Naziləni Misirdə aldatdılar .....                     ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? .....                     "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." .....                     “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” .....                     Paytaxtın parklanma dərdi nə zaman bitəcək? .....                     Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür .....                     “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” .....                     Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? .....                     Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                 

AZƏRBAYCAN DƏRSLİKLƏRİNDƏ “ERMƏNİ İZİ” - Təsadüf, səhlənkarlıq, ya arvadı erməni olanların növbəti təxribatı?
Tarix: 16-02-2019, 12:33 | Çap et
AZƏRBAYCAN DƏRSLİKLƏRİNDƏ “ERMƏNİ İZİ”
Azərbaycan dərsliklərindəki nöqsanlar haqda mətbuatda dəfələrlə yazılıb. Amma çox təəssüf ki, dərsliklərin səviyyəsinə görə birbaşa məsuliyyət daşıyan Təhsil Nazirliyi bu tənqidlərdən heç bir nəticə çıxarmayıb. Nöqsanlar azalmaq əvəzinə, daha da çoxalıb, özü də rüsvayçı bir vəziyyət alıb. Bu günlərdə bütün medianı silkələyən mənzərə bunu bir daha təsdiq etdi.

Artıq neçə gündür ki, sosial şəbəkələrdə paylaşılan bir fotoşəkil müzakirə obyektinə çevrilib. Adıçəkilən fotoşəkildə «Azərbaycan Tarixi» dərsliyinin üz qabığı əks olunub.

Bu tarix dərsliyinin üz qabığındakı rənglər Ermənistan bayrağı ilə eyniyyət təşkil edir. Paylaşılan fotoşəkilə yazıla rəylərdə bildirilir ki, Ermənistan bayrağının rənglərinin «Azərbaycan Tarixi» dərsliyinin üzərinə vurulması təsadüf deyil.

Azərbaycan dərslikləri ilə bağlı daha bir acınacaqlı məqam da günün mövzusuna çevrilib. Belə ki, 5-ci siniflər üçün hazırlanmış Azərbaycan tarixi dərsliyinin üz qabığında və içərisində siqar çəkən Dədə Qorqudun rəsmi yer alıb.

Ölkəmizdə tütün məmulatlarının reklamı qadağan olunduğu halda, orta məktəb dərsliyində belə bir rəsmin verilməsi təəssüf doğurur. Bu, siqaretin, tütün məhsullarının şüuraltı təbliğatının aparılmasıdır. Halbuki məktəblilər arasında bunun əks-təbliğatı aparılmalıdır.

Sözügedən rəsmdə Dədə Qorqudun iki barmağının arasında siqar tutması və kiçik qızartı açıq-aşkar görünür. Bir də ki, bəyəm, Dədə Qorqudun zamanında siqar istehsal olunurdu? Bu rəsm 5-ci sinifdə oxuyan azyaşlı məktəblilərdə tarixi gerçəkliklə bağlı çaşqınlıq yaradır, üstəlik el ağsaqqalı, ulu Dədəmiz Qorqudun yaşına, el arasındakı nüfuzuna uymayan oturuş tərzi də təəssüf doğurur.

Maraqlıdır ki, sözügedən xoşagəlməz məqamlar nədən Təhsil Nazirliyinin diqqətindən kənar qalıb? Təhsil Nazirliyi susur, yoxsa susdurulur? Buna nə ad vermək olar: təsadüf, səhlənkarlıq, ya arvadı erməni olan məmurların növbəti təxribatı?

Sözügedən məsələ ilə bağlı təhsil eksperti Nadir İsrafilovla söhbətimizi oxucularımıza təqdim edirik:

- Nadir müəllim, yəqin mətbuatı izləyirsiniz və son günlərin ən çox müzakirə olunan mövzularından birinə çevrilən dərsliklərlə bağlı problemdən xəbəriniz var. Bu məsələyə münasibətinizi öyrənmək istərdik.

- Son vaxtlar dərdsliklərlə bağlı o qədər məsələ gündəmə gəlir ki, oxuyub çatdıra da bilmirsən. Əvvəllər dərsliklərdəki nöqsanlardan təhsil sahəsinin mütəxəssisləri, ekspertlər danışırdı, indi isə valideynlər, hətta şagirdlər də bu nöqsanlar haqda sosial şəbəkələrdə yazır, Youtube kanalında dərsliklərdəki biabırçılıqları ifşa edən video görüntülər paylaşır.

