![Azərbaycanla Gürcüstan arasında qatarla sərnişindaşıma bərpa olunur Azərbaycanla Gürcüstan arasında qatarla sərnişindaşıma bərpa olunur](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1739175643_0001.jpg)
Hələ bir neçə gün öncə Gununsesi.info Azərbaycanla Rusiya arasında dəmir yolları vasitəsilə sərnişindaşımanın bərpa olunacağına dair xəbər vermişdi.
Məlumatda qeyd olunurdu:
“Mart ayından etibarən Azərbayan və Rusiya arasında dəmiryolu ilə sərnişindaşıma bərpa olunacaq.”
Bu barədə bildirilirdi ki, hər iki ölkənin müvafiq qurumları arasında bununla bağlı razılıq əldə olunub.
Bu arada isə, hökumətdəki mənbələr Gununsesi.info-ya Azərbaycanla Gürcüstan arasında da eyni razılığın əldə olunduğunu deyib.
Məlumata görə, aprel ayından etibarən Bakı-Tblisi-Bakı qatarı yenidən istifadəyə veriləcək.
Sərnişindaşıma İsveçrənin Stdadler qatarları vasitəsilə həyata keçiriləcək.