Cənab Şükürovun YARIMŞTAT MARAĞI... .....                     ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq .....                     Vətəndaşdan Zaur Mikayılova ÇAĞIRIŞ: Evlərimiz təhlükədədir... .....                     Burada nə yediyinizə diqqət edin... .....                     KONTAKT HOME yenə də narazılıq yaradır... .....                     Buna hüquq mühafizə orqanlarında baxıla bilərmi? .....                     Hikmət Hacıyev səmimi idi... görək İran nə edəcək... .....                     Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... .....                     Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir .....                     Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? .....                     “Ayı”nın ilk üç hədəfi: birini “öldürüb”, digərini “yaralayıb” və üçüncüsü… .....                     Qüvvələrimiz Ermənistana belə girə bilər .....                     Bakı çox yüklənib, həm adamla, həm də maşınla... .....                     BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... .....                     "Sənətdə nələrin təbliğ olunduğu göz önündədir" .....                     Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... .....                     Qaqauz lider Kişinyov hava limanında saxlanıldı .....                     670 min insan Rusiyadan geri göndərilə bilər .....                     Bu gün məktəblərdə qış tətili başa çatır .....                     "Elə bilir Allahın ona borcu var..." .....                     Əhalinin banklara nə qədər kredit borcu var? .....                     “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, .....                     USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır .....                     Naziləni Misirdə aldatdılar .....                     ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? .....                     "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." .....                     “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” .....                     Paytaxtın parklanma dərdi nə zaman bitəcək? .....                     Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür .....                     “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” .....                     Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? .....                     Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                 

Moskvada tutulan separatçının ekstradisiyasına hazırlıq görülür
Tarix: 12-09-2018, 08:50 | Çap et
Moskvada tutulan separatçının ekstradisiyasına hazırlıq görülür
Xəbər verildiyi kimi, sentyabrın 6-da Moskvanın Lübertsı rayon polisinin əməkdaşları tərəfindən Azərbaycanın beynəlxalq axtarışa verdiyi Fəxrəddin Abboszadə saxlanılıb. Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 281.2, 283.1 maddələri üzrə ittiham irəli sürülüb. Sentyabrın 7-də Moskva vilayəti Lübertsı şəhər məhkəməsinin hakimi İ.A.Juravlyova Abboszadənin Azərbaycan tərəfinə təhvil verilməsi məqsədilə onun barəsində 1 ay müddətinə həbs cəzası hökmü çıxarıb.

Qeyd olunur ki, F. Abboszadə barəsində cinayət işi 2018-ci ilin iyul ayının 12-də Bakı şəhəri Səbayel Rayon Məhkəməsi tərəfindən başlanıb. İyulun 14-də onun barəsində 4 ay müddətinə həbs qərarı verilib. Abbasov beynəlxalq axtarışa verilib.

Fəxrəddin Abboszadə 1956-cı ildə Lerik rayonunda anadan olub. 1993-cü ilin yayında qondarma “Talış Muğan Respublikası”nın “parlament sədri” “seçilib”. 1994-cü ildə Azərbaycanı tərk edib və Rusiyada yaşamağa başlayıb. 2005-ci ildə Azərbaycana qayıdaraq talış dilində “Şavnışt” qəzetini dərc edib və az sonra yenidən Rusiyaya qayıdıb.

F. Abboszadə uzun illərdir Azərbaycana qarşı hədyanlar yağdırmaqla, ölkəmizin ərazi bütövlüyü əleyhınə fəaliyyət göstərməklə məşğul olurdu. O, müxtəlif konfranslarda ölkəmiz və qardaş Türkiyə əleyhinə cinayət xarakterli təxribatlar törədirdi. Xüsusilə də ermənilərlə əlbir olub İrəvandan yayımlanan “Talışıstan” televiziyasının fəaliyyətini koordinasiya edirdi. Dəfələrlə İrəvanda separatçı tədbirlərə qatılan F. Abboszadə Azərbaycanı, hakimiyyəti, müxalifəti, siyasi partiyaları, medianı ən müxtəlif “cinayətlər, repressiyalar, təqib”lərdə suçlayıb.

Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında federal axtarışa verilən və bu il sentyabrın 6-da Moskvada saxlanılan separatçı təşkilat rəhbəri, qondarma Talış Milli Hərəkatının sədri Fəxrəddin Abboszadə ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda araşdırmalara başlanılıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, araşdırmalar Dövlət Təhlükəsizlik Xidməti ilə birgə aparılır.

Azərbaycana gətirildikdən sonra F. Abboszadənin Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində saxlanacağı gözlənilir.

Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, həbs edilən şəxs uzun illər ərzində Azərbaycan əleyhinə Ermənistan tərəfindən fəal istifadə olunurdu: “1990-cı illərin əvvəllərində Azərbaycanda mərkəzi dövlət hakimiyyətinin zəifləməsi və bütün periferiyalara nəzarət imkanlarını itirməsi müqabilində etnik separatizm dalğası genişlənməkdəydi. Bu prosesə maliyyə, siyasi, silah dəstəyi verən qüvvələr də mövcud idi. Fəxrəddin Abboszadə o zamanlardan separatçılıq mövqeyində olanlardan idi. Sonradan o və onun kimiləri əsl idarə olunduqları məkana üz tutdular və orada müdafiə zolağının içərisindəydilər. Ona görə də Azərbaycan tərəfindən atılan hüquqi addımlar nəticəsiz qalırdı. Bu adamlar ölkə sərhədlərindən kənarda olduqları zaman da separatçı fəaliyyətlərini daha da azğınlaşdırırdılar. İnformasiya məkanında Azərbaycana qarşı bütün qanunları pozan davranışlar nümayiş etdirirdi. Ermənistan xüsusi xidmət orqanlarının dəstəyi ilə yaradılan strukturlarda fəallıq göstərirdi. Mən çox inanmaq istərdim ki, Fəxrəddin Abboszadə ilə bağlı məsələ, sadəcə, kiçik araşdırmadan sonra yarımçıq saxlanmayacaq. Çünki Azərbaycan hüquq-mühafizə orqanları dövlət adından istər Rusiyadan, istərsə də digər ölkələrin ərazisindən bizə keçən və burada sığınacaq qazanaraq həmin dövlətlərin əleyhinə fəaliyyət göstərmək istəyənlərin hamısı ilə bağlı ən sərt tədbirləri görüb. Azərbaycan separatçıları heç zaman himayə eləməyib. Bizim ölkəmiz hüquq prinsiplərini tanıyıb, etibarlı tərəfdaş olub, əməkdaşlığa açıqlıq göstərib. Təqdirəlayiq haldır ki, Rusiya tərəfindən artıq bir ciddi addım atılır. Biz bu addımın sona qədər atılacağını gözləyirik. Fəxrəddin Abboszadənin Azərbaycana təhvil verilməsi Rusiya-Azərbaycan münasibətlərinin tarixi üçün son dərəcə təsirli hadisəyə çevriləcək. Hər kəs bundan sonra qəti şəkildə inanacaq ki, bu təcrübə ölkəmiz əleyhinə olan separatizm alətində buluna bir çox qüvvələrə, hətta ermənilərə tətbiq oluna bilər. Fəxrəddin Abboszadənin cəzalandırılması Rusiyanın özündə də separatizmə ciddi bir zərbə olar”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Lənkərandan olan deputat Hadi Rəcəbli isə modern.az-a açıqlamasında separatçı şəxsin həbs edilməsini müsbət qiymətləndirdiyini bildirib: “Azərbaycan müstəqilliyini ikinci dəfə əldə edib. Üzərində ”Azərbaycanlı" sözünü gəzdirən hər bir şəxs onu qorumalı, dövlətimizin ömürlük olmasına çalışmalıdır. Bunun üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik. Çox təəssüf ki, facebookda, müxtəlif sosial şəbəkələrdə Azərbaycan əleyhinə, Azərbaycan liderləri əleyhinə ardıcıl, sistemli kampaniya aparılır. Bu kampaniya bir sıra beynəlxalq, antimillət, antidövlət, antidemokratik qurumlar tərəfindən təşkil olunur. Onların məqsədi dövlətləri kiçiltmək, parçalamaq və hakimiyyəti ələ keçirərək, idarə etməkdir.

