AQTA şefinin laboratoriyalarında qida təhlükəsizliyinin yoxlanılması olduqca bahadır. Məsələn, bir pendir növünün test edilməsi azı 300 manatdır. Özəl qida laboratoriyalarında isə qiymətlər daha münasibdir. Əldə etdiyimiz xəbərlərə görə, artıq bir neçə özəl yoxlama məntəqəsinin sıxışdırılıb qapadılmasına müvəffəq olunub. AQTA sədri gömrük inhisarçılarından geri qalmayaraq monopolist siyasət yürütməkdədir. Anaxeber.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Dünən, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Dünən, 16:38 |
|
|
|
|