
Erməni politoloq Styopa Səfəryan Ermənistanda 1999-cu il danışıqları ətrafında gedən polemikalara qoşulub.
Globalinfo.az xəbər verir ki, S.Səfəryan həmin vaxt Ermənistanın prezidenti olmuş Robert Köçəryanın müzakirələrlə bağlı fikir bildirməməsinin birmənalı olmadığını deyib.
O, Köçəryana bir neçə sual ünvanlayıb:
1)ABŞ rəsmiləri və həmsədrlər 1999-cu ildə Meğrinin Laçın dəhlizi ilə dəyişdirilməsi barədə Heydər Əliyevlə müzakirələr aparıblar. Bəs niyə Köçəryan və ətrafı onlara ünvanlanan ittihamları təkzib və ya təsdiq etmirlər?
2)2000-ci illərdə “Haykakan Jamanak” qəzeti həmin versiyanı dərc edəndə niyə bunun doğru və ya yanlış olduğunu rəsmən açıqlamadılar? Əksinə, ya gözdən salmağa, ya yayınmağa üstünlük verdilər. Yoxsa bunun reallıqla heç bir əlaqəsi yoxdur? Yaxud sızma yolu ilə olsa belə, əllərində olan rəsmi versiyanı niyə yaymadılar?
3)Niyə yalnız indi oğlu deyir ki, 1999-cu ildə atam Meğriyə güzəştə getmə bahasına “parlaq diplomatik nəticə əldə etdi”. Sədərək-Meğri variantı və ya Meğridən yolun açılması şəklində (Ki-Uestin 2001-ci il versiyası) “artsax” məsələsi həll olunurdu? Əgər bu, belə parlaq diplomatik nəticə idisə, niyə ötən 24 ildə bununla fəxr etmirdilər, yalnız indi “qürurlu” davranırlar?!
4)Əgər o variantlar “parlaq” idisə, niyə Vazgen Sərkisyan, Karen Dəmirçyan və başqaları öldürüldü (parlament teraktı – red.)?”