Biz bir qayda olaraq dərsliklərlə bağlı bütün nöqsanlarda Təhsil Nazirliyini günahlandırırıq. Çünki təhsil sahəsində dövlətin əsas aparıcı qüvvəsi Təhsil Nazirliyidir. Amma mən bu cür yanaşmanı yanlış hesab edirəm.

Sovetlər dönəmində bütün dərsliklər Moskvada çap olunurdu və müttəfiq respublikalarda tərcümə olunub, məktəblərə paylanırdı. Amma Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi və coğrafiyası ilə bağlı dərsliklər, eləcə də ayrı-ayrı mətnlər respublikamızda hazırlanırdı.

İndi isə dərslik hazırlamaq hüququ tender yolu ilə müəyyənləşdirilir. İstənilən vətəndaş həmin tenderdə iştirak edə və dərslik buraxmaq hüququ qazana bilər.

- Hər halda Təhsil Nazirliyində bu məsələyə nəzarət edən bir qurum olmalıdır.

- Təbii ki, Təhsil Nazirliyində dərslikləri qiymətləndirmə şurası və s.kimi qurumlar var.

- Sizcə, bu gün haqqında danışdığımız faktlar təsadüfdür, ya ölkəmizdə bu işdə maraqlı tərəflər var? Axı bu Ermənistan bayrağının Azərbaycan dərsliklərində ilk təsviri deyil. Sizcə, Ermənistan bayrağındakı bir-birinə uymayan rənglər kitab naşirlərini nə ilə cəlb edə bilər? Axı təbiətdə 7 rəng və bu rənglərin saysız-hesabsız çalarları var.

Birdə ki, əgər dərsliklərimizdə, xüsusilə də Azərbaycan tarixini öyrədən dərsliklərdə hansısa bayrağın təsvirinə ehtiyac varsa, nədən bu Azərbaycan bayrağı olmasın? Bayrağımızdakı bütün rənglər göz oxşayır, bir-birinə də gözəl yaraşır.

Zənnimizcə, Azərbaycan tarixindən bəhs edən bir kitabın, özü də dərsliyin üz qabığının Ermənistan bayrağına boyanması təsadüf ola bilməz, burda düşmən əli var. Sizin buna münasibətiniz necədir?

- Bax bunu analmaq bir az çətindir. Bu bilərəkdənmi edilir, ya təxribatdır, yaxud sırf təsadüfdür?

- Təsadüf bir dəfə ola bilər, sözügedən məsələ isə dəfələrlə gündəmə gəlib.

- Bilirsiniz, bu cür anlaşılmazlıqlar çox olur. Xatırlayırsınızsa, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev "Ermənistan bayrağı"nın təsviri olan şiferi qırdığını düşündüyü halda (icra başçısını çaşdıran bayraq maketində narıncı rəngin yanlış çalarından istifadə olunması idi), şifer parçasının üzərindəki rənglərin əslində Kolumbiya bayrağına məxsus olduğu bəlli olmuşdu və Azərbaycanda yerli hakimiyyət rəsmisinin bayraq maketini yumruqla qırması hətta Kolumbiya mediasında da müzakirəyə çıxarılmışdı.

- Heç kəs üçün sirr deyil ki, ermənilərin əlifbası da, mətbəxi də, musiqisi də, bayrağı da, elə hazırda Ermənistan adını qoyub yaşadıqları ərazi də əslində özlərinə məxsus deyil. Onların oğru olduğunu əsrlər əvvəl dahi rus şairi Aleksandr Sergeyeviç Puşkin də öz əsərində açıq-aşkar ifadə edib. Amma bu bizə haqq vermir ki, rəsmən Ermənistan bayrağı kimi qəbul olunan dövlət atributunun rənglərindən dərsliklərimizdə, televiziya verilişlərinin tərtibatında, lap elə adicə geyimimizdə bir arada istifadə edək.

- Dediyim kimi, belə hallar olub. Misal üçün, iki il öncə orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin ərazilərinin təsvir olunması və ora Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilməsi həm mətbuatda, həm də ümumilikdə cəmiyyətdə böyük qalmaqala səbəb olmuşdu.

“Təhsildə dövlət strategiyası” deyilən bir sənəd hazırlanıb, ölkə başçısı da həmin sənədi təsdiq edib. Adıçəkilən sənəddə kifayət qədər təqdirəlayiq məqamlar var. Amma təəssüf ki, gərəkli qanunlar qəbul edilsə də, onların işlək mexanizmi, planı olmadığından həmin qanunlar elə kağız üzərində də qalır.

Təssəvvür edin, 200-300 yaşı olan Amerika Konstitusiyasına barmaq sayı qədər dəyişiklik edilib, amma bizim bir tək Təhsil Qanununda görün bir ildə nə qədər dəyişiklik edilir.

- Təbii ki, təhsilsiz heç bir sivil ölkənin gələcəyini təsəvvür belə etmək olmaz. Odur ki, təhsil sisteminin təkmilləşdirilməsi çox önəmlidir. Özəlliklə də ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən məqamlara, xalqımızın milli-mənəvi dəyərlərinə dövlət səviyyəsində xüsusi diqqət ayrılmalıdır.

Biz övladlarımıza düzgün istiqamət verməliyik, onlarda milli-mənəvi dəyərlərimizə, dövlət atributlarımıza hörmət və sevgi aşılamalıyıq.

- Tamamilə razıyam sizinlə. Amma dediyim kimi, bütün neqativ hallara görə Təhsil Nazirliyini qınamaq yanlışdır. Bu gün televiziya kanallarımızda, mətbuatda klassiklərimizin, hətta azdalıq carçısı kimi tanınan şəxsiyyətlərin adını ləkələyən çıxışlar, yazılar yer alır. Xalq qəhrəmanlarımıza şər-böhtan atılır.

Məşhur rus alimi, ictimai xadim Sergey Kapitsanın deyirdi ki, televiziya bulka sexi deyil, onu özəlləşdirmək olmaz. Bizdə isə bu gün özəl televiziyalar bildiyini edir, heç bir məsuliyyət daşımadan mənəviyyatsızlığı, əxlaqsızlığı təbliğ edir, tarixi şəxsiyyətlərimizi müzakirə obyektinə çevirir.

- Ölkə teleməkanının hazırkı vəziyyəti ayrıca bir söhbətin mövzusudur. Amma təhsil, özəlliklə də dərslik məsələsi birbaşa dövlət nəzarətindədir.

- Doğrudur, dərsliklərlə bağlı uzun müddət müzakirələr aparılsa da, göründüyü kimi, bu gün də nöqsanlar aradan qaldırılmayıb. Sizin sözünüzə qüvvət, bəyəm rəng qəhətdir ki, məhz bədxah qonşularımızın dövlət bayrağının rənglərindən istifadə olunur dərsliklərdə? Mən də bunun təsadüf olduğunu düşünmürəm. Çünki o rənglər ayrı-ayrılıqda da heç zövq oxşamır, bir arada isə ümumiyyətlə çox zövqsüz görünür. Üstəlik, Azərbaycanda Ermənistan bayrağını tanımayan adam tapmaq çətindir.

Toxunduğunuz məsələlərin hər biri aidiyyati dövlət qurumları tərəfindən dərhal araşdırılmalıdır, özü də çox ciddi şəkildə araşdırılmalıdır və bu işdə günahı olanlar cəzalandırılmalıdır, özü də cəmiyyətə bu haqda məlumat verilməlidir. Nə qədər ki, bizdə cəzasızlıq sindromu hökm sürür bu kimi hallar qaçılmazdır.
Hurriyyet.org

P.S. Təhsil Nazirliyinin mətbuat xidməti “daha böyük işlərlə” məşğul olduğu üçün, təəssüflə qeyd edirik ki, hər zaman olduğu kimi, bu qurumun mövqeyini öyrənə bilmədik. Mövzunu gündəmdə saxlayacağıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36
ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32
"Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02
“Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58
Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55
Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52
“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13
Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru