Oqtay Şirəliyevin "pulsuz dərman" alveri... - FAKT
Tarix: 26-09-2018, 09:24 | Çap et
Azərbaycanda ildən-ilə sayı artan diabet xəstələrinin dövlət qeydiyyatına alınmasından sonra lazımi dərman preparatları, şəkər ölçən aparat, insulin iynələri və striplərlə təminatı Səhiyyə Nazirliyinin dövlət proqramı çərçivəsində pulsuz həyata keçirilir.
Hər ay şəkər xəstələri qeyddiyat üzrə yaşayış ərazisindəki poliklinikaya gedərək, endokrinoloq tərəfindən müayinə olunur, dərmanlar yazılır və böyük əziyyətlə növbələrdən keçərək su-hava kimi vacib olan dərmanını bəziləri ala bilsədə əksəriyyəti ala bilmir.
Qeyd edək ki, diabetli xəstə kimi dövlət qeydiyyatına durmayan xəstələrə pulsuz dərman verilmir. Nəzərə alsaq ki, əhalinin imkanlı təbəqəsi özəl klinika və həkimlərdən müayinədən keçərək, dərmanları apteklərdən özləri alır, o zaman dövlətin pulsuz dərman payına möhtac təbəqə imkansız və təqaüddə olan yaşlı insanlardır. Teref.az xalq.az-a istinadən xəbər verir ki, artıq bir neçə aydır pulsuz diabet dərmanları və insulinin verilməsində və şəkər ölçən aparatının verilməsində ciddi problemlər yaşanır. Redaksiyamıza daxil olan şikayət, sosial şəbəkələrdə getdikcə artan rəylər, statuslar, həmçinin saytın əməkdaşının ailə üzvlərinin də analoji problemlə üzləşməsi onu deməyə əsas verdi ki, Azərbaycanda diabet xəstələrinin dövlət proqramı çərçivəsində pulsuz dərmanlarla və şəkər ölçən cihazın təminatında ciddi problemlər var.
Polikninikalara dərmanlar zamanında, ərazi üzrə qeydiyyatda olan diabet xəstələrinin sayına uyğun çatdırılmır. Həkimlər xəstə sayına görə dərman gəlmədiyini bildirir. Dərman dozalarında azalma var: 2 qutu insulin alan xəstəyə 1 qutu, 2 qutu preparat alana biri verilir. Elə xəstələr var dərman ümumiyyətlə çatmır. Şəkər ölçən cihaz üçün isə heç bir müraciətə baxılmır.
Diabet xəstələri hər gün qanda şəkəri aparatla ölçür. Bu onlar üçün həyati vacibdir. Bu aparat üçün lazım olan testlər – striplər əvvəllər az da olsa verilirdi. İndi xəstə aptekdən test qutusunu baha qiymətə alır. Xatırladaq ki, nazirlik tərəfindən xəstələrə paylanan aparatlara yalnız bu testlər uyğundur. Bir müddət əvvəl bu striplər apteklərdən yoxa çıxır, sonradan gətirildikdə isə qiymət bahalaşır.
Pasiyent şikayəti: Dəfələrlə qeydiyyatda olduğum polikninikaya müraciət etmişəm ancaq cavabları növbə var zamanınız çatanda veriləcək. Diğər şikayətçi bildirir ki, ağır xəstəyəm insulin çörək əvəzi olub mənim üçün,lakin müraciət edən bildirirlər ki, az gəlib verə bilmirik gedin aptekdən alın. İnsulinin biri aptekdə 25 manatdır. Bu insulin necə olur aptekə gedib çıxır? Camaatın haqqı olan dərmanı verməyib, apteklərdə satdırırlar.
Adının çəkilməsini istəməyən, poliklinikada dərman verilməsi üzrə çalışan tibbi işçisi bildirdi ki, aprel ayından etibarən elə Səhiyyə Nazirliyindən göstəriş gəlib ki, dərmanları azaldın, çünki bu dərmanları almağa pul yoxdur. Ona görə də həkimin dərmanı qəsdən verməməsi, oğurlaması, satması doğru deyil. Əksinə camaatla üz-üzə qalıb, təhqir olunan da həkimdir.
Digər pasiyent rəyi: Anamın aldığı 2 qutu dərman azaldıldı, 1 qutu oldu. Dedilər ki, bundan sonra yarısını dövlət verəcək, yarısını xəstə özü almalıdır. Axı bu xəstənin dərdi təkcə insulinlə bitmir. Bunun təzyiq dərmanı var, qan duruldanı var, digər preparatları var. Əvvəllər 3 flakon idi, sonra oldu 2, indi deyir 1 verirəm, nə istəyirsən et. 30-40 faiz doza azaldıblar. Sabah da deyəcək, heç bu adama insulin lazım deyil.
Qeyd edək ki, poliklinikalarda şəkər xəstələrinə dərman verilməsi prosesi zamanı xəstələrlə həkimlər arasında narazılıq, qarşılıqlı həqarət, mübahisə, hətta təhqirlər belə adi hala çevrilib. Səhər 7-dən günortaya kimi növbəyə duran xəstə, yaşlı, ac susuz adamlara sonda “dərman bitdi” deyilməsi absurd bir haldır. Nə baş verib ki, diabet xəstələrinin dərmanlarında kəskin azalma, çatışmazlıq yaranıb. Məsələ ilə bağlı poliklinika rəsmiləri, həkimlər açıqlama verməkdən imtina etdilər. Onlar Səhiyyə Nazirliyinə tabe olduqlarını bildirdilər. Səhiyyə Nazirliyi Mətbuat xidməti ilə əlaqə yarada bilməsək də, Nazirliyin qaynar xəttində 1 nömrəli operator şikayətimizi dinləyib bildirdi ki, şəkər xəstələri ilə bağlı şəkər ölçən cihaz ölkədə istehsal olunmur və xarici ölkədən gətirilir, bu da baha qiymətə olduğu üçün hissə-hissə alınır və xəstələrə növbə ilə verilir. Polikninikalarda qeydiyyatda olan xəstələrin siyahısı var növbə ilə veriləcək, lakin nə zaman məlum deyil. Şikayətçi ağır xəstə olduğunu bildirərək şəkərin ölçülməsin vacib olduğunu, lakin aparat olmadığı üçün dəfələrlə səhhətində problemlər yarandığını deyib. O bildirib ki, təcili tibb yardım çağrılıb və cihazın olmamasından şəkərinin dərəcəsini müyyənləşdirə bilmədiyi üçün halı pisləşib və apteklərdə ödəniş edib yoxlatdırmaq məcburiyyətində qalıb. Bu hadisə təkrarlansa nə etməli sualına isə operator bildirib ki, poliklinikada növbənizə baxın görün siyahıda növbəniz nə zaman çatacaqsa, o zaman sizə cihaz veriləcək. Teref.az olaraqqaldırılan bu problemlə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamaq istəsəkdə telefon zənglərimizə cavab vermədilər. Daha doğrusu zənglərimizə "otboy" verdilər.Bütün bunlara baxmayaraq yenədə əlaqədar qurumların mövqeyini dinləməyə hazırıq! Teref.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|