Regional Su Meliorasiya Xidmətinin tenderinin qalibinin vergi borcu varmış .....                     Rusiyanın Səfəvilərdən tələb etdiyi hədiyyə və… .....                     RƏŞAD ŞOLANIN səhvi ucbatından xəstə ömürlük ŞİKƏST OLDU .....                     "Mənə bağlılığı olan hər hansı şirkəti aşkar etsələr... .....                     NATO çat verdi .....                     Lukaşenko Belarusun nüvə silahından nə vaxt istifadə edəcəyini açıqlayıb .....                     ABŞ prezidenti ilə özəl şam yeməyi 5 milyon dollara başa gəlir .....                     Ermənistan eyni anda həm Aİİ, həm də Aİ-nin üzvü ola bilməz .....                     Ukraynaya dəstək, Azərbaycana dirsək? .....                     “Onlar yenə də terror fəaliyyətindən əl çəkməyəcəklər” .....                     Araikin Paşinyana məktubu üzə çıxdı: Müharibə ilə bağlı Bakıda dedikləri… .....                     "Qaradağ Sənaye Layihə" ASC-nin 44 min manata yaxın .....                     "Azərpambıq ASK” ASC-nin işçilərinin sayı 458 nəfər azalıb .....                     Əfv ömürlük məhbuslara da şamil olunacaq? .....                     Aİ-nin Ermənistana yardım təklifi bölgədəki sabitliyi pozmağa yönəlib .....                     "Azpulmat" və "Manato" kimi bank olmayan kredit təşkilatlarından pul götürənlərin Nəzərinə .....                     Elm və Təhsil Nazirliyi niyə rüşvəxor direktorların qarşısını ala bilmir? .....                     “Həkimlər dedi ki, 2 il ömrü qalıb” .....                     Pekin Trampın vədinə inanmır .....                     Paşinyanın QARIN AĞRISI... .....                     Pezeşkianın ən zəif bəndi: Zərif niyə istefa verib? .....                     10 ildən artıq evli olanlar daha çox boşanır: .....                     Paşinyanın yeni məkrli planı: Nəyə nail olmaq istəyir? .....                     Ermənistan Azərbaycana qarşı hər zaman ərazi iddiası ilə çıxış edib .....                     Anar Həsənovu Naxçıvanda kim söz sahibinə çevirmişdi? .....                     Agentliyə 320 milyonluq mal-qara satan şirkətin nə saytı, nə də sosial media hesabı var .....                     İran danışıqlardan imtina etdi .....                     Taleh Qaraşovun məhkəməyə çağırılması ilə bağlı təkrar bildiriş göndəriləcək .....                     Gənc şairin ölüm təhlükəsi aradan qalxıb .....                     Azərbaycanda töhmət alan yüksək vəzifəli məmurlar .....                     Mülklərimi 10 milyona satıb, pulu bitkoində itirdim .....                     Elşad Həsənova yeni müavin təyin olundu .....                     İlin əvvəlindən ölkə ərazisində qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb .....                     Ermənistan siyasi elitasının “qorxulu günləri” başladı: .....                     Rusiya ABŞ və İran arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazırdır .....                     Bakıdakı ermənilər Paşinyanı belə satdı .....                     Prezidentin şiddətli töhmət verdiyi məmur kimdir? .....                     Paşinyan Azərbaycanı düz yoldan çətin relyef olan əraziyə yönləndirmək istəyir .....                     Prezident Mülki Məcəlləyə üzərində həbs olan əmlakla bağlı əlavəni təsdiqləyib .....                     Prezident İlham Əliyev Fuad Nağıyevə şiddətli töhmət elan edib .....                 

Ukraynaya dəstək, Azərbaycana dirsək? - AXI NİYƏ?..
Tarix: Bu gün, 03:21 | Çap et
Ukraynaya dəstək, Azərbaycana dirsək?
Donald Tramp administrasiyası Ukrayna böhranına tamamilə fərqli münasibət sərgiləyir: Rusiya və Ukrayna müharibə tərəfləri kimi bərabərləşdirilir, təcavüz, işğal, beynəlxalq hüququn kobud şəkildə pozulması görməzdən gəlinir. Prezident Tramp və vitse-prezident J.D.Vens fevralın 28-də Ağ Evdə Ukrayna liderinə açıq şəkildə bildirdilər ki, zəifsənsə, güzəştə getməlisən, Rusiyanın təklifləri ilə razılaşmağa məcbursan, ABŞ daha kömək etməyəcək.

Zelenski isə özünə və dövlətinə qarşı bu aşağılayıcı davranışa dözmədi və nəticədə münasibətlər geridönməz şəkildə zədələndi. Artıq Tramp Ukraynaya qarşı bütün hərbi, iqtisadi yardımların dayandırılmasını müzakirə edir. ABŞ hökuməti bu qərarı versə, Ukrayna Bayden dövründə ayrılmış milyardlarla dollar dəyərində silah-sursatdan məhrum olacaq. Bu, təcavüzkar Rusiya qarşısında Ukraynanın daha da zəifləməsidir.

Rəsmi Kiyev isə Birləşmiş Ştatların Rusiyanın şərtləri altında kapituliyasiyaya getmək təklifindən imtina edir. Prezident Zelenski bəyan edib ki, Ukrayna ərazi güzəştlərinə getməyəcək, habelə istənilən atəşkəs razılaşması təhlükəsizlik qarantiyasına əsaslanmalıdır.

Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba “The New York Times”-da dərc edilən məqaləsində Vaşinqtonun mövqeyini kəskin tənqid edib. Kulebanın sözlərinə görə, artıq avropalılar başa düşürlər ki, Ukrayna “bir dövlət kimi onu məhv etməyəcək” razılaşma əldə etməyə çalışır. Üstəlik, ABŞ-nin vitse-prezidenti J.D.Vensin Münhen Təhlükəsizlik Konfransında çıxışından sonra Avropa yeni reallıqda yaşayır.

Sabiq nazirin fikrincə, Avropa Ukraynanın mineral ehtiyatları ilə bağlı alternativ saziş təklif etməli, eləcə də Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməli və onlardan silah istehsalı və alışını maliyyələşdirmək üçün istifadə etməlidir: “Avropa İttifaqı, Böyük Britaniya və Norveç Ukraynanın əsas müttəfiqi olan ABŞ-ni tamamilə əvəz edə bilməz, lakin bu praqmatik həllər dərhal Avropanın rolunu artıracaq və Ukraynaya nəfəs almağa imkan verəcək”.

Avropa İttifaqının, Kanadanın, Türkiyənin və NATO rəhbərliyinin yanaşması isə ABŞ-dan kəskin fərqlənir. Martın 2-də Londonda 15 ölkənin liderlərinin iştirakı ilə keçirilən toplantıda Ukraynaya tam dəstək ifadə olunub.

Böyük Britaniyanın Baş naziri Keir Starmerin sözlərinə görə, sammitdə liderlər dörd mühüm addımı razılaşdırıblar. Söhbət ilk növbədə müharibə davam edərkən Ukraynaya hərbi yardımın davam etdirilməsindən və Rusiyaya iqtisadi təzyiqin artırılmasından gedir.

İkinci məqam ondan ibarətdir ki, istənilən davamlı sülh Ukraynanın suverenliyinə və təhlükəsizliyinə təminat verməlidir və Ukraynanın özü istənilən sülh danışıqlarının masasında olmalıdır.

Üçüncüsü, sülh razılaşması olacağı təqdirdə, Avropa liderləri Rusiyanın Ukraynaya qarşı gələcək hər hansı işğalının qarşısını almağa çalışacaqlar.

Dördüncü məqamda isə Ukraynanı müdafiə etmək və bu ölkədə sülhü təmin etmək üçün “istəklilərin koalisiyasının” yaradılmasını nəzərdə tutulur.

Beləliklə, ABŞ Ukraynaya qarşı təcavüzə, işğala, beynəlxalq hüququn pozulmasına əhəmiyyət vermədən Zelenski hökumətindən müharibənin dayandırılmasını tələb edir;

Avropa ölkələri isə tam əksinə, Rusiyanı təcavüzkar hesab edir, Ukraynanın hərbi, iqtisadi cəhətdən dəstəklənməsini, onun sülh danışıqlarında güclü mövqedən çıxış etməsini, habelə müharibədən sonra Ukrayna ərazisinə sülhməramlı kontingentin yerləşdirilməsinin, təhlükəsizlik qarantiyası verilməsinin vacibliyini elan edib.

