
Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ-nin Maliyyə naziri Skott Bessent arasında nadir torpaq metalları üzrə saziş üzrə danışıqlar zamanı qızğın söhbət olub.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın mənbələrə istinad edən “Financial Times” qəzetinin yazdığına görə, Bessent ondan dərhal müqaviləni imzalamağı tələb edəndə Zelenski çox qəzəblənib.
Nəşr bildirir ki, münaqişəyə səbəb maliyyə və hərbi dəstək müqabilində Ukraynanın nadir torpaq metallarına və digər zəruri minerallara hüquqlarının 50%-ni almaqda israr edən Vaşinqtonun mövqeyi olub. Bessent müqavilənin “burada və indi” imzalanmasını tələb edib ki, bu da Zelenskidə kəskin reaksiya doğurub.
“Kiyevdəki ofisin qapıları arxasında Ukraynanın ən mühüm strateji müttəfiqliyinin gələcəyi ilə bağlı gərginlik qızışdı. Oradan gələn boğuq qışqırıqları heç nə ilə qarışdırmaq mümkün deyil”, - Ukraynanın yüksək rütbəli məmurları vurğulayıblar.
Qeyd edək ki, Böyük Britaniyanın “The Economist” jurnalında dərc olunan materialda Vaşinaqtonun təklif etdiyi mineral sövdələşməni imzalayacağı halda, Ukraynanın hərbi yardıma görə yüz illərlə ABŞ-yə təzminat ödəmək məcburiyyətində qalacağı bildirilir.