![Dövlət Su Ehtiyatları Agentliyi hara baxır? Dövlət Su Ehtiyatları Agentliyi hara baxır?](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1739479122_1739244681_1738994989_0001.jpg)
“Beyləqan rayonunda içməli və suvarma suyu tapılmır. Şor su ilə suvarılan torpaqlar kefiyyətini itirib, məhsuldarlıq demək olar, yoxdur. Bir hektar taxıl sahəsindən kəndli ən yaxşı halda 4-5 sentner taxıl ala bilir. Bu, heç çəkilən xərci ödəmir. Məhz buna görə insanlar torpaq sahələrini əkmir”.
Bu barədə TNS-ə rayon sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, bu gedişlə quzu ətinin kiloqramı 50 manata belə yüksələ bilər: “Çünki artıq kəndlilər su olmadığından heyvan saxlamaq istəmir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi hara baxır? Aşıqlı kəndində vəziyyət dözülməzdir”.
TNS sakinlərin şikayəti ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlayıb.
Xidmətin İctimaiyyətlə əlaqələr, vətəndaş müraciətlərinin qəbulu şöbəsinin müdiri Ceyhun Musaoğlu bildirib ki, 5 ay əvvəl Beyləqan rayonun mərkəzi qrafiklə saat 13.00-ə qədər su alırdı.
“Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayonda əhalinin içməli suya olan təlabatını ödəmək və əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırandan sonra 24 saat fasiləsiz su ilə təmin olunur.
Aşıqlı kəndi isə Qarabağ kanalının yuxarı hissəsində yerləşir. Relyefə görə öz axımlı su ilə təmin oluna bilmir. Kənd Xan qızı kanalından suvarma suyu ilə təmin olunur”.