Bu adam Gəncəni rəsmən qarət edib... - İTTİHAM
Tarix: 11-10-2018, 09:06 | Çap et
Gəncə şəhərini uzun illər ərzində talan etmiş, xeyli vətəndaşa saxta sənəd vermiş, onlarla adamın torpaq satmaq adı ilə pulunu alıb mənimsəmiş Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Məharət Mustafayevə cinayət işi açılması barədə ötən sayımızda məlumat vermişdik.
Qeyd edək ki, daha əvvəllər (2011-2014-cü illər) Gəncə şəhər Nizami rayonunun icra başçısı olmuş Məharət Mustafayev həmin vaxtlardan yerli əhaliyə, habelə onlarla sahibkara qan uddurub. O, nəhayət, Göygöl rayonunun bələdiyyə sədrini döydükdən sonra vəzifəsindən azad edilmişdi.
Bir müddət sonra - daha dəqiqi, 2016-cı ildə isə M.Mustafayev Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi vəzifəsinə təyin edilib. Bu vəzifədə olduğu müddət ərzində Gəncə şəhərində mülkiyyət, torpaq satışı məsələləri yalnız Məharət Mustafayevin “monopoliyasında” olub.
M.Mustafayevin qanunsuz əməlləri barədə “Yeni Müsavat”ın ötən saylarında yazılar dərc etmişik. Onun çoxlu sayda şəhər sakininə saxta sənədlə torpaq satdığı, faktiki olaraq dələduzluq, sənəd saxtalaşdırma, vəzifə səlahiyyətlərindən su-istifadə kimi cinayət xarakterli əməlləri törətdiyi, habelə onlarla sahibkarın pulunu inzibati qaydada mənimsəməsi haqda məlumat vermişdik. Məsələn, M.Mustafayev Gəncədə bir sıra parkları, binaları dövlət layihəsi üzrə abadlaşdıran iş adamına - “Kolani MMC”nin rəhbərinə 1 milyon 538 min manat pul “atıb”. Dövlət büdcəsindən abadlıq işi üçün ayrılan pullar işləri görən şirkətə ödənməyib, M.Mustafayev tərəfindən mənimsənilib. Şirkətə bu qədər borcu olduğunu icra hakimiyyətinin möhürü ilə də təsdiqləyib, amma bu günədək ödəməyib...
Son məlumatda isə bildirilir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov tərəfindən işdən azad olunmuş Məharət Mustafayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlardan müxtəlif məbləğlərdə pul toplaması və digər əməlləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edilib. Müraciətlərə görə idarəyə çağırılan sabiq memara cinayət işi açılıb, ondan başqa yerə getməmə haqda iltizam alınaraq müvəqqəti azadlığa buraxılıb.
Məlum olub ki, cinayət işi Tutu Əhmədova, Eynulla Kərimov, Asim Kazımov və digərlərinin şikayəti əsasında açılıb və cinayət işi üzrə müəyyən istintaq hərəkətləri də aparılıb, M.Mustafayev bir neçə dəfə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb. Şikayətçilər iddialarında qeyd ediblər ki, M.Mustafayev onlara torpaq sahəsi ayıracağı adı altında müxtəlif məbləğlərdə pul alıb, lakin nə vəd olunmuş torpaq verilib, nə də pul geri qaytarılıb. Şikayətçilərdən T.Əhmədova Rusiya vətəndaşıdır və Baş Prokurorluğa yazdığı şikayətdə M.Mustafayevin ondan 100 min dollar aldığını bildirib.
Nəzərə çatdıraq ki, Gəncədə sabiq başçı Elmar Vəliyevin “sağ əli” kimi tanınan Məharət Mustafayevi yeni başçı Niyazi Bayramov işdən azad etməklə yanaşı, Memarlıq və Şəhərsalma İdarəsinin rəisinin fəaliyyətinin araşdırılması üçün komissiya yaradılması barədə də qərar vermişdi.
Musavat.com-a daxil olan məlumata görə, komissiyanın araşdırmaları zamanı Məharət Mustafayevin ağlasığmaz qanunsuzluqlar etdiyi bəlli olub.
Məlum olub ki, Gəncənin keçmiş rəhbərliyi şəhərdə müxtəlif obyektlər inşa edib, həmin mülkləri ayrı-ayrı şəxslərin adına rəsmiləşdiriblər. Məqsəd isə bankları xortumlamaq olub! Bütün bu prosesi isə Məharət Mustafayev koordinasiya və icra edib, tapşırıqları, göstərişləri bilavasitə o verirmiş. Musavat.com-u bu haqda məlumatlandıran mənbə bir konkret faktı sadalayıb: “Gəncənin mərkəzində, Cavadxan küçəsində yeni bir hotel tikilib. Bu hotel inşa olunmağa başlayarkən Məharət Mustafayevin təkidi və tələbi ilə Gəncədə tanınmış sahibkar, ”Universam"ın keçmiş müdiri İsmayıl Hüseynovun adına banklardan 15 milyon manat kredit rəsmiləşdirilib. Daha dəqiqi, tikinti başlayanda İsmayıl Hüseynov banklardan 15 milyon manat kredit götürüb, bu inşa işlərinə yönəltməyə məcbur edilib. Ona deyilib ki, əgər bütün biznesini itirmək, özü də həbs olunmaq istəmirsə, bu deyilənlərdən imtina etməməlidir. Həmçinin Məharət Mustafayev Hüseynovu arxayın edib ki, hotel sabiq başçının yaxın adamlarından biri üçün tikilir, ona görə narahat olmasın, sadəcə, səs-küyə səbəb olmasın deyə kredit onun adına rəsmiləşməlidir. Kreditlər onun adına alınsın ki, şübhə doğurmasın. İş adamına deyilib ki, bankdan götürülən pulla hotel tikiləcək, sonra ödənişlər vaxtında ediləcək, ona heç bir problem də yaranmayacaq. Amma 2018-ci ilin hələ ilk aylarında İsmayıl Hüseynova bankdan zəng edib deyiblər ki, niyə ödənişləri etmir. Həmin vaxtdan başlayaraq, Məharət Mustafayev və icra hakimiyyətindəki digər vəzifəli şəxslər İsmayıl Hüseynova ödənişlərin texniki səbəbdən gecikdiyini deyərək, onu arxayın salmağa çalışıblar. İyul ayında baş verən məlum olaylardan və Gəncənin rəhbərliyi dəyişəndən sonra isə bank ödənişləri İsmayıl Hüseynovun üzərinə yönəldib. Ona bildirilib ki, aylardır ödəniş olmur və sənədlər də onun adınadır, başqa kimsə məsuliyyət daşıyırsa hüquq-mühafizə orqanlarına, məhkəməyə müraciət edə bilər, amma ödənişləri etməlidir. İsmayıl Hüseynov tanınmış futbolçu Yunis Hüseynovun böyük qardaşıdır".
Qaynaq deyib ki, Gəncədə bankların xortumlanması yolu ilə inşa olunan obyekt təkcə qeyd edilən hotel deyil: “Gəncədə ”Qrand bazar" da İsmayıl Hüseynovun adına bankdan götürülən pulla tikilib. Köhnə rəhbərlik Gəncədə bütün bazarları bağlayıb, ticarətçiləri zorla bu bazara yönəltmişdi. Yeni başçı Gəncədə camaatla görüşəndə, əksəriyyət bazar problemindən gileylənib. Başçının tapşırığı ilə artıq ikinci aydır Gəncədəki bazarlar nəhayət ki, açılıb".
Mənbə bildirir ki, bu cür oyunlar Gəncədə bir neçə tanınmış iş adamının başına gətirilib: “Onları aldadıblar ki, adına kredit götürürük, sən narahat olma, ödəniləcək. İndi nə Məharət Mustafayevi tapa bilirlər, nə də bankı başa sala bilirlər. Faktiki olaraq banklar da pis duruma düşüb. Hər halda, dövlətin müvafiq qurumları bu məsələyə əncam çəkməlidir. Şəhərə məsul edilmiş şəxslər faktiki olaraq onlarla adamı ağlar vəziyyətdə qoyublar. İnsanlara vurulan bu ziyan necə ödəniləcək?”
Qaynaq deyib ki, Gəncədə onlarla vətəndaş, kiçik iş adamları Məharət Mustafayevə torpaq almaq üçün pul ödəyiblər: “Məharət Mustafayev aylarla onları süründürüb, indi də bəlli durum yaranıb. Bildiyim bir faktı deyim, hazırda konkret olaraq irili-xırdalı 78 mülkə dair şikayətçinin müraciəti Gəncə Şəhər İcra Hakimiyyətində müvafiq şöbələrə təqdim edilib. Hansı ki, həmin 78 mülkün, torpaq sahəsinin hər birinə görə Məharət Mustafayev şəxslərdən 5 min, 10 min, 20 min və daha yuxarı məbləğlər alıb, ancaq heç bir sənəd verməyib. Faktiki olaraq onların pulunu mənimsəyib. İnsanlar indi qalıblar ortada və hər biri də şikayətçidir. Bundan başqa, Məharət Mustafayev xeyli adama bir mülkü təkrar satıb. Məsələn, öyrənirmiş ki, hansısa torpaq sahəsinin sahibi Rusiyadadır, onun mülkünü saxta sənədlə başqasına satırmış”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|