"Çovdarov həbs olunub, Dabuleyka azadlıqda qalıb..." - QALMAQAL
Tarix: 20-05-2019, 09:01 | Çap et
Tikinti materialları, özəlliklə taxta-şalban biznesi ilə məşğul olan və 8 nəfərə qarşı dələduzluqda ittiham olunan Qədim Ədilovun atası Ədil Ədilov “Yeni Müsavat”a danışıb. Ə.Ədilov oğlunun həbsində Dabuleyka Quliyevi və Akif Çovdarovu günahlandırır. Deyir ki, oğlu Qədim Ədilov günahsızdır.
“Azəri AQA” MMC-nin rəhbəri Qədim Ədilov biznes qurmaq adı ilə vətəndaşlardan 2 milyon manata yaxın pul alıb mənimsəməkdə təqsirli bilinir. Zərərçəkənlər arasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi Cavad Şıxəliyev də var. Q.Ədilov C.Şıxəliyevin etibarından sui-istifadə edərək onun 50 min dollar pulunu mənimsəyib. Çoxsaylı vətəndaşlardan daxil olan şikayət əsasında Binəqədi Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. İstintaq orqanı Q.Ədilovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə təqdimat verib. Məhkəmə Q.Ədilov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Qədim Ədilov
Qədim Ədilovun atası Ədil Ədilov deyir ki, oğlunu həbs olunmasının təşəbbüskarı Dabuleyka Quliyevdir: “O, Akif Çovdarovun davamçısıdır. Oğlum Qədimdən 3 il əvvəl olan şikayətləri ”dirildən" odur. Çovdarov həbs olunub, Dabuleyka azadlıqda qalıb. Dabuleyka Çovdarovun əlaltısı olub. Dabuleyka Quliyev Çovdarovun qaynını, yeznəsini, yeznəsinin qardaşını yığıb başına. O adamlar 3 il əvvəl Qədimdən şikayətçi idilər. O vaxt yoxladılar, gördülər ki, Çovdarov bizə ziyan verib. Buna görə iş xitam verdilər. Bu gün Çovdarovun pulunu hökumət almayıb, onun camaata vurduğu ziyanı hökumət ödəməyib. Çovdarov indi həmin pulları xərcləyir, ondan 62 zərərçəkən vardı, onları bir-bir dələduz kimi tuturlar. Onlar qarşılarına məqsəd qoyublar, Qədimin dalınca çox gəlib-getdilər ki, Çovdarovdan şikayətçi olmayaq. Amma biz onlardan mənim adıma olan evi tələb etdik. Həmin 120 kvadratlıq evi Çovdarovun işçiləri oğlum Qədimin başının üstündə dayanıblar, ərizə yazdırıblar ki, həmin evi bağışlayır Çovdarovun qohumuna. Bu gün də həmin ev Çovdarovun qaynının adınadır. Bu gün də Dabuleyka Quliyev qabağa düşüb. O da Çovdarovun qohumlarını qaldırıb Qədimin üstünə. Halbuki Dabuleyka Quliyevin pulunu “yeyən” qaynı Rövşən Məhərrəmovdur. Rövşən Məhərrəmov əvvəllər Qədimlə birgə taxta alverçiləri olublar. Əvvəlcə Rövşən deyirdi ki, Qədim Ədilovda 200 min pulum var. Sonradan da Çovdarov tutuldu, bu iş də xitama getdi. Bundan sonra Rövşən Məhərrəmov Qədimin yanına gəlmişdi ki, barışaq. Qədim də demişdi ki, sənin mənə 45-50 min borcun var, mənim sənə borcum yoxdur. Həmin vaxt Rövşən Qədimə notariusda kağız da yazıb verib ki, sənin mənə borcun yoxdur. Bu gün Dabuleyka Quliyev qaynı Rövşən Səfərovu da həbs etdirib. 10 aydır Rövşən həbsdədir. Ona türmədə yaxınlaşıblar ki, de ki, həmin notariusdakı kağızı təzyiqlə vermişəm. Halbuki özü gedib, belə bir kağız yazıb verib. Bu gün o, Qədimin üzünə dayanır. Bir Xaləddin adlı adamı tapıblar, onu da Qədimin üzünə saxlayıblar. O da deyir ki, Qədimin mənə 167 min borcu var. Həmin adamın nəinki 167 min, heç 167 manat da pulu olmadığı üzündən bilinir. Guya 15 vaqon taxtanın pulunu verib Qədimə. Halbuki 1-2 vaqonun pulunu verərdi, qalanını da sonra verə bilərdi. Dabuleyka Quliyev qaynından ala bilmədiyini bizdən almaq istəyirlər. Çovdarovun qohumları Məmməd, Natiq, Çovdarovun qızının qaynı var işdə. Çovdarova xəbər veriblər ki, taxta bazarında Qədim adlı oğlan var, yaxşı pul qazanır. Çovdarov da aparıb Qədimi döymüşdü, boynuna 300 min pul qoymuşdu. 2015-ci il iyunun 23-də Çovdarov Qədimin boynuna 300 min pul qoyub. Sentyabrın əvvələrində Çovdarov mənim digər övladlarımın işinə qarışırdı. Qədim görüb ki, Çovdarov qardaşlarına sataşır, dost-tanışdan pul alıb, əvvəllər insan alverində rəis olan Cavad Şıxəliyevdən 50 min alıb aparıb verib. Cavad Şıxəliyev bu gün də mənə deyir ki, harada istəyirsən gedək yazım verim, Qədim istəsə pulu verəcək, olmayacaq verməyəcək. Deyir ki, mən heç kimə şikayət etməmişəm. Cinayət işində də ərizəm yoxdur. Onun adı məhkəmədə keçmir. Cavad mənə deyir ki, mənim Qədimə, Qədimin mənə borcu yoxdur".
Ədil Ədilov oğlu Qədim Ədilovun 2015-ci ilin yanvarında Natiq Hümbətova borcunun olmasını təsdiqləyən müqavilə bağlamasını, 5 ay sonra MTN-ə aparılması ilə bağlı bunları deyib: “Natiq Hümbətov da taxta biznesi ilə məşğul olur. O, pulu haradan qazanıb bilmirəm. O, mənim oğlumu aparıb Çovdarova döydürüb. Bundan sonra mənzili Qədim verib. 2 MTN işçisi dayanıb Qədimin başının üstündə. Çox pul qazanıb Qədim, onlar da haqq istəyiblər. Oğlumu Çovdarov döyəndə Natiq də, Səlim Məmmədov da orada olub. İçəri girən kimi Çovdarov Qədimə sillə vurub. Qədimə deyiblər ki, 1 həftəyə dediyimi gətir. Qədim də deyir ki, canımın dərdindən dedim 1 həftəyə, iyulun 23-də gətirib 300 min dolları verəcəyəm. Oğlumun Natiqə borcu olmayıb. Mənim oğlum 50 mini Cavad Şıxəliyevdən alıb. Qalanı da dost-tanışdan. Cavad Şıxəliyev İmişlidəndir, biz Saatlıdanıq. Bir-birimizi çoxdan tanıyırıq. Qədim gedib Cavaddan pul istəyib, o da verib. Mənim oğlum pulu verməsəydi, onun 2 vəzifədə olan qardaşını da şikəst edəcəkdi. Oğlum dost-tanışdan pulu alıb verib. Çovdarov oğlumun mayasını əlindən alıb, o da alver edə bilməyib, borcları da qaytara bilməyib. Çovdarova 12 il verdilər. O, 62 nəfər ailəni başsız qoyub. Akif Çovdarov milyonçu Tağı Əhmədovdan 3 milyon alıb. Onun pulu var ki, verib. Bizim pulumuz yox idi, ona görə borc almışdı”.
Ədil Ədilov deyir ki, bu gün oğlu Qədim Ədilov ittihamı qəbul etmir: “Rövşən Məhərrəmovu qabağa vermişdilər, alınmadı, indi də başqa birini tapıb veriblər qabağa. Oğlumu aprelin 2-dən həbsdədir. Kimə deyirsən, deyir bilmirik. Dabuleyka Quliyev düşüb qabağa, oğlumu tutublar”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
|