Ölümə aparan oyun: Uşaqları necə qoruyaq? .....                     Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırdı .....                     Çimnaz Sultanovanın Xalq artisti ilə səmimi görüntüləri .....                     Məktəb direktoru ÖZBAŞINA QALIB... .....                     Bakı-Moskva qarşıdurması: Regionda yeni geosiyasi oyun başlayır? .....                     "Onlar işlənmiş əski parçası kimi bir kənara atılacaqlar" .....                     “Təəssüf ki, AXC hökuməti ilk gündən “KQB” arxivlərini nəinki açmadı, əksinə, möhürlədi...” .....                     Günahın etirafı: cinayətə qarşı sükut... .....                     Biznesmenlər Paşinyana qarşı: İrəvanda etirazlar başlayıb .....                     TƏBİB və Səhiyyə Nazirliyi birləşdirilir? .....                     İrəvan Zəngəzurda növbəti məğlubiyyətini yaşadı .....                     Təyyarə qəzası: Əliyev tələbində haqlıdır .....                     Paşinyanın əsl niyyətini ört-basdır edən məqaləsinə CAVAB .....                     Rusiya agenti olduğu deyilən daha bir keçmiş nazir DANIŞDI .....                     "Kremldə çevriliş mümkündürmü?" .....                     Bəhruz Məmmədov niyə “minaya” düşdü? .....                     Üç polkovnikə vəzifə verildi .....                     Röya Ayxanın stilistini 57 bıçaq zərbəsi ilə öldürdü .....                     "Hansısa məmurların qarnı ağrıyır, çünki Elmar Məmmədyarov yenə gündəmdədir" .....                     Ermənistan-Türkiyə sərhədində keçid məntəqəsi yaxın günlərdə açılacaq .....                     Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır .....                     Borcunu ala bilməyənlərin NƏZƏRİNƏ .....                     "Gündə bir adam axtarım?" .....                     Məmur ata-balalar: Siyahıda görün kimlər var .....                     Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi .....                     “Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır” .....                     "Ermənistan sülh çağırışlarına cavab versəydi, .....                     Erməni vandalları İrəvanda azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar .....                     “Daşkəsən Dəmir Filiz” 10 min manatlıq dronu 32 min dollara alır: .....                     Hansı müəllimlər işdən azad OLUNACAQ? .....                     Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır .....                     AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası .....                     Anasını söydü, həbs edildi: .....                     Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm .....                     İran və Rusiya susur, Ermənistan silahlanır: .....                     "Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil .....                     Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik .....                     Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... .....                     “Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib .....                     Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? .....                 

İcra başçılarına kitab satan, sahibkarları, direktorları şantaj edən 4 sayt rəhbərinə hökm oxundu - TƏFƏRRÜAT
Tarix: Dünən, 10:25 | Çap et
İcra başçılarına kitab satan, sahibkarları, direktorları şantaj edən 4 sayt rəhbərinə hökm oxundu
"Aztvnews.az" saytının baş direktoru Seymur Məmmədov, "Qaynar-xett.az" saytının baş direktoru Zaur Əhmədov, "Postbaku.net" xəbər saytının baş direktoru Eldəniz Mejdunov, "Aja.az" saytının baş direktoru Elvin Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Onlara ağır cəza verilib.

Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxslər ayrı-ayrı rayonlarda kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri şantaj edərək onlardan pul almaqda ittiham edilirlər.

Onlar barəsində çoxsaylı şikayətlər DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) daxil olub. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1 (Hədə-qorxu ilə tələb etmə; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) maddələrilə ittiham irəli sürülüb.

İstintaqla müəyyən edilib ki, "Aztvnews.az" saytının baş direktoru Seymur Məmmədov zərərçəkmiş kimi tanınan şəxslərdən pul istəyərkən özünü “AzTV” dövlət televiziyasının əməkdaşı kimi təqdim edib.

S.Məmmədov və digərləri Ağcabədi rayonu, Hacıbədəlli kəndində yerləşən pendir sexinin sahibini şantaj ediblər. Sahibkara qanunsuz fəaliyyət göstərdiyini, sex ərazisində anti-sanitariya olduğunu və ekoloji qaydaların pozulduğunu deyiblər. Buna görə ondan 100 manat alıblar. Bu hal bir neçə dəfə təkrarlanıb. Sahibkar 2020-ci ildən etibarən şantaj edildiyini deyib.

Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən taxta emalı sexinin sahibinə qanunsuz olaraq kəsilmiş meşə ağaclarından istifadə etdiyini deyiblər. 200 manat tələb edib 40 manat ala biliblər. Təqsirləndirilən şəxslər bir neçə dəfə birlikdə və ayrı-ayrı gələrək sahibkardan müxtəlif məbləğlərdə pul alıblar.

İstintaqla müəyyən edilib ki, "Aztvnews.az" saytının baş direktoru Seymur Məmmədov daha əvvəl eyni əmələ görə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, cəzasını çəkdikdən sonra azadlığa çıxıb.

Zərərçəkmiş şəxslərin ifadəsindən məlum olub ki, Seymur Məmmədov ölkə rəhbəri ilə bağlı kitab dərc edib. Həmin kitabı sahibkarlara və icra hakimiyyəti başçılarına 70-100 manata satıb. Almayan şəxslərə isə deyib ki, kitabı almaqdan imtina edən şəxslərin fəaliyyəti nəzarətə götürülməklə, yol verdikləri nöqsanlar aşkar edilərək ictimailəşdiriləcək.

Zərərçəkmişlərdən biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi olub. Rəisdən ərazidə qanunsuz ağac kəsilməsinə şərait yaratdığını deyərək 30 manat alıblar. Bir neçə dəfə bu məqsədlə 10-50 manat arası vəsaiti rəisdən ala biliblər.

İmişli rayonu, Otuzikilər kəndi ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanasının sahibi də təqsirləndirilən şəxslərin qurbanlarından olub. Ondan karxanada qanun pozuntularının olduğunu, Araz çayının məcrasının dəyişdirdiyini deyərək ilk dəfə 200 manat alıblar. Daha sonra isə müxtəlif vaxtlarda 200-500 manat arası məbləğləri də eyni yolla ələ keçiriblər.

İmişli rayonu, Xubyarlı kəndi ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanasının sahibindən də eyni qaydada pul tələb edərək ilk dəfə 50 manat, daha sonra isə müxtəlif məbləğlər alıblar.

Tovuz rayonu, Əyyublu kəndində yerləşən kömür sexinin sahibinə isə deyiblər ki, istehsal nəticəsində əmələ gələn tüstü normadan artıqdır, ekologiyaya ciddi ziyan vurur. Bu barədə məlumat dərc etməmək üçün ondan pul alıblar. Əvvəlcə 200 manat, sonra isə müxtəlif məbləğlər tələb ediblər.

Zərərçəkmişlərdən biri də Ağstafa rayonu, Göycəli kəndində yerləşən taxta emalı sexinin sahibidir. Ona da deyiblər ki, istifadə etdiyi ağacları qanunsuz olaraq meşələrdən kəsərək əldə edir. Buna görə də ondan bir neçə dəfə 100-200 manat arası məbləğdə pul alıblar.

S.Məmədovun Şəmkir rayonu, Kür qəsəbəsi, H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbin direktorundan 300 manat tələb etdiyi də aşkar edilib. Direktora deyib ki, qanun pozuntularına yol verib, məktəbdə olan nəzarətsizlik nəticəsində şagirdlər təhsildən kənar qalıb.

Şəmkir rayonu, Kür qəsəbəsi, İ.Aznaurov adına Kür qəsəbəsi 1 saylı tam orta məktəbin direktorundan da eyni qaydada 300 manat istəyib.

Zaqatala rayonu, Yuxarı Tala kəndində fəaliyyət göstərən beton zavodunun direktorundan isə çap etdirdiyi kitabı almasını tələb edib. Əks halda zavodla bağlı neqativ yazılar yazacağını bildirib. Sahibkardan 70 manat pul alıb.

S.Məmədov həmçinin qaynarxett.az saytının da rəhbəri olduğunu bildiribmiş.

Elan edilmiş ittihamla S.Məmmədov özünü təqsirli bilməyib. Deyib ki, heç kimdən şantajla pul istəməyib. Dərc etdiyi kitabı sahibkarlara, icra hakimiyyəti nümayəndələrinə təqdim edərək almalarını istəyib. O, sahibkarların ona hörmət qarşılığında pul verdiyini bildirib.

S.Məmmədovun zərərçəkmiş kimi tanınan şəxslərin onlardan məcburi şəkildə şikayətçi olduğunu iddia edib.

Təqsirləndirilən şəxslər bildiriblər ki, rayon başçısından və digər şəxslərdən pulu yazdıqları yazılara görə alıblar. Qonorarı da özləri yox, qarşı tərəf müəyyən edirmiş.

Cinayət işi materiallarında diqqət çəkən maraqlı detallardan biri “dua satan şəxslə bağlıdır.

Həmin şəxs Şəmkir rayonunda ona müraciət edən şəxslərə qədimi dua kitablarından dua yazıb satırmış. O, dindirilən zaman deyib: “Bir nəfər zəng edib özünü Seymur Naxçıvanski kimi təqdim etdi. Dedi ki, jurnalistdir. Seymur dua yazıb dələduzluq ilə məşğul olduğumu dedi. Məndən 500 manat istədi. 20 manat verə biləcəyimi dedim. Seymur əsəbiləşib barəmdə tədbir görəcəyini dedi”.

Zərərçəkmiş şəxslərin ifadələrindən də maraqlı detallar üzə çıxıb. Məlum olub ki, pul verməyən sex sahibləri barədə adı çəkilən jurnalistlər tərəfindən reportajlar hazırlandıqdan sonra onlar qanuni şəkildə cərimə ediliblər. Bundan sonra məcburi şəkildə təqsirləndirilən şəxslərə pul verməyə başlayıblar.

Zərərçəkmişlərin ifadələrindən o da məlum olub ki, təqsirləndirilən şəxslər ayrı-ayrı vaxtlarda ya tək, ya da birlikdə gələrək onlardan pul tələb edirmişlər. Zərərçəkənlərin çoxu məhkəmədə şikayətçi olmadıqlarını deyiblər.

Seymur Məmmədov kimi digər təqsirləndirilən şəxslər də özlərini təqsirli bilmədiklərini deyiblər. Söyləyiblər ki, zərərçəkmiş kimi tanınan şəxslər onlara könüllü şəkildə kömək edib və əziyyətlərinin qarşılığında maddi yardım göstəriblər.

Şəki Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxslərin əməllərinin sübuta yetirildiyi qənaətinə gəlib. Hökmə əsasən "Aztvnews.az" saytının baş direktoru Seymur Məmmədov 7 il, "Qaynar-xett.az" saytının baş direktoru Zaur Əhmədov 7 il, "Postbaku.net" xəbər saytının baş direktoru Eldəniz Mejdunov 6 il, "Aja.az" saytının baş direktoru Elvin Qurbanov isə 5 il azadlıqdan məhrum edilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ölümə aparan oyun: Uşaqları necə qoruyaq? - AKTUAL
Bu gün, 02:07
Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırdı
Bu gün, 02:05
Çimnaz Sultanovanın Xalq artisti ilə səmimi görüntüləri - VİDEO
Bu gün, 00:34
Məktəb direktoru ÖZBAŞINA QALIB... - nə qanun bilir, nə də...
Bu gün, 00:30
Bakı-Moskva qarşıdurması: Regionda yeni geosiyasi oyun başlayır? - NƏ ETMƏLİ?
Bu gün, 00:21
"Onlar işlənmiş əski parçası kimi bir kənara atılacaqlar" - deputat
Bu gün, 00:16
“Təəssüf ki, AXC hökuməti ilk gündən “KQB” arxivlərini nəinki açmadı, əksinə, möhürlədi...” - Sabiq təhlükəsizlik zabiti
Bu gün, 00:12
Günahın etirafı: cinayətə qarşı sükut... - AKTUAL
Bu gün, 00:06
Biznesmenlər Paşinyana qarşı: İrəvanda etirazlar başlayıb - NƏ BAŞ VERİR?
Bu gün, 00:03
TƏBİB və Səhiyyə Nazirliyi birləşdirilir? - GÖZLƏNTİ
Bu gün, 00:01
İrəvan Zəngəzurda növbəti məğlubiyyətini yaşadı – “Hraparak”
Dünən, 23:40
Təyyarə qəzası: Əliyev tələbində haqlıdır - Şevçenko
Dünən, 23:38
Paşinyanın əsl niyyətini ört-basdır edən məqaləsinə CAVAB - AKTUAL
Dünən, 22:29
Rusiya agenti olduğu deyilən daha bir keçmiş nazir DANIŞDI - "Mən indi Bakıda deyiləm..."
Dünən, 22:24
"Kremldə çevriliş mümkündürmü?" - NATO-nun keçmiş müşaviri
Dünən, 20:47
Bəhruz Məmmədov niyə “minaya” düşdü? – Yeni detallar
Dünən, 20:41
Üç polkovnikə vəzifə verildi - ƏMR
Dünən, 20:35
Röya Ayxanın stilistini 57 bıçaq zərbəsi ilə öldürdü - QIZ BİLDİ, OĞLAN ÇIXDI
Dünən, 20:33
"Hansısa məmurların qarnı ağrıyır, çünki Elmar Məmmədyarov yenə gündəmdədir" - Rus agenti olduğu deyilən Məmmədyarov HAY-KÜY SALDI
Dünən, 20:29
Ermənistan-Türkiyə sərhədində keçid məntəqəsi yaxın günlərdə açılacaq - KİV
Dünən, 20:26
Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır
Dünən, 19:43
Borcunu ala bilməyənlərin NƏZƏRİNƏ -QANUNİ HƏLL YOLU...
Dünən, 19:40
"Gündə bir adam axtarım?"
Dünən, 19:33
Məmur ata-balalar: Siyahıda görün kimlər var - İLGİNC
Dünən, 19:31
Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
Dünən, 19:26
“Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır” - FAKT BUDUR!
Dünən, 19:10
"Ermənistan sülh çağırışlarına cavab versəydi, Qərbdən silah almaq əvəzinə Zəngəzur dəhlizini açardı"
Dünən, 19:02
Erməni vandalları İrəvanda azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar -ŞƏRH
Dünən, 19:00
“Daşkəsən Dəmir Filiz” 10 min manatlıq dronu 32 min dollara alır: - İcazə verin şübhələnək...
Dünən, 18:58
Hansı müəllimlər işdən azad OLUNACAQ? – “Sertifikasiyadan kəsilənlərə acımaqdansa...”
Dünən, 18:04
Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır - GƏLİŞMƏ
Dünən, 18:00
AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası - Bahəddin Həzi yazır...
Dünən, 17:53
Anasını söydü, həbs edildi: - "İki oğlum məni evimdən çıxarıb"
Dünən, 17:51
Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm - Zeynal Usubov məhkəmədə ifadə verib
Dünən, 17:41
İran və Rusiya susur, Ermənistan silahlanır: - Azərbaycan nə edəcək?
Dünən, 17:30
"Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil - Sabir Rüstəmxanlı
Dünən, 17:25
Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik - Səadət Bənənyarlı
Dünən, 17:24
Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... - KİV
Dünən, 17:22
“Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib - BUNDAN SONRA...
Dünən, 17:20
Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? – Paşinyandan açıqlama
Dünən, 17:18
Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxsləri polis saxladı - FOTO, VİDEO
Dünən, 17:13
Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub - ƏMR
Dünən, 17:11
"Dəfələrlə müdriyyətə demişik, amma..." - NARAZILIQ VAR...
Dünən, 17:09
Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin - AÇIQLAMA
Dünən, 17:01
Moskva Bakı ilə şantaj dili ilə danışmağa başladı - Rusiyanın separatist siyasəti
Dünən, 17:00
Təhsilimizdə evimizi yıxan məqamlar - "Məktəbləri cəhənnəmə çevirmişik"
Dünən, 16:56
“Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır
Dünən, 16:52
Müğənni Dəniz Əsədova barəsində yenidən axtarış elan olunub
Dünən, 16:51
"Köçəryanın etirafından sonra Ermənistanda siyasətçilərin özünü "qəhrəmanlaşdırma" dönəmi başladı"
Dünən, 16:39
Çağırış edildi: Rusiyaya səfərdən çəkinin - Sərhədlər bağlana bilər
Dünən, 16:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru