“Məhkəmələr Sizin islahat vədinizə kölgə salır” - Prezidentə müraciət olundu
Tarix: 29-03-2019, 09:19 | Çap et
Bir müddət əvvəl xəbər vermişdik ki, “Yeni Həyat Şirkətlər Qrupu” bir iş adamının mülkiyyətini xeyli mübahisəli yolla şəkildə ələ keçirmiş və öz hüququnu məhkəmə yoluyla bərpa edə bilməyən iş adamı bir sıra dövlət yetkililərinə şikayət teleqramı göndərmişdi. Əldə etdiyimiz məlumata görə, bəzi dövlət qurumlarından şikayətçiyə cavab gəlsə də, onun narazılığını azaldacaq tərzdə olmamışdır. Xüsusilə hüquq mühafizə orqanları vətəndaşa şikayətinin mülki xarakterli olmasını xatırlatmış və bu işlə məşğul ola bilməyəcəklərini çatdırmışlar. Əlacı hər yerdən kəsilən vətəndaş Sübhan Zayıdov isə Prezidentə açıq məktub yazmaq məcburiyyətində qalmışdır.
Son zamanlar Prezidentin xalqa hüquqi, siyasi, iqtisadi islahatlar vədi verdiyi indiki şəraitdə sözügedən açıq məktubun ictimai əhəmiyyət daşıdığını nəzərə alıb nöqtə-vergülünə toxunmadan “Hürriyyət”ə istinadən DİA.AZ oxucularına təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
Açıq məktub
Cənab Prezident, ölkəmizdə ciddi islahatlara start verdiyiniz indiki dövrdə işlərinizin xeyli çox olduğunun fərqindəyəm. Bununla belə, problemimin həlli üçün Sizə müraciət etməkdən başqa çarə qalmayıb. Yalnız Sizə üz tutmağımın, əlbəttə, çox mühüm səbəbləri də var.
Səbəblərdən biri müraciət etdiyim bütün instansiyalarda get-gəllərə salınmağım, dövlət sənədlərinin saxtalaşdırılması, başıma gətirilən oyunlarda açıq-aşkar korrupsiya ehtimallarının mövcudluğuna rəğmən, hüquq mühafizə orqanlarının “mülki iş” deyib məni başlarından uzaqlaşdırmasıdırsa, digəri Sizin ciddi islahatlara başlamaq əzmində olduğunuza əminliyimdir. Digər bir səbəb isə mənim insan kimi ən fundamental hüququmu pozanların öz əməllərində Sizin ailənin adını hallandırmalarıdır. Mən də bütün bunları dövlətçilik maraqları və imici üçün qəsdən yaradılmış təhlükə, hətta Sizə qarşı həyata keçirilən təxribat hesab etdiyimdən Zati-alilərinizi vəziyyətdən hali etmək istəyirəm. Ümidvaram ki, mənim bu saf niyyətimi düzgün qiymətləndirəcək, dövlət imicimizə kölgə salan bütün halların qarşısının alınmasında mənə lazımi köməklik göstərəcəksiniz.
Qarşılaşdığım problemin qısa məğzi belədir:
Mən – Şamaxı rayonunun Ərəbşalbaz kənd sakini S.Ə. Zayıdov 2004-cü ildə “Mərmər” ASC-nin satışa çıxardığı, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Zığ şossesi 5/1 ünvanında yerləşən 5 hektarlıq ərazini satın almışam. Əlimdə bunu təsdiqləyən xeyli sənədlər var: Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən mülkiyyətin ilk sahibi Bakı “Mərmər” ASC-yə 26 avqust 2004-cü ildə verdiyi № 006906 saylı Textiniki pasport, Bakı şəhər İcra Hakimiyyətinin ozamankı sədri Hacıbala Abutalıbovun 16.11.2007-ci il tarixli № 7-972/17 saylı məktubu, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarəedilməsi ürə Dövlət Komitəsinin “Mərmər” ACS-yə 01.07.2007-ci il tarixində göndərdiyi № 08-2/4075 saylı arayışı, Azərbaycan Respublikasının Prezidentinin yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 10/2-118 nömrəli 20.09.2003 –cü il tarixli arayışı, Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən 30.12.2004-cü il tarixində verilmiş 0102-A1-1313 nömrəli Dövlət Qeydiyyatı Haqqında Şəhadətnamə, eyni nazirliyin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsinin 30.12.2002-ci il tarixli Kommersiya Təşkilatlarının Dövlət Reyestrindən Çıxarışı, alqı-satqı, təhvil-təslim aktları və s. Mülkiyyət hüququmun tanınması üçün çatışmayan yeganə sənəd isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşdirmə aktıdır.
Cənab Prezident,
mülkiyyət hüququmun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tanınmamasının səbəbi heç də tələb olunan dövlət rüsumunu ödəməməyim deyil. Mən 2004-cü ildə də, indi də tələb olunan dövlət rüsumunu ödəməyə hazıram. Sadəcə, Əmlak Komitəsinin sədr müavini Rafiq Cəlilov məndən astronomik miqdarda qeyri-qanuni ödəniş tələb etmiş, mənimsə buna imkanım çatmadığından hüququmu rəsmən təsdiqlədə bilməmişəm. On ildən sonra isə həmin torpaq sahəsi “Yeni Həyat Şirkətlər Qrupu”na məxsus “Baxçasaray” adlı bir MTK-nın adına özəlləşdirilmişdir. Özü də mənim xəbərim olmadan. Halbuki, qanunvericiliyə görə, bu təklif ilk olaraq mənə verilməli idi. Yalnız ondan imtina edəcəyim təqdirdə təklif başqasına oluna bilərdi. Qanunvericiliyin bu tələbləri yerinə yetirilmədən, mülkiyyətimin başqa birisinin adına özəlləşdirilməsi sanki məndən istənilən rüşvəti ödəməməyimin cəzalandırılması idi. Hüquq fəlsəfəsinə görə, rüşvət verən də aktiv rüşvətxor, başqa ifadə ilə desək, cinayətkar hesab edildiyindən, cinayətə bulaşmadığım üçün cəzalandırılmağımın ədalətdə, qanunvericilikdə heç bir yeri yoxdur. Təəssüf ki, Azərbaycan məhkəmələri də bu həqiqəti nəzərə almadan cinayətin qarşısını almaq əvəzinə, məni –yəni cinayətdən imtina edən cəzalandırmaq yolunu tutdu.
Belə ki, əmlakımın qanunsuz yolla əlimdən alınması nəticəsində “Yeni Həyat Şirkətlər Qrupu” ilə aramızda başlayan çəkişmələr məhkəmə salonlarına daşındı. 2018-ci ilin iyulunda Xətai Rayon Məhkəməsi bütün hüquqi əsaslara əhəmiyyət verməyərək, torpağımı zəbt edən “Yeni Həyat Şirkətlər Qrupu”nun lehinə qərar çıxardı. Məcburən, öz halal mülkiyyətimi qorumaq üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət etdim. Apeellyasiya Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli (İş № 2(103)-10938/2018 saylı qətnaməsi) hökmü də əleyhimə oldu. İndi mülkiyyət çəkişməmiz Azərbaycan Ali Məhkəməsinin icraatındadır. Aprelin 2-də şikayətimə baxacaq Ali Məhkəmənin nə cür qərar verəcəyi isə bəlli deyil.
Hörmətli Prezidentim,
Sizin son zamanlarda Azərbaycan xalqına verdiyiniz vədlərdən biri də hüquqi, iqtisadi, struktural və kadr islahatlarına gedəcəyinizlə bağlı sözünüzdür. Mənim mülkiyyət hüququm da ən azı bu vədlərinizin ikisinin əhatə dairəsindədir. Söhbət hüquqi və iqtisadi islahatlardan gedir. Yəqin Siz də razılaşarsınız ki, ən elementar insan haqqı sayılan mülkiyyət hüququnun kobud şəkildə pozulduğu ölkədə hər hansı iqtisadi dirçəlişdən, islahatdan söhbət gedə bilməz. İqtisadiyyatın təməlini mülkiyyət hüququ təşkil etdiyindən ilk növbədə vətəndaşların bu haqqına hörmət olunmalıdır. Əks halda, nə yerli, nə xarici iş adamlarının Azərbaycana investisiya qoymasına ümid etməyə dəyməz.
Mülkiyyət hüququ həm də vətəndaşın ən elementar hüquqlarından biridir ki, onu məhdudlaşdıran siyasi sistemin mövcudluğu Sizin səmimi islahat niyyətinizə kölgə salır. Nə yazıq ki, bu kölgəni salan hansısa ermənipərəst qüvvələr yox, mövcud hüquq-məhkəmə sistemidir. Məhkəmə sisteminin özünü yeniləməsi, bu sahədə islahatlar aparıldığına dair qənaətlərin formalaşması mənim kimi insanların pozulmuş hüquqlarının bərpasından keçir. Bu mənada Ali Məhkəmənin 2 aprel tarixində mənim mülkiyyətimlə bağlı verəcəyi qərar həm də Sizin islahat vədinizin sınağı, imtahanı olacaq və hesab edirəm ki, Ali Məhkəmənin hörmətli Sədri Ramiz Rzayev də bunun fərqindədir.
Hörmətlə, Sizin ədalətinizə sığınan Azərbaycan vətəndaşı Sübhan Zayıdov
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
|