Səfər Mehdiyev gömrük sistemini elə günə qoyub ki... - GİLEY
Tarix: 13-05-2019, 09:10 | Çap et
Ölkənin giriş qapısına nəzarət edən Dövlət Gömrük Komitəsinin fəaliyyətindən narazılıq səngimir.
Rəhbərlik dəyişəndən sonra vətəndaşların şikayətləri azalmır. Vaxtaşırı gömrük keçid məntəqələrində vətəndaşların incidilməsi, bürokratik əngəllərin yaradılması və rüsumdan əlavə ödənişlərin tələb olunması ilə bağlı məlumatlar yayılır. Digər tərəfdən gömrük rüsumlarının da yüksək olması narazılıqlara səbəb olan amildir. Qeyd edək ki, hazırda Gömrük Komitəsi 15 pilləli rüsum tətbiq etmək səlahiyyətinə malikdir.
Yəni, ölkəyə gətirilən 100 manatlıq mala görə 1 faiz də rüsum ala bilər, 15 faiz də. Bu məsələnin tənzimləməsi üçün ekspertlər təklif edir ki, gömrükdə rüsum sistemi ləğv edilsin və maksimum halda 3 pilləli rüsuma keçirilsin.
Gömrük keçid məntəqələrində prosedurların sadələşdirilməsi də vacib məsələ hesab olunur. Hazırda gömrük keçid məntəqələrində vətəndaşlar saatlarla gözlədilir, uzun növbələr yaranır. Bu problem artıq uzun zamandır ki, var və hələ də həllini tapmır. Komitənin keçmiş sədri Aydın Əliyevin zamanında rast gəlinən neqativ hallar yeni sədrin dövründə də əsas problem olaraq alır.
Baxmayaraq ki, Səfər Mehdiyev Gömrük Komitəsinin sədri təyin olunanda hamı ümid edirdi ki, bu cür problemlər öz həllini tapacaq. Amma görünən odur ki, Gömrük Komitəsi keçid məntəqələrində prosedurların sadələşdirilməsində maraqlı deyil. Ona görə də Səfər Mehdiyevin təyinatından 1 ildən artıq zaman keçsə də, hələ də heç nə dəyişməyib. Əslində, Gömrük Komitəsinin rəsmiləri də problemlərin qaldığını, ciddi islahatlara ehtiyac olduğunu vurğulayır. Hətta gömrükdə islahatların yaxın zamanlarda baş tutacağının anonsu da verilib. Belə ki, Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev deyib ki, bir aydan sonra gömrük sahəsində böyük bir islahat gözlənilir.
“İslahatların birinci mərhələsi demək olar ki, həyata keçirilib. İkinci böyük islahat paketimiz isə idxalla bağlı olacaq. Onun tətbiqi haqqında ictimaiyyətə və sahibkarlara geniş məlumat verəcəyik”-deyə, İ.Babayev gömrükdə ciddi islahatların aparılacağının anonsunu verib.
Gömrükdəki problemlərin kökü dərindir. Ona görə də bu sahənin tam şəkildə şəffaflaşdırılması üçün ciddi addımların atılmasına ehtiyac var. Bu məsələ dəfələrlə Milli Məclisin tribunasından da səsləndirilib. Məsələn, 2019-ci il üzrə büdcə müzakirələri zamanı deputat Vahid Əhmədov Gömrük Komitəsində 27 milyard manatın mənimsənildiyini demişdi:
“Bu il Gömrük Komitəsi tərəfindən 1 milyard manata yaxın dövlət büdcəsinə vəsait daxil olub. Ancaq biz rüsumları və gömrük tariflərini artırmamışıq. Bəs bu qədər vəsait nəyin hesabına büdcəyə daxil olub? Gömrük Komitəsində rüşvətxorluğun qarşısının alınması məqsədilə büdcəyə 1 milyard vəsait daxil olub. Azərbaycan 27 ildir ki, müstəqil dövlətdir. Hər il bir milyard daxil olsaydı, görün bu təkcə gömrük sahəsindən 27 milyard pul edirdi. Ancaq bu məbləğ hələ indi büdcəyə daxil olur. Bunu əvvəllər kim mənimsəyibsə, məsələni araşdırmaq artıq hüquq-mühafizə orqanlarının işidir. Qeyd edim ki, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi çox böyükdür. Mən burada rəqəmi açıqlamaq istəmirəm. Bunu aradan qaldırmaq üçün ciddi işlər görülməlidir”.
Büdcəyə Gömrük Komitəsindən 1 milyard manat əlavə vəsaitin daxil olması yeni sədrin adına müsbət hal kimi yazılır. Amma problemlər hələ də qalmaqdadır. Nəzərə alsaq ki, gömrükdəki problemlər digər sahələrə də mənfi təsir göstərir. Məsələn, gömrükdə yaranan problemlər ölkə iqtisadiyyatının inkişafını əngəlləməklə yanaşı, vətəndaşlarda kəskin narazılıq yaradır və ən başlıcası, idxalda süni problemlər yaratmaqla iqtisadiyyatda durğunluğa, bəzi hallarda isə geriləməyə səbəb olur. Bunun qarşısını almaq üçün isə ciddi islahatlara ehtiyac var. Gömrük Komitəsinin sədr müavinin sözlərinə inansaq, təxminən 1 ay sonra gömrükdə islahatlara başlanılacaq. Bu islahatların hansı istiqamətdə gedəcəyini, ümumi problemlərə necə təsir edəcəyini isə qısa zaman sonra görə biləcəyik. Cebhe.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
|