Bu yolu tutanların da aqibəti Fəxrəddin Abboszadə ilə eyni olacaq. Bu həbs eybəcər fikirlər səsləndirən Orduxanlara, Qurban Məmmədovlara və digərlərinə dərs olmalıdır. Dövlətimiz əleyhinə çağırışlar edən bu adamlara qarşı da müvafiq addımlar atılmalıdır. Onlar da Azərbaycan dövləti qarşısında cavab verməlidirlər. Sonuncu hadisə o deməkdir ki, separatçılar orada-burada boş-boş qışqırmaqla, danışmaqla heç bir şeyə nail ola bilməyəcəklər. Dövlətimizi zəiflətmək istəyən, adlı-sanlı insanlarını hörmətdən salmaq mövqeyini sərgiləyənlər qanunlar, beynəlxalq hüquq normaları daxilində mütləq cəzalanacaqlar".
Milli Məclisdə 75 saylı Lənkəran-Masallı seçki dairəsini təmsil edən deputat, Yeni Azərbaycan Partiyasının üzvü Cavanşir Paşazadə isə Fəxrəddin Abboszadənin həbsinə sevindiyini bildirib: “Azərbaycan xalqının çörəyini yeyən, Azərbaycan xalqının içərisində ”göyərən" insanın başqa ölkələrdə dövlətimizə qarşı formalaşdırmaq istədiyi mənfi fikirlərə dəstək verməsi utancvericidir. Belələri həm qanun qarşısında, həm də Allah qarşısında cavab verəcək. Xalqına üz çevirən bütün insanların aqibəti o separatçının aqibəti kimi olacaq. Qoy başqaları da dərs götürsün".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:00
ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq - Tramp
Bu gün, 08:48
Vətəndaşdan Zaur Mikayılova ÇAĞIRIŞ: Evlərimiz təhlükədədir... - FOTOFAKT
Bu gün, 08:48
Burada nə yediyinizə diqqət edin... - MÜRACİƏT
Bu gün, 08:40
KONTAKT HOME yenə də narazılıq yaradır... - AXI NİYƏ?..
Bu gün, 08:34
Buna hüquq mühafizə orqanlarında baxıla bilərmi? - Ekspert danışır...
Bu gün, 08:26
Hikmət Hacıyev səmimi idi... görək İran nə edəcək... - Tehrana hara qədər güvənə bilərik?..
Bu gün, 08:19
Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:14
Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:05
Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? - AKTUAL
Bu gün, 06:51
“Ayı”nın ilk üç hədəfi: birini “öldürüb”, digərini “yaralayıb” və üçüncüsü… - GƏLİŞMƏ
Bu gün, 06:48
Qüvvələrimiz Ermənistana belə girə bilər - 107 illik müqavilə gündəmdə
Bu gün, 06:41
Bakı çox yüklənib, həm adamla, həm də maşınla... - NƏ ETMƏLİ?
Bu gün, 06:40
BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... - "Öz pulunuzla gedin!"
Bu gün, 06:28
"Sənətdə nələrin təbliğ olunduğu göz önündədir"
Bu gün, 06:21
Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... - “Razı olun, yoxsa…”
Bu gün, 06:16
Qaqauz lider Kişinyov hava limanında saxlanıldı - "Birinci Moldova" telekanalı
Bu gün, 06:12
670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09
Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04
"Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34
Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32
“İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29
USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24
Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36
ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32
"Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02
“Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58
Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55
Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52
“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13
Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru