"Azəriqaz" cəzalandırıldı .....                     Bakı və Ankaranın bir layihədə 3 hədəfi .....                     İrandan müharibə anonsu .....                     "132 manatlıq məhsul qeybə çəkilib" .....                     Satacağımız almalar da əlimizdə qalıb... .....                     Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... .....                     Gecə vaxtı yerinə yetirilən işlərə... .....                     Qəzanın ilkin hesabatı niyə gecikir? .....                     Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? .....                     Ucuz ev, yoxsa oyun? .....                     "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" .....                     "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı .....                     Jan Noel Baro niyə bu qədər narahatdır? .....                     Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” .....                     "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi' .....                     Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir .....                     Lerikin icra başçısı İTTİHAM OLUNUR .....                     Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? .....                     “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları .....                     Azərbaycanda səhmdar cəmiyyət .....                     “Azinşaat Servis” ASC səhmdarlarının .....                     "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" .....                     “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” .....                     Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək .....                     "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq .....                     Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... .....                     Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat .....                     Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi .....                     Azərbaycanda çörək bahalaşdı .....                     Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır .....                     Moskvadan gəırginliyi artıran addımlar: .....                     Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur .....                     Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil .....                     "Paylaşımı silmək üçün 10 min istədi" .....                     Azərbaycanda 2 yeni radio açılır .....                     Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb .....                     Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? .....                     FHN universitetdə yoxlamalar apardı .....                     " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" .....                     AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib .....                 

Rövnəq Abdullayev çətin seçim qarşısında qalıb - SOCAR hansı xərcləri ixtisar edə bilər?
Tarix: 14-10-2014, 14:46 | Çap et
Rövnəq Abdullayev çətin seçim qarşısında qalıb
Dünya bazarlarında neftin qiyməti 3 ay öncədən enməyə başlasa da, Dövlət Neft Şirkətinin (ARDNŞ/SOCAR) rəhbərliyi bir az əvvəl narahat olmadıqlarını bildirmişdi. Rövnəq Abdullayev ötən ay verdiyi açıqlamasında dünya bazarlarında qiymətlə bağlı yaranan vəziyyətlə əlaqədar şirkətin illik gəlirləri üçün heç bir təhlükənin mövcud olmadığını söyləmişdi. Ancaq son açıqlamasında SOCAR rəhbərliyi xərclərin korrektəsindən danışıb.

Bu barədə yazan iqtisadçı Pərviz Heydərovun fikrincə, bunun məhz Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin ötən 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair oktyabrın 8-də keçirilən iclasında dünya bazarlarında neftin qiymətinin enməsi ilə əlaqədar hökumətin büdcədə qiyməti düzgün müəyyən etməli olduğu barədə söylədiyi fikirdən sonraya təsadüf etməsi diqqəti cəlb edir: «Prezident sözügedən iclasda xatırlatdı ki, bizim büdcəmizin müəyyən hissəsi Neft Fondunun hesabına təmin edilir. “Çünki dünya iqtisadiyyatı hələ ki, böhrandan çıxmayıb. Digər amillər var ki, neftin ucuzlaşmasına təkan verir. Biz bütün bunları nəzərə almalıyıq və investisiya proqramlarımızı buna uyğun şəkildə tutmalıyıq” - deyə dövlət başçısı vurğuladı.
Maraqlıdır ki, R. Abdullayev də SOCAR-ın məhz investisiya proqramlarının icrasına çəkdiyi xərclərin korrektəsindən danışıb. Bu da təbiidir. O mənada ki, neftin qiyməti nə qədər minimuma ensə də, dövlət büdcəsinə ödənişlər azaldıla bilməz. Ona görə ki, büdcə neftdən çox asılı vəziyyətdədir. Neft və neft məhsulları satışından əldə olunan gəlirlər olmasa, Vergilər Nazirliyi (VN) ilə Dövlət Gömrük Komitəsinin və digər qurumların xətti ilə qeyri-neft sektorundan büdcəyə ödənişlər cari xərcləri örtməyə imkan vermir. Hazırda ölkədə həyata keçirilən bütün növ sosial ödənişlər əsas etibarı ilə xam neft və neft məhsullarının satışından əldə olunan gəlirlər hesabına ödənilir”.
İqtisadçı hesab edir ki, ümumiyyətlə, 2014-cü ilin dövlət büdcəsi haqqında qanununun tətbiqinə dair Prezident fərmanının 1-ci bəndində göstərilir ki, adıçəkilən sənədin 2-ci maddəsi ilə nəzərdə tutulan gəlirlərin dövlət büdcəsinə daxilolmanı təmin etmək üçün dövlət orqanları və müəssisələri istiqamətində tapşırıqların minimum həddi ARDNŞ xətti ilə konsolidə edilmiş vergilər və digər ödənişlərin məbləği 1,825 milyard (sözügedən qurumdan fiziki şəxslərin gəlir vergisi üzrə yığımın buna dəxli yoxdur), Neft Fondundan transfert 9,337 milyard, neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisi isə 0,977 milyard manat müəyyən edilsin.
Cəmi 12 milyard 139 milyon manat... Bütün bunların müqabilində isə sözügedən sənədin 1.1.3. maddəsində qeyri-neft sahələri üzrə vergilər və vergi olmayan ödənişlər 4,300 milyard manat nəzərdə tutulub.
Yeri gəlmişkən, dövlət büdcəsinə Neft Fondundan bu il üçün nəzərdə tutulan 9,337 milyard transfert keçən ildəkindən 17,7 faiz az təşkil edir. Odur ki, SOCAR üzrə dövlət büdcəsinə nəzərdə tutulan ödənişlərdə də bu və ya digər səbəbdən kəsirlə həyata keçirilərsə, ən zəruri xərc maddələri maliyyələşdirilə bilməyəcək.
Yeri gəlmişkən, ötən 9 ayda dövlət büdcəsinin xərcləri 12,694 milyard manat və yaxud 86 faiz yerinə yetirilib ki, göstərilən dövr ərzində dövlət büdcəsi xərclərinin 24,3 faizi və ya 3 milyard 82 milyon manatı sosial təyinatlı xərclərin payına düşüb. Bu isə o deməkdir ki, dövlətimizin əsas maliyyə sənədində ümumi məsrəfin az qala 1/4 hissəsini “qayçılanması” mümkün olmayan xərclər təşkil edir.
Bu baxımdan da, VN hələ ilin 1-ci yarısında bildirmişdi ki, SOCAR cari il üçün proqnozlaşdırılan 1,825 milyard manatı tam ödəyəcək. Qeyd olunan məbləğ isə VN xətti ilə toplanacaq ümumi məbləğin təqribən 25 %-i deməkdir.
Bəs, görəsən, adıçəkilən şirkət məhz hansı xərcləri ixtisar etmək niyyətindədir?
Məsələ bundadır ki, bu ilin dövlət büdcəsində neftin 1 bareli 100 ABŞ dollarından hesablanıb. 2014-cü ilin yanvar-sentyabr aylarında isə Azərbaycan neftinin orta qiyməti təxminən 109 dollar təşkil edib. Düzdür, iyun və oktyabr ayları arasında təqribən 20 faiz enib. Və hazırda 100 dollardan aşağı səviyyədədir. Lakin ilin sonunadək qiymət 90-95 dollar arasında qalarsa, bu il üçün neftin 1 barelinin orta qiyməti ölkəmizə 100 dollardan aşağı başa gəlməyəcək. SOCAR rəhbərliyinin əvvəlki nikbinliyi də, ola bilsin ki, bundan bəhrələnirdi.
Ancaq kim zəmanət verə bilər ki, qiymət bundan aşağı enməyəcək?
İqtisadçının bildirdiyinə görə, iş ondadır ki, ölkəmizdə hasilat da enir. Artıq bir neçə ildir ardıcıl olaraq davam edən prosesə bahəm, cari ildə ölkəmizdə 41,2 milyon ton neft və 28,8 milyard kubmetr isə qaz hasil olunacağı gözlənilir ki, keçən ilsə SOCAR-ın məlumatına əsasən, 43,48 milyon ton neft, 29,46 milyard kubmetr qaz hasil etmişdik.
Keçən ilin nəticəsinə görə, SOCAR-ın ümumi gəliri 38,43 milyard dollar təşkil etmişdi ki, bu da 2012-ci ildəki 17,14 milyarddan 21,29 milyard dollar çox idi. Ümumi gəlirlərin 8,95 milyard manatı neft, 1,85 milyardı isə neftkimya məhsullarının payına düşüb.
SOCAR-in satdığı neftdən büdcədə nəzərdə tutulan qiymətdən yuxarı olan məbləğ arasındakı fərq vergi çıxıldıqdan sonra Neft Fonduna da köçürüldüyündən (hərçənd, son vaxtlar bu barədə hesabat verilmir) növbəti ildən qiymət azı 80 dollara salınmalıdır. Çünki müşahidəyə əsasən, yaxın perspektivdə qiymət 100-ü ötməyəcək. Ölkəmizdə genişmiqyaslı investisiya siyasəti üçün isə dünya bazarlarında qiymət azı 100 dollar təşkil etməlidir.
Odur ki, R. Abdullayev rəhbərlik etdiyi şirkətin məhz investisiya proqramlarından danışıb. Məlumat üçün qeyd edək ki, SOCAR ölkəmizdə yeganə neft məhsulları istehsalçısı olmaqla Gürcüstan, Ukrayna, Rumıniya və İsveçrədə yanacaqdoldurma stansiyalarına da malikdir. Bundan əlavə, adıçəkilən şirkət Türkiyədə “Petgim” neftkimya kompleksinin, həmçinin digər aktivlərin ortağı sayılır.
Ümumiyyətlə, Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyə ilk yerdədirsə, bundan sonra Gürcüstan gəlir. Təkcə, Türkiyəyə SOCAR-ın 2018-ci ilədək 17 milyard ABŞ dolları həcmində investisiya yatıracağı gözlənilir ki, neftin dünya bazarlarında ucuzlaşması ilə əlaqədar, ola bilsin, məhz bu ölkələrdəki layihələr dayandırılsın.
Bir sözlə, göründüyü kimi Rövnəq Abdullayev xərclərin ixtisarı istiqamətində əməliyyat aparmağa məcburdur. Amma Dövlət Neft Şirkəti prezidentinin əsas çətin seçimi hansı xərclərin azaldılması yönündədir. Onun bu istiqamətdə necə qərarlar qəbul edəcəyini isə zaman göstərəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08
Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02
İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55
"132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51
Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41
Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37
Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14
Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47
"Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45
"Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41
Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38
Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36
"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54
Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47
Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35
“Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32
Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05
“Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02
"Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53
“35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51
Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40
"Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33
Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31
Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28
Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18
Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14
Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11
Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00
Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58
Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21
"Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17
Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06
Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05
FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00
" Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58
AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54
Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41
Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40
Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38
"Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36
Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32
Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29
İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23
İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19
Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16
Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru