Xəzər Dəniz Gəmiçiliyi rəhbərindən Prezidentə ŞOK ŞİKAYƏT - “Haqqımız bu dayı-bacıoğlu tərəfindən təhqiramiz formada mənimsənilməsin”
Tarix: 7-04-2021, 08:59 | Çap et
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin neft daşıyan gəmilərinin (tankerlər) bir qrup işçisi Prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb. Surəti “Təzadlar” qəzetinə göndərilən müraciət-şikayətdə QSC-də baş verən və kimsənin belə təsəvvür edə bilmədiyi problemlərdən bəhs olunur. Aşağıda həmin müraciəti və əlavə olunmuş fotosübutları təqdim edirik və şikayətçilərin xahişi ilə (məktubda belə yazıblar) KİV-də işıqlandırıldığından imzalarını hələ ki təqdim etmirik: Hörmətli cənab Prezident! Bildiririk ki, Sizin 2021-ci il 11 fevral tarixli sərəncamınıza əsasən yaradılmış “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası təsis edilmişdir. Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovdur. Azərbaycanın Avropa ilə Asiya arasında əlverişli coğrafi mövqeyi və Xəzərdən keçən beynəlxalq yükdaşıma marşrutları hazırda Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasının tranzit yükdaşımalarının həyata keçirilməsində xüsusi əhəmiyyətini daha da artırır. Eləcə də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzər dənizində irimiqyaslı neft və qaz layihələrinin və beynəlxalq yük daşınmalarının həyata keçirilməsində vacib rol oynayır. Biz dənizçilər-gəminin matros və kapitanları bununla fəxr edirik. Lakin bizim iş və social şəraitimiz, əmək haqlarımız... ölkə iqtisadiyyatı qarşısında göstərdiyimiz misilsiz xidmətlərə qətiyyən uyğun gəlmir. Dəfələrlə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin sədri Rauf Vəliyevə müraciətlərimiz olub ki, mövcud problemlərin aradan qaldırılmasına nail olunsun. Amma heç bir xeyri olmayıb. Həmin problemlər isə bunlardan ibarətdir: Beynəlxalq Dəniz Təşkilatının (İMO) tövsiyyələri və beynəlxalq qanunlara görə biz dənizçilərə maaşdan əlavə sutkalıq əlavələr də verilməlidir. Yəni, nə qədər ki, sahilə çıxmırıq, sudayıq, bu əlavələr ödənilməlidir. Biz isə qonşu Xəzəryanı ölkələrdən, o cümlədən Qazaxıstandan, Türkmənistandan, Rusiyadan nefti gətirib boşaldırıq, bəzən günlərlə sahilə çıxmırıq. Digər yük gəlincə Türkanda reyddə qalmalı oluruq. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC rəhbərliyi isə təzə qayda çıxarıb ki, ayda yalnız 5 gün sutkalıq pulu verilsin. Qalanını isə vermirlər. Azərbaycan büdcəsinə yüz milyonları gətirən biz dənizçilərə bu cür münasibət nə dərəcədə ədalətlidir? Cənab Prezident! “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmilərində matrosun maaşı 400 manatdır, matorçunun maaşı isə vur-tut 500 manat. Bu maaşdan isə bəhanə edib “Yaşat” Fonduna məcburi pul tuturlar. Hansı ki, QSC-nin hesabında milyonlarla sərbəst vəsait var. Lazımsız yerlərə milyonları silməkdənsə, bu Fonda pul köçürə bilərlər. “Sutka” pulu isə günə 15 dollar olmalıdır, onun isə 5 gününü verirlər, qalanını saxlayırlar. vermirlər. Gəmilər, tankerlər (13 min tonluq yük götürənlər) təxminən 15-dir, 5 min tonluq yük daşıyanlar isə təxminən 5-6, bərələr təxminən 10-12, quru yük gəmiləri isə daha çoxdur. Heç birinə sutkalıq pul vermirlər. Əvvələr verirdilər, sabiq rəis Aydın Bəşirovun vaxtında. Yəni, bu Beynəlxalq Dəniz Təşkilatının (İMO-nun) qərarıdır. Azərbaycan da İMO-nun üzvüdür. Ən dəhşətlisi budur ki, bu qədər əziyyətlərə qatlaşan biz dənizçilərə verilən ərzaqlar da ölkənin iri ticarət mərkəzlərində satılmayan, vaxtı keçmiş, məhv edilməyə veriləsi ərzaqlardır ki, bizə verirlər (fotoşəkillərini göndədirik). Gəmilərdə bizə heç bir gigiyena, sanitar ləvazimatları da verilmir. Amma bilirik ki, bunlara kifayət qədər pul silinir. Axı biz dənizçilər bəzən 6 ay evimizdən uzaq oluruq. Dəhşətli hal həm də budur ki, gəmilərin hamısında ərzaq təchizatına Gəmiçiliyin rəisi Rauf Vəliyevin qardaşı rəhbərlik edir. Rauf Vəliyevin Zaur adlı bacısı oğlu var, onun üçün ərzaq, yemək və s. xidmətlər göstərən “Grand Catering” şirkəti yaradıblar və bütün bu korrupsiya əməlləri bu şirkətin əli ilə edilir. Əgər təftiş edilsə və audit yoxlaması aparılsa, məlum olacaq ki, bu şirkətin əli ilə biz dənizçilərin ailəsinin boğazından kəsilən pullar necə silinir. Məsələn, bir acınacaqlı fakt: bizə aprel ayının ilk günlərində fotosunu təqdim etdiyimiz xamanı veriblər. 