“Yelo Bank” ASC-nin Kiçik və Orta Biznes Müştəriləri Departamentinə direktor təyin edilib.
Banker.az xəbər verir ki, bu vəzifəyə Vüqar Tahirov təyin edilib.
O, 2021-ci ilin fevral ayından indiyə kimi Kiçik və Orta Biznes Müştəriləri Departamentinin direktor müavini olub. Maliyyə sahəsində 18 illik təcrübəsi var.
Vüqar Tahirov 2020-2024-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Marketinq” üzrə bakalavr təhsili alıb.