Avropanın bu mövqeyi Ukrayna, eləcə də bu münaqişədə ədalətin tərəfində olan mütərəqqi qüvvələr tərəfindən dəstəklənir. Amma maraqlıdır, Avropa İttifaqı regionda müdaxilə etdiyi bütün münaqişələrdə ədalətin, beynəlxalq hüququn tərəfində dayanıbmı? Məsələn, 25 ildən artıq davam etmiş Azərbaycan-Ermənistan münaqişəsində aparıcı Avropa ölkələrinin yanaşması necə olub? Sülh hələ ki yoxdur, onun şərtləri ilə bağlı Brüsselin mövqeyi nədən ibarətdir?

Politoloq Fərhad Məmmədov bildirir ki, Ukrayna təcavüzkarla təcavüz qurbanının eyniləşdirilməsinin əleyhinədir. “Avropa İttifaqı (Aİ) ölkələri və Böyük Britaniya Ukraynanı dəstəkləyir. Doğrudan da, Rusiya ilə Ukraynanı necə eyni tərəziyə qoymaq olar”, - o sual edir.

Politoloq hesab edir ki, Ukrayna indi 25 il işğalçı Ermənistanın təcavüzünün qurbanı olmuş Azərbaycanın durumundadır: “Ancaq bizə həmişə deyirdilər ki, münaqişə tərəfləri var və danışıqlar aparılmalıdır. Axı danışıqlar müharibədən yaxşıdır... 44 günlük müharibədən sonra da həmin Avropa ölkələri Ermənistan silahlı qüvvələrinin qalıqlarının Qarabağda qalması üçün əlindən gələni etdilər və Azərbaycanın ərazi bütövlüyünü nəzərə almadan “Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi” mövzusunda çaxnaşmaya başladılar. Bütün bunlar isə zamanında əşyaların öz adı ilə çağırılmamasının nəticəsidir. Ermənistan Azərbaycan ərazisini işğal etsə də, yalnız münaqişə tərəfi sayılırdı.

İndinin özündə də Aİ-nin Ermənistan-Azərbaycan münasibətlərinə yanaşması ABŞ-nin Tramp dövründə Rusiyaya qarşı mövcud mövqeyindən kənara çıxmır. Ermənistanı işğalçı ölkə adlandırıb işğalçıya qarşı tədbir görsəydi, o zaman müharibənin qarşısını almaq olardı. Ermənistanın tək qaldığı ATƏT-in Lissabon sammiti bunun üçün bütün lazımi əsasları yaratdı...”

Politoloq vurğulayır ki, bu gün Aİ Cənubi Qafqaz regionunda Ermənistanı dəstəkləməklə məşğuldur: o, casus missiyasını genişləndirib, Avropa Sülh Fondu vasitəsilə Ermənistana hərbi dəstək verir və çoxsaylı yardım layihələri həyata keçirir:

“Aİ Ermənistanın Azərbaycana qarşı təcavüzünü ümumiyyətlə xatırlamır, rəsmi Bakının Ermənistanla danışıqlarda ədalətli mövqeyinə biganə yanaşır və müharibənin humanitar komponentinə seçici yanaşaraq, diqqətini yalnız Qarabağdan olan ermənilərə kömək etməyə yönəldir.

Danışıqlar prosesinin kənarında qalan Aİ etimadın möhkəmləndirilməsi tədbirləri - qoşunların sərhəddən çıxarılması, silahlara nəzarət və ya qaynar xətlər üzrə təkliflər hazırlamağa çalışır. Bəli, münaqişədən sonrakı dövrdə belə addımlar həyata keçirilir. Lakin etimad quruculuğu tədbirləri yalnız münaqişənin mahiyyəti - Ermənistanın Azərbaycana qarşı ərazi iddiası aradan qaldırıldıqda səmərəli ola bilər. Bu iddialar aradan qaldırıldıqdan sonra, erməni mərkəzli Qranada Bəyanatı və müharibədən sonrakı dövrdə Ermənistana birtərəfli dəstək verməsi ilə özünü nüfuzdan salan Aİ-nin məsləhəti və iştirakı olmadan etimad quruculuğu tədbirləri özbaşına həyata keçirilir”.

Ekspert hesab edir ki, bundan əlavə, Aİ münaqişədən sonra Azərbaycanın Ermənistanın işğalından azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirak etmək imkanını nəzərdən keçirməlidir ki, Avropanın rəyi Bakıda dinlənsin: “Təcavüzkarla təcavüzün qurbanı arasında bərabər işarə qoya bilməzsiniz – Avropada Rusiya və Ukrayna mövzusu haqqında belə deyirlər. Aİ-nin Azərbaycan və Ermənistanla bağlı mövqeyi məhz belə oldu... müharibədən sonra Aİ daha da irəli gedərək, təcavüzkar ölkəyə təcavüz qurbanına nisbətən onlarla dəfə çox dəstək verdi”.

F.Məmmədov vurğulayır ki, sülh müqaviləsi olmadığı halda, etimadın möhkəmləndirilməsi tədbirlərini birtərəfli qaydada həyata keçirən işğalçı ölkə Ermənistandır. “Azərbaycan artıq öz addımlarını atıb: təcavüzkarı müstəqil şəkildə qovub, sərhədi müəyyənləşdirib, siyasi və diplomatik mexanizmlər vasitəsilə ədalətli danışıqlar mövqeyini irəli sürür”, - ekspert vurğulayıb.

Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Regional Su Meliorasiya Xidmətinin tenderinin qalibinin vergi borcu varmış - 180 min manata yaxın
Bu gün, 07:11
Rusiyanın Səfəvilərdən tələb etdiyi hədiyyə və… xəyanəti!
Bu gün, 07:04
RƏŞAD ŞOLANIN səhvi ucbatından xəstə ömürlük ŞİKƏST OLDU - VİDEO
Bu gün, 07:02
"Mənə bağlılığı olan hər hansı şirkəti aşkar etsələr... - həmin şirkəti tapan adama bağışlayacağam"
Bu gün, 06:59
NATO çat verdi - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:56
Lukaşenko Belarusun nüvə silahından nə vaxt istifadə edəcəyini açıqlayıb
Bu gün, 06:50
ABŞ prezidenti ilə özəl şam yeməyi 5 milyon dollara başa gəlir - “Wired” portalı
Bu gün, 03:36
Ermənistan eyni anda həm Aİİ, həm də Aİ-nin üzvü ola bilməz - Rusiya səfiri
Bu gün, 03:24
Ukraynaya dəstək, Azərbaycana dirsək? - AXI NİYƏ?..
Bu gün, 03:21
“Onlar yenə də terror fəaliyyətindən əl çəkməyəcəklər” - Sərdar Cəlaloğlu
Bu gün, 03:18
Araikin Paşinyana məktubu üzə çıxdı: Müharibə ilə bağlı Bakıda dedikləri… - FOTO
Bu gün, 03:09
"Qaradağ Sənaye Layihə" ASC-nin 44 min manata yaxın - VERGİ BORCU VAR
Bu gün, 00:05
"Azərpambıq ASK” ASC-nin işçilərinin sayı 458 nəfər azalıb
Bu gün, 00:02
Əfv ömürlük məhbuslara da şamil olunacaq? - AKTUAL
Dünən, 19:10
Aİ-nin Ermənistana yardım təklifi bölgədəki sabitliyi pozmağa yönəlib - BU FAKTDIR...
Dünən, 19:00
"Azpulmat" və "Manato" kimi bank olmayan kredit təşkilatlarından pul götürənlərin Nəzərinə - Çıxış yolları və …
Dünən, 18:58
Elm və Təhsil Nazirliyi niyə rüşvəxor direktorların qarşısını ala bilmir? - AÇIQLAMA
Dünən, 18:04
“Həkimlər dedi ki, 2 il ömrü qalıb” - Namiq Qaraçuxurlu
Dünən, 18:02
Pekin Trampın vədinə inanmır - Görünəni odur ki...
Dünən, 17:59
Paşinyanın QARIN AĞRISI... - NƏDİR?
Dünən, 17:58
Pezeşkianın ən zəif bəndi: Zərif niyə istefa verib? - “Kommersant”
