"Şikayətim "Baku Electronics"dəndir. 2 ay əvvəl satıcılarının təkidi ilə Vip zəmanətli 6 il ərzində istənilən nasazlığı aradan sorğusuz sualsız qaldıracaqlarının vədini verdikləri soyuducunu almışam 2300 manata. Cəmi 2 ay sonra soyuducunun dırınqıltısı evi bürüyüb..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Rauf Osmanov adlı istifadəçi giley edir. Narazı vətəndaş daha sonra bildirir: "Hər qapısını açıb bağlayanda səs eləyir... hər xoda düşəndə səs eləyir. İlk bir ayda belə səslər gəlmirdi. Zəng etmişəm servislərinə deyir ki, ödəniş 25 manat olacaq ustaya gəlib baxmağa. Deyirəm bəs satanda belə demirdiz axı( müqavilədə də istehsal qüsurlarının ödənişsiz aradan qaldırılması yazılıb), deyir onu deyən satış şöbəsidir biz servisik. Deməli, mən 2300 manat verib soyuducu alıram, cəmi 2 ay sonra nasazlığı çıxır ortaya ona gəlib baxmağları üçün 25 manat da pul istəyirlər. Deyirəm ki, videosunu atım emailivizə baxın mənə də email üzərindən cavab verin onun üçün də baku service company-ə yönləndirdilər ki, ora yazın email üzərindən. Hələ bir xəbər yoxdur. Bu mağazanın soyuducularında belə bir problemlə qarşılaşan olub?"