28 mart tarixində istifadə müddəti bitmişdi, qorxumuzdan yemədik. Fotosunu təqdim etdiyimiz bu kolbasanın istifadə müddəti isə fevral ayında qurtarıb. Hətta gəmi aşpazları yeyilməsi təhlükəli olan bu kolbasaları və digər ərzaqları dənizə tullamayaraq soyuducuya yığıb itlərinə aparırlar. Novruz bayramında isə Rauf Vəliyev günlərlə dənizdə can çürüdən biz dənizçilərə Bayram payı göndərtmişdi (fotosu təqdim edilir). Hərəyə 5-6 ədəd alma, 2 ədəd apelsin, 6 ədəd kivi ruletinə bənzər nəsə. Müddəti keçdiyindən dadı zəhər kimi idi. Cənab Prezident! Təsəvvür edin, gəmiləri keyfiyyətli ərzaq məhsulları ilə təmin etməli olan “Grand Catering” şirkətinin Zaur adlı direktoru, dayısı Rauf Vəliyevə arxalanaraq istədiyini edir. Hətta diqqətinizə çatdıraq ki, Rauf Vəliyevin rəhbərliyi ilə 40 köhnə gəmini kəsib-doğratdırıb metallom kimi satdılar. Bütün işlərə isə, qeyd etdiyimiz kimi, Rauf Vəliyev və qardaşı rəhbərlik edirdi. Biz dənizçilər nə istəyirik: istəyirik ki, Azərbaycanın büdcəsinə milyardlarla qazanc gətirən biz dənizçilərə insan rəftarı və münasibəti olsun, haqqımız bu dayı-bacıoğlu tərəfindən təhqiramiz formada mənimsənilməsin. Nə vaxta kimi istifadə müddəti keçmiş ərzaqları bizə yedirdəcəklər??? Bəlkə buna görədir ki, Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun dərc etdiyi siyahıda (mətbuatdan oxumuşuq) Rauf Vəliyevin adı korrupsiyalaşmış məmur siyahısındadır. Həmin hesabatda qeyd olunur ki, Bakı şəhəri, Bəşir Nuriyev 77 ünvanında qeydiyyatda olan Rauf Vəliyev 16 noyabr 2000-ci ildə İsveçrənin Cenevrə şəhərində “Braxon Group S.A” şirkətini yaradan dörd şəxsdən biri olub (vizual). Daha sonra şirkət Britaniyanın Virgin adalarında fəaliyyətini davam etdirib. Şirkətin son 16 ildə hansı əməliyyatlar keçirməsi və dövriyyəsi barədə yəqin ki Azərbaycanın hüquq mühafizə orqanları məlumat verə bilər. Güman edirik, bu gün gəmiçilikdəki əksər problemlər doğru olmayan kadr siyasəti ilə də bağlıdır. Sosial şəbəkələrdən də oxuyuruq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə vacib postlarda çalışan şəxslərin əksəriyyəti sədr Rauf Vəliyevin yaxın adamları, qohumlarıdır. Misal kimi, onun birinci müavini Zamiq İsmayılovu, müavini Nəzrəddin Əhmədzadəni, eyni zamanda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyevi, Xəzər Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutunun baş direktoru Fazil Qəhrəmanovu, Dəniz Nəqliyyatı Donanmasının rəisi Emin Nəzərovu, Xəzər Dəniz Neft Donanmasının rəisi İsrail Bayramovu, “Bibiheybət” Gəmi Təmiri Zavodunun direktoru Nəsib Qəhrəmanovu, “Zığ” Gəmi Təmiri Zavodunun direktoru Rəfail Mikayılovu, İstehsalat Xidmətləri İdarəsinin rəisi Faiq Xəlilovu, Sosial İnkişaf İdarəsinin rəisi Namiq Nurməmmədovu göstərmək olar. Cənab Prezident! Dənizçilərin həyatı suda keçir, onların problemləri, gəmiçilikdə baş verən neqativlər sanki görünməz olur. Biz mövcut problemləri qaldırdıq ki, bu nöqsanlar aradan qaldırılsın. Siz dəfələrlə bildirmisiniz ki, mənə məlumat verin, korrupsioner məmurların barəsində ölçü götürülsün. Bu məqsədlə də Sizə müraciət etdik. İnanırıq ki, tezliklə “Xəzər Dəniz Gəmiçiliyi” QSC-də və “Grand Catering” MMC-də yoxlamalar aparılacaq, ciddi tədbirlər görüləcək. Redaksiyadan: Cənab Prezidentə ünvanlı şikayətlə əlaqədar “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq. Müraciətdə bəzi ciddi faktlar vardır ki, araşdırılmasına ehtiyac vardır, bunun üçün “Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə və Baş Prokurorluğa, eləcə də Hesablama Palatasına rəsmi sorğu göndəriləcək. ”Təzadlar”ın Araşdırma Qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44 |
|
|
|
|