“Yelo Bank”a yeni departament rəhbəri təyin edilib .....                     Nazirlik Salyan rayonunda 103 minə .....                     Üzeyirin 3 övladı var imiş .....                     Kukla teatrına müdir düzəldən rəis .....                     “Oktyabrdan bəri maaşımızı vermirlər” .....                     Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib .....                     Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri .....                     "Hər yoldan ötənə medal verilməməlidir" .....                     Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib .....                     Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib .....                     ETSN təftiş olundu VƏ... .....                     Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb .....                     Ermənistan Qərbin əlində oyuncağa çevrilib .....                     Pensiyamız da “özəlləşəcək”: .....                     Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi .....                     Əyalət mollasından yeni sərsəmləmə .....                     Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı .....                     Bakıdakı marketdə eşşək südü satılır .....                     Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır .....                     Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ .....                     Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? .....                     Şimal-qərb küləyi əsəcək .....                     ABŞ-də söz azadlığı: .....                     Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir .....                     Burdan məhsul sifariş verəndə sanki QEYBƏ ÇƏKİLİR... .....                     Roşka yenidən həbs edildi .....                     Ruslar keçmişin həsrəti ilə yaşayır .....                     Bank müdirinin məhkəməsində GƏRGİN ANLAR .....                     "Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki..." .....                     Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər .....                     Məşhur iş adamı həbsin bir addımlığında .....                     Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş .....                     Abbas Əliyevə yeni vəzifə verildi .....                     Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? .....                     Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir .....                     İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA .....                     İrəvanı qorxuya salan üç ssenari: .....                     Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir .....                     Nazirlik “Laser Beauty Estetik Klinikası”nı YOXLADI: Etirazla qarşılandı və... .....                 

Bakı şəhər Təhsil İdarəsi, yoxsa Bakı şəhər Təhsil Bazarı?!. - İTTİHAM VAR...
Tarix: 20-11-2023, 08:34 | Çap et
Bakı şəhər Təhsil İdarəsi, yoxsa Bakı şəhər Təhsil Bazarı?!.
Hadisələr vaqeə olur Bakı şəhər Təhsil İdarəsində. Bakı şəhər Təhsil Bazarı da demək olar. Rəhmətlik sənətkar Teymur əmi demişkən, qəti qorxusu yoxdur.

İl 2018. Təbəri sağ olsaydı, bu qara və rüsvayçı tarixi qara hərflərlə Azərbaycan təhsil tarixi adına həkk edərdi. Həqiqətən də təhsilin üzqarası deyiləcək bir epizoddur. Bir qədər sonra sizə təqdim edəcəyimiz bir fraqment kifayət edəcək ki, Bakı şəhər Təhsil İdarəsində hansı utanverici və çirkin oyunlar getdiyi aydın olsun. Beləliklə, teatr səhnəsinin pərdələri açılır və səhnəyə baş rolların ifaçıları çıxır: tanış olun - Bakı şəhər Təhsil tragikomediya teatrında əsas oyunçuları - Rəşad Tağıyev, Səbinə Səfərova, Bakir Məmmədov, Sərxan Rzayev, epizodik rolda Samir və digərləri...
Deyə bilərsiniz ki, bütün bu təqdimat nəyin ifadəsidir. O zaman sualınıza Rubrika.Az-ın redaksiyasına müraciət ünvanlamış əməkdar müəllim Bəkir Mustafayev detallı şəkildə aydınlıq gətirəcək. Əməkdar müəllim elm və təhsil naziri Emin Əmrullayevə başına gələnləri açıqlayıb və saytımız vasitəsi ilə ondan kömək istəyib. B.Mustafayev geniş müraciətinə direktor olduğu vaxtdan başlayıb. Və ilk növbədə xüsusi ilə qeyd edib ki, 20 il direktoru olduğu liseyin şagirdləri arasında bu gün yüksək vəzifələr tutanlar var. B.Mustafayev bildirib ki, 35 il pedaqoji stajı olan, H.Mahmudbəyov adına 2 N-li texniki-humanitar liseydə müəllim və həmin liseyin 20 il direktoru vəzifəsində çalışmış bir əməkdar müəllimdir. Onun sözlərinə görə, bu liseydə vaxtilə iqtisadiyyat naziri Mikayıl Cabbarov və onun yaxın qohumu ,İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov təhsil alıblar. Bunu fəxrlə deyən Mustafayev təhsil nazirindən, eləcə də iqtisadiyyat naziri M.Cabbarovdan və İTV rəhbəri B.Qasımovdan indi açıqlayacağı faktlara diqqət və həssaslıq göstərmələrini xahiş edir.
O inanır ki, həm nazirlər, həm İTV rəhbəri bu müraciətə laqeyd qalmayacaqlar, problemi dərindən öyrənəcəklər. Çünki həm onların oxuduğu liseydən, həm bir direktora və onların müəlliminə edilmiş haqsızlıqdan, həm də ölkə təhsilində hansı iyrəncliklərin olmasından söhbət gedir. M.Cabbarov da bir müddət təhsil naziri olub və bu gün E.Əmirullayev qədər onu da təhsilin vəziyyəti, eləcə də onun oxuduğu liseyin direktoruna , müəlliminə hansı ədalətsizlik edildiyi maraqlandırmalıdır.
B.Mustafayev qeyd edib ki, 20 illik direktorluğu dövründə lisey BŞTİ-nin tabeliyində olan 330-dan çox orta ümumtəhsil məktəb və liseylər arasında həmişə nəticə qazanmış təhsil müəssisəsi sırasında olub. 2000 -2020-ci illərdə liseyin fənn olimpiadalarında, qəbul imtahanlarında 600-dən çox bal toplayan məzunların sayında, lisey məzunlarının qəbulda orta bal göstəricisinin yuxarı olmasını izləmək mümkündür. Mustafayev qeyd edir ki, dəfələrlə nazirlik və Təhsil İdarəsi tərəfindən təltif edilib.
2018-ci il 12 sentyabrında isə əsaslı təmirdən sonra Prezident İlham Əliyev liseyin qonağı olub və direktor vəzifəsində olan B.Mustafayev 22 dəqiqə liseyin qazandığı uğurlardan söz açıb. Prezident bu nəticələrlə tanış olduqda liseyin zəfərlərini təqdir edib.
B.Mustafayev nazirə müraciətində qeyd edib ki, BŞTİ-də korrupsiya və qanunsuz hallarla qarşılaşıb: "Söhbət 2019/2020 tədris ilinin əvvəlindən gedir. Belə ki, müddətli əmək müqaviləsi ilə çalışan direktor müavinlərindən müqavilənin 1 il artırılması üçün rüşvət tələb olunur. Bundan başqa, 65 yaş həddini keçmiş müəllimlərdən müqaviləni 1 il artırılması üçün də rüşvət istənilir. Məktəb direktorları dəvət edilərək aylıq pul tələb olunur. Qarşılaşdığım bu riyakarlıq faktlarına etirazıma görə Bakı şəhər Təhsil İdarəsi mənə qarşı “torbatikmə” əməliyyatı həyata keçirdi".
Nazirə müraciətdə vurğulanıb ki, BŞTİ-nin İnsan Resusları sektorunun əməkdaşı Səbinə Səfərova məktəb direktorlarını idarəyə çağıraraq, onlardan hər ay 500 manat vermələrini qanunsuz və əsassız şəkildə tələb edir. Səbinə Səfərova idarə rəhbəri Rəşad Tağıyevin xalası qızıdır. Yəni işi onun əli ilə gördüyünü söyləmək olar. Mən əvvəlcə inanmadım ki, təhsildə bu cür rəzalət baş verə bilər. Amma növbə mənə də çatdı və liseyin direktoru olaraq idarəyə dəvət edildim. Pul istənilməsi faktının doğruluğunu təsdiqi etmək üçün əvvəlcədən maaşımdan 500 manat ayırıb konvertdə saxlamışdım. Səbinə Səfərova mənimlə söhbətində yaxın qohumlarının yüksək vəzifələrdə işlədiyini və heç kimdən qorxmadığın, hər ay 500 manat verməyimi tələb etdi. Beləcə dediyin kimi, əvvəlcədən saxladığım 500 manatı Səbinə Səfərovaya verdim. Növbəti ay mənə dedi ki, məktəb direktorları pulu vaxtında gətirir, sən gecikdirirsən. Rüşvət istənilməsi azmış kimi yubatmağımı da irad bildirdi". Bunun ardınca Bəkir Mustafayev BŞTİ-yə gedib və Səbinə Səfərovaya deyib ki, xalası oğlu Rəşad Tağıyevə onun sözünü çatdırsın: "Mən kimdənsə pul almıram, kiməsə pul da vermirəm. BŞTİ-nin istənilən əməkdaşı Səbinə Səfərovanı “qara kassa” və ya məktəb direktorlarından aylıq pul tələb edən biri kimi tanıyır. İndi sual edirəm : BŞTİ-nin müdiri bu rüsvayçılığı bilirdisə, niyə qarşısını almırdı? Məlumatlı idisə, necə BŞTİ-nin müdiri işləyirdi?
Orada Daxili nəzarət sektoru - Sərxan Rzayev ən azından kar və kor olmalıdılar ki, bu
rüsvayçılıqdan xəbərdar tutmasınlar". Ən maraqlısı budur ki B. Mustafayev ,, yağmalama" prosesində rəhbərliyə qarşı tək mübarizə aparıb. Belə çıxır ki bu proses BŞTİ nin rəhbərl ilə yanaşı bir çox ,, təlabatı" yerinə yetirən direktorlara da sərf edib.
O cümlədən sabiq direktor Rəşad Tağıyevin sinif yoldaşı Elməddin Qazıyevin qanunsuz olaraq BŞTİ də baş məsləhətçi vəzifəsinə təyin etməsinə baxmayaraq ştat cədvəlində adının olmamasını iddia edir.
Əməkdar müəllim nazir E.Əmirullayevə müraciətində digər faktları açıqlayıb: "2020/2021 tədris ilinin əvvəlində BŞTİ-yə iki məktubla direktor müavini N.Şıxəliyevanın və 65 yaş həddini keçmiş əməkdar müəllim S.Bədəlovanın müddətli əmək müqaviləsinin bir il artırılması barədə müraciət etmişdim. Məktubun dərs ilinin başlanmasına az vaxt qaldığına görə gecikməsinin səbəbini Səbinə Səfərovadan soruşdum. Hər birindən 1000 manat tələb etdi. Şıxəliyeva razılaşdığı üçün müqavilə bir il artırıldı. Əməkdar müəllim Bədəlova isə təhsildən uzaqlaşdırıldı.
Cənab nazir!
35 illik pedaqoji fəaliyyətimdə rastlaşmadığım bir rəzalətin şahidi oldum. Əməkdar müəllimindən əmək müqaviləsinin bir il artırılması üçün 1000 manat tələbi xalqa, təhsilə və gələcəyimizə xəyanətdir.
Bu rəzalətə etirazımın BŞTİ-dən adekvat cavabı gecikmədi.
Rəşad Tağıyev tərəfindən Daxili nəzarət sektoruna tapşırıq verildi – Bəkir Mustafayev təhsildən uzaqlaşdırılmalıdır!
Daxili nəzarət sektorunun müdiri Sərxan Rzayev bu “işi” öz işçisi Bakir Məmmədov adlı şəxsə tapşırdı. Bakir Məmmədov da 70 saylı məktəb-liseyin diektorundan bir nəfər yaxşı oxuyan VI sinif şagirdinin “şəxsi iş” sənədini BŞTİ-yə gətirməyi xahiş edir. Halbuki çagirdin “şəxsi iş” sənədini ancaq onun valideynləri götürə bilər. Bakir Məmmədov isə əlaltısı Samir adlı birindən konvertdə 800 manat və həmin “şəxsi işi” verərək həmin şagirdin “dayı”sı obrazında özünü təqdim edib, pul qarşılığında müsabiqəsiz həmin şagirdi liseyə qəbul etdirməyi tapşırır. Həmin “dayı” isə liseyə gələrək direktor müavini Şıxəliyevanın liseyin direktoru olduğunu zənn edərək B.Məmmədovun “torbatikmə” əməliyyatını bitirir. N.Şıxəliyeva 10 gün əvvəl S.Səfərovaya 1000 manat vermişdi. B. Məmmədov Samirə “torbatikmə əməliyyatı"nın ünvanına səhv çatdığını bildirib. Samir bir neçə gündən sonra liseyə yenidən gələrək "ailələrində rəhmətə gedən olduğu üçün həmin şagirdin liseyə gəlib getməsi çətinləşib” – bildirərək 800 manatı və “Şəxsi iş” sənədinin geri qaytarılmasını tələb edir. Günün sonunda bu ssenarinin mənim üçün hazırlandığını bildim. Həmin şagirdin “Şagird məzun” sistemindən şəxsi məlumatlarını əldə edərək doğma dayısı ilə görüşdüm, ailədə rəhmətə gedən olmadığını və həmin şagirdin liseydə təhsil alması barədə planlarının olmadığını öyrəndim. Daxili nəzarət sektorun əməkdaşı Nazim Bağırova da bu məlumatı bildirdim. Mən, direktor müavinləri və lobarant ifadələr versək də, məharətlə ört-basdır edildi. Bildirirəm ki, daxili nəzarət sektorun əməkdaşı Nazim Bağırovun həmkarı Bakir Məmmədovu araşdıraraq “Əvvəl polis orqanından qovulmuş, pedaqoji fəaliyyətdən xəbərsiz, maşın bazarı alverçisi olan” bu dələduzun BŞTİ-də necə işlə təmin olunması sual doğurur. Bakir Məmmədovun “Torba tikmə” əməliyyatının baş tutmadığından bu işin davamı Nazim Bağırova tapşırılır. Yəni 35 illik pedaqoji fəaliyyətimdə rastlaşmadığım növbəti rüsvayçılıq..."
Əməkdar müəllim Bəkir Mustafayev müraciətində hadisələri nəql edərək bildirib ki, sentyabrın 25- də liseyə komissiya göndərir, məqsəd isə məlumdur: "Artıq bunların riyakarlıq əməllərinin səbəbini Bakı şəhər Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevdən öyrənmək üçün məni qəbul etməsini bildirsəm də, üç dəfə müraciətimi pandemiya bəhanəsi ilə geri çevirdi. Aylıq 500 manat verə bilmədiyim üçün məni lisey direktoru vəzifəsindən azad edin” ərizəsi yazaraq katibədən ona çatdırmağı xahiş etdim. Ərizəmin cavabı olaraq növbəti riyakarlığın şahidi oldum.
Daxili nəzarət sektorundan Nazim Bağırov tərəfindən liseydə aparılmış məqsədli yoxlamanın qərəzli hazırlandığını bildirərək rədd etdim. BŞTİ-də bu rüsvayçı əməlləri təşkil edən, rüşvət və korrupsiya faktlarını bilərəkdən gizlədən sektor müdiri Sərxan Rzayev isə “səmərəli fəaliyyətinə ” görə Təhsil Nazirliyinin “Fəxri Fərman”nı ilə təltif olunub. BŞTİ -nin Daxili nəzarət sektoru da aylıq verməyən məktəb direktorlarına "nəzarət" funksiyasını yerinə yetirir.
Cənab Nazir! Sizə dəfələrlə məni qəbul etməyinizi xahiş etmişəm. Hər dəfə qeyri-adekvat cavablar alıram. Sonuncu “Asan” radioda çıxışınızda telefon əlaqəsi yaradaraq məni qəbul etməyinizi xahiş etdim. Qəbul edəcəyinizi bildirsəniz də, bir məlumat almadım. Ümid edirəm ki, bu məktubda az da olsa ömrümün böyük qismini sərf etdiyim bu peşə üçün nə qədər zəhmət çəkdiyimi və nələrlə üzləşdiyimi izah edə bildim. Sonda Sizinlə görüşə şərait yaradılacağına ümid edirəm". O, müraciətinin sonunda bir daha E.Əmirullayev, M.Cabbarov və B.Qasımovdan reaksiya gələcəyini böyük intizarla gözlədiyini və əməkdar müəllimə diqqət ayrılacağına inandığını söyləyib.

Müəllif: Aqşin - Mənbə: Rubrika.Az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Bu gün, 16:58
Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Bu gün, 16:48
Üzeyirin 3 övladı var imiş
Bu gün, 16:45
Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Bu gün, 16:43
“Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Bu gün, 16:39
Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Bu gün, 16:35
Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Bu gün, 16:32
"Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 16:25
Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Bu gün, 16:23
Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Bu gün, 16:00
ETSN təftiş olundu VƏ... - DETALLAR
Bu gün, 15:55
Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Bu gün, 15:44
Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Bu gün, 14:00
Pensiyamız da “özəlləşəcək”: - "Ödədiyimiz pul pensiya yaşına qədər “ölür”..."
Bu gün, 13:58
Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Bu gün, 13:09
Əyalət mollasından yeni sərsəmləmə
Bu gün, 13:04
Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Bu gün, 12:58
Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Bu gün, 12:39
Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır - BİRGƏ MƏLUMAT
Bu gün, 12:34
Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ - “Səfər baş tutmadı, ödədiyim pulu da geri qaytarmırlar”
Bu gün, 12:30
Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? - Bu sənədlər ləğv edildi
Bu gün, 12:24
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:22
ABŞ-də söz azadlığı: - illüziyaya çevrilən vədlər
Bu gün, 12:20
Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir - Qazaxıstan Baş nazirinin müavini
Bu gün, 12:19
Burdan məhsul sifariş verəndə sanki QEYBƏ ÇƏKİLİR... - GİLEY
Bu gün, 12:18
Roşka yenidən həbs edildi
Bu gün, 12:05
Ruslar keçmişin həsrəti ilə yaşayır - Putinin itaət formulu
Bu gün, 12:01
Bank müdirinin məhkəməsində GƏRGİN ANLAR - TƏFƏRRÜAT
Bu gün, 11:54
"Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki..." - Estetik klinikaların qalmaqallı sahibi məhkəməyə verilir
Bu gün, 11:51
Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək
Bu gün, 11:40
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər - Kanat Bozumbayev
Bu gün, 11:38
Məşhur iş adamı həbsin bir addımlığında - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:27
Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş - Qadının avtomobilini qaçırıb
Bu gün, 11:25
Abbas Əliyevə yeni vəzifə verildi - ƏMR
Bu gün, 11:19
Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? - NARAZILIQ VAR...
Bu gün, 11:15
Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:10
İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA - dövlətin belə bir planı yoxdur...
Bu gün, 11:04
İrəvanı qorxuya salan üç ssenari: - Mehridən Göyçəyə qədər...
Bu gün, 11:00
Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO
Bu gün, 10:54
Nazirlik “Laser Beauty Estetik Klinikası”nı YOXLADI: Etirazla qarşılandı və... - BAĞLANMA QƏRARI VERİLDİ...
Bu gün, 10:52
Əhməd Əliyev həbsdə öldü
Bu gün, 10:45
İran İrəvan və Bakıdan təhdid istəmir - erməni politoloq
Bu gün, 10:41
Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... - FOTO
Bu gün, 10:35
Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:32
Ermənistanın addımı Çini qəzəbləndirdi – “Buna dözməyəcəklər”
Bu gün, 10:29
“Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” - Svyatoslav Boqdanov
Bu gün, 10:20
Ötən gün həlak olan əsgər barədə DETALLAR - Atası rəhmətə gedib, bir bacısı var
Bu gün, 10:18
Muxtar Babayev direktoru vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:16
“5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” - İş adamı şikayətçidir
Bu gün, 10:15
Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... - gələcəkdə “faydalı ola bilər”
Bu gün, 10:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru