!["Belə su şirkətlərinə aldanmayın..." "Belə su şirkətlərinə aldanmayın..."](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1739163164_0001.jpg)
"Şikayətim "Şirin Su"dandır. Belə şirkətlərə ''aldanmayasız'' deyə bunları yazıram..." "DİA-AZ" xəbər verir ki, bu barədə Nurəngiz Abbasova adlı istifadəçi giley edir.
"Müştəriyəm Şikayətim Var" qrupundakı paylaşımında narazı vətəndaş daha sonra bildirir: "Oktyabr ayından "Şirin Su"dan istifadə edirik. Artıq 3-cü səfər idi ki aldığımız sudan qoxu gəlirdi və buna görə başqa suya keçmək istədik.
Filtirlərinin yeniləndiyini, bir daha sularindan istifadə etməyimizi xahiş etdilər.
Lakin yenə də istəmədik və gəlib bidonlarını götürməklərini , depozitimizi geri qaytarsinlar dedik. Elə o, bu... 1 aydır nə bidonlari götürürlər , nə də ki depoziti qaytarırlar.(Su sifariş edən kimi tez gətirə bilirlər, depoziti istəyən kimi yoxa çıxırlar)...
Gözümüz pulda deyil, 36 manat nədir ki, sadəcə siz fikirləşin ki indi bunlar neçə insanı aldadıb 36 manatını qaytarmırlar. Belə su şirkətlərinə aldanmayın..."