Dünən, 17:55
10 ildən artıq evli olanlar daha çox boşanır: - "Dözüb oturmaq erası bitdi..."
Dünən, 17:49
Paşinyanın yeni məkrli planı: Nəyə nail olmaq istəyir? - İNCƏLƏMƏ
Dünən, 17:47
Ermənistan Azərbaycana qarşı hər zaman ərazi iddiası ilə çıxış edib - Simonyan yalan danışır
Dünən, 17:41
Anar Həsənovu Naxçıvanda kim söz sahibinə çevirmişdi? - VİDEO
Dünən, 17:30
Agentliyə 320 milyonluq mal-qara satan şirkətin nə saytı, nə də sosial media hesabı var - TƏFƏRRÜAT
Dünən, 17:27
İran danışıqlardan imtina etdi – “Rüsvay olmaq istəmirik”
Dünən, 17:23
Taleh Qaraşovun məhkəməyə çağırılması ilə bağlı təkrar bildiriş göndəriləcək - DETALLAR
Dünən, 17:22
Gənc şairin ölüm təhlükəsi aradan qalxıb - ŞÜKÜR...
Dünən, 17:15
Azərbaycanda töhmət alan yüksək vəzifəli məmurlar - SİYAHI
Dünən, 17:13
Mülklərimi 10 milyona satıb, pulu bitkoində itirdim - Emin
Dünən, 17:09
Elşad Həsənova yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:06
İlin əvvəlindən ölkə ərazisində qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb - VİDEO
Dünən, 17:05
Ermənistan siyasi elitasının “qorxulu günləri” başladı: - Araik dəhşətli hərbi cinayətləri ifşa edir
Dünən, 17:02
Rusiya ABŞ və İran arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazırdır - Peskov
Dünən, 16:59
Bakıdakı ermənilər Paşinyanı belə satdı – Azərbaycanın xəbəri olsaydı…
Dünən, 16:16
Prezidentin şiddətli töhmət verdiyi məmur kimdir? - DOSYE
Dünən, 16:14
Paşinyan Azərbaycanı düz yoldan çətin relyef olan əraziyə yönləndirmək istəyir - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:13
Prezident Mülki Məcəlləyə üzərində həbs olan əmlakla bağlı əlavəni təsdiqləyib
Dünən, 16:09
Prezident İlham Əliyev Fuad Nağıyevə şiddətli töhmət elan edib - SƏRƏNCAM
Dünən, 16:04
Başçının qəbuluna düşmək olmur... - "Bunun 100 günü də bitib..."
Dünən, 16:01
Böyük biabırçılıq və ya siyasi dəllalın şousu - NƏ BAŞ VERİR?
Dünən, 15:56
Naxçıvan icra başçısına I müavin təyin edilib - SƏRƏNCAM
Dünən, 15:54
Qadın həmcinsini evinə gətirdi, kişilərlə görüşdürdü: “Mənə qadağa qoymuşdu” - TƏFƏRRÜAT
Dünən, 15:52
14 yaşlı qız “Askar” hoteldə münasibətdə olduğu şəxs tərəfindən şantaj edilib - AÇIQLAMA, TƏFƏRRÜAT
Dünən, 15:32
“Azərkosmos”a müvəqqəti rəhbərlik Dunay Bədirxanova həvalə edilib - BUNDAN SONRA...
Dünən, 15:25
Avropanın ən böyük təhsil proqramı Azərbaycanda fəaliyyətini dayandırıb - İLGİNC...
Dünən, 15:24
Fərid Əhmədov Fikrət Məmmədovun qərarını ləğv etdi - DETALLAR
Dünən, 15:17
İran həbsxanasından qurtulan tələbəmiz Almaniyaya GETDİ
Dünən, 15:16
“Təkcə mən yox, digər sənətçilər də Mehriban Ələkbərzadədən narazıdır, sadəcə özlərini arxa planda saxlayırlar” - QALMAQAL
Dünən, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru