“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” .....                     Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? .....                     Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                 

Nazirlik işçi haqqı yeyən "Üstay"ı cəzalandıracaqmı? - "...işçilərin əksəriyyəti əmək müqaviləsiz işlədilir"
Tarix: 19-07-2019, 09:32 | Çap et
Nazirlik işçi haqqı yeyən "Üstay"ı cəzalandıracaqmı?
DİA.AZ: - Türkiyənin Hatay vilayəti sakini Mehmet Çalışır Sumqayıtda fəaliyyət göstərən “Üstay” şirkətindən şikayətçidir və neçə müddətdir yerli KİV-ə pozulan haqqları ilə bağlı müraciət edir. Şikayətçinin DİA.AZ-a daxil olan növbəti müraciətində deyilir:

"Bu şirkət mənim Mehmet əmək haqqımı mənimsəyib və bu yerli mətbuatda may ayında işıqlanıb.Amma buna baxmayaraq təəsüflər olsun ki, “Üstay” şirkəti indiyəcən mənim haqqımı ödəməyib.

Qeyd edim ki,11 ildir Azərbaycanda yaşayıram azərbaycanlı xanımla evliyəm və 3 qız övladım var. Hazırda kirayədə yaşayıram,işsizəm.

Xatırladım ki,mən “Üstay Yapı Taahhüt və Ticarət Anonim” şirkətinin Sumqayıtda fəaliyyət göstərən filialına Şevqet Yıldız adlı soydaşı tərəfindən dəvət edilmişəm.

“Üstay” şirkəti , Technip FMC tərəfindən götürülən, “Azərikimya” İB-nin Etilen-polietilen zavodu üçün “EP-300” layihəsi çərçivəsində görüləcək tikinti işlərinin tenderini qazanıb, boru xətti çəkmək və onları boyamaq işlərini həyata keçirir. Bu layihənin rəhbəri isə Musa Kırıcı olub.

Məni «Üstay”ya dəvət edəndə vəd verdi ki,”sən minimum 1500-2000 manat arası maaş alacaqsan. Amma sonradan aydın oldu ki, məni aldadıblar. Belə ki, reallıqda ilk vaxtlar mənə 700, son iki ayda isə cəmi 800 manat maaş verilib. Onun da 500 manatı “Paşa Bank”-ın kartına köçürülüb, 300 manatı isə ələ verilib.

Mənim həyat yoldaşım ağır şəkər xəstəsi olduğundan, hər gün insulin vurur, üstəlik bir böyrəyi sıradan çıxır, verilən maaş onun müalicəsinə, evin xərclərini ödəməyə çatmırdı.

Halbuki Türkiyə qanunları ilə mən işçi kimi “vizion” qrupunda olduğumdan 1600 avrodan aşağı maaş ala bilməzdim. Yəni, “Üstay” şirkətinin Sumqayıtdakı layihə rəhbərliyi bunu bildikləri halda mənim haqqımı yeyiblər və hüquqlarımı tapdalayıblar”,-deyə Çalışır qeyd edib.

Bildirir ki, onun kimi türk işçi statusunda olanlara və yerli fəhlələrə də qat-qat çox maaş veriblər:

“Mənim kimi “Üstay” Azərbaycan vətəndaşı olan xanımlarla evli olan 6 türk vətəndaşı da var idi ki, onlara məndən fərqli olaraq yüksək maaş veriblər.

Burada eyni işdə işləyən azərbaycanlı işçilər, qaynaqçılar, boyaçılar saatı 7 manata işlədikləri halda mənə onlardan da az əmək haqqı veriblər.

Üstəlik məni stabil saat hesablı maaşla ilə işlətdikləri halda iş saatından əlavə işlədiyimiz saatlara görə mənə əlavə pul yazılmayıb.

Halbuki əlavə iş saatlarına görə mənə stabil maaşdan-800 manatdan əlavə 500 manat pul verilməli idi. Mən artıq 6 saat iş saatımdan sonra əlavə işləyirdim.

Buna görə mənə 1 qəpik də pul yazmırdılar. Halbuki idarə rəhbərini əlinin altında 6 nəfər saat hesabı əmək haqqı ilə işləyən işçilər olurdu.Üstəlik mənim kimi işçilərin əksəriyyəti qanunsuz olaraq əmək müqaviləsiz işlədilib.

Ümumiyyətlə “Üstay”ın burada çalışan işçilərinin əmək hüquqları te-tez pozulub. Məsələn, “Üstay” da işləyən soydaşlarımdan birinin iş qəzası nəticəsində ayağı qırıldı amma onun maaşını,təzminatını vermədilər. Baxmayaraq ki, o əmək müfəttişliyinə şikayət etdi.

Əksəriyyət “Üstay” da mənim kimi müqaviləsiz işləyib və təbii ki, mənim kimi çoxlarının sosial sığorta kartı olmayıb.

Mən may ayında “Üstay”da işə düzəldim,bu ilin aprelində isə mənə əvvəlkindən də cüzi maaş vermək istədiklərinə görə oradan çıxmaq məcburiyyətində qaldım.

Mən “Üstay”ın idarə rəhbərinə, Şevqet Yıldıza işə düzələrkən qabaqcadan demişdim ki,mənim həyat yoldaşım ağır şəkər xəstəsidir və ona hər gün insulin vurulması və ona qulluq etmək üşün mənim işdə gec qalmamağım lazımdır.

Amma çox vaxt olurdu ki, məni saat beşdən axşam saat 3-cən işdə saxlayıblar. Amma bu adamalrın elə bil mənimlə şəxsi-qərəzliyi var.

İşə düzələndə mən soruşdum ki,”niyə bu qədər belə az maaş verirsiz?” Şevqet Yıldız dedi ki,sonra qaydasına düşəcək.

Bu minvalla məni 1 ilə yaxın başımı aldatdılar ki,bəs bu ay düzələcək,gələn aydan düzələcək… Mənim pula ehtiyacım olmağımdan süni surətdə istifadə etdilər.

Mən boru boyaçısı kimi işə qəbul olunmalı idim,amma sonradan mənə dedilər soyunub-geyinmə yerində nəzarətçi olacaqsan və mən 11 ay «Üstay”ın 700 işçisi olan yerdə nəzatərçi vəzifəsində işlədim. «Üstay”ın Sumqayıtdakı şirkətindəki idarə rəhbəri İsmayıl Akay bir gün məmə dedi ki,sən açarları qarışdırmısan və məni haqsız yerə ittiham etdi,məni işdən çıxartmaqla hədələdi.

Mən ona bildirdim ki,”mən işçilərin şkaflarına nəzarət edirəm,açarlar, kompyuter sistemi də sənin nəzarətindədir”. Onlar məni işin öhdəsindən gəlməməkdə ittiham edə bilməzdi,çünki işimi şox məsuliyyətlə yerinə yetirirdim.

2018-ci ildə hətta özləri təhlükəsiz və alqışa layiq iş bacarığına görə məni təşəkkürnamə ilə də təltif ediblər. Nədən mən birdən-birə pis oldum?!

Bu cavabdan sonra İsmayıl Akay məni ağır ifadələrlə təhqir etməyə başladı.Bu adamdan ümumiyyətlə «Üstay”da xoşu gələn insan yoxdur. Bundan başqa o məni çox zaman mənə aid olmayan işləri gördüməyə çalışırdı.

Halbuki layihə rəhbərinin əmrinə görə mən , kamera ilə təchiz olunmayan soyunub-geyinmə otağını iş zamanı tərk edib nəzarətsiz qoya bilməzdim.Çünki 700-800 nəfərin əşyalarına mən nəzarət edirdim ki,oğurluq-filan olmasın.

İsmayıl Akay və idarə işləri köməkçisi öz vəzifələrindən süni surətdə istifadə edirdilər,səlahiyyətlərini mənə də, digərlərinə qarşı aşırdılar,məni gözüm çıxdıya salırdılar.

Maaşımın həddən artıq az verilməsi ilə bağlı Əmək Müfəttişliyinə şikayətdən sonra sonra məni Hakan adlı adamları ilə 6 ay işlədiyim “SOCAR-Polymer”dən başqa yerə ,özlərinin təbiri ilə desək cəhənnəmə -Yaşıldərə adlanan ərazidəki Qubadlı icra hakimiyyətinə aid zavodda işləməyə cəza kimi göndərdilər. 100 nəfərin işlədiyi bu zavodda iş şəraiti daha pis idi,amma mən eyni maaşı alırdım. 5 ay da orada nəzarətşi kimi işlədim.

Yaşıldərədə iş qurtarandan sonra layihə rəhbərinin yardımçısı,ikinci adam olan Nurdoğan bəy mənə dedi ki, sənin maaşını 475 manata salırıq.

Mən isə ondan sordum ki, bizim qanımız türk, canızım türk ola-ola nədən mənə bu qədər az maaşı rəva görürsüz. Axı mənin ağır xəstə olan həyat yoldaşım,məktəbə gedən 3 azyaşlı övladım var. Mən bu pulla kirayədə qala-qala necə dolana bilərəm?!

Bu qədər insafsızlıq,haqsızlıqmı olar?!Bütün dünyada maaşlar qalxması müşahidə olunduğu halda mən maaşın azalmasını yalnız «Üstay”da gördüm. 475 manatla ailəmi dolandırım,kirayə pulunu verimmi,yoxa dərman alım?!

Onlar bilə-bilə ki mənim maddi vəziyyətim çox pisdir,sıxıntım var,evdə xəstəm,3 uşağım var maaşımı azaltdılar.

Mənim suallarıma onların veriləsi cavabı yoxdur. Mən 475 manat maaşla təbii ki,razı olmadım və işdən çıxdım.Amma mən haqqımı tələb edirəm.Mən bununla əlaqədar «Üstay”ın Sumqayıtdakı layihə rəhbəri Musa Kırıcıya,Türkiyənin Azərbaycandakı səfirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə də şikayət etmişəm.

Türkiyə səfirliyindən mənə bildirdilər ki, onlar müdaxilə edə bilməzlər və mən yerli məhkəməyə müraciət edə bilərəm. Amma 800 manat maaş alan və bu qədər sıxıntısı olan böyük bir şirkəti məhkəməyə verib udmaq halındadırmı?!

Əmək Müfəttişliyində mənin şikayətimin haqlı olmasını təsdiqlədilər və soruşdular ki,niyə ən azı 1600 -1800 avro maaş almalı olduğum halda mənə 700-800 manat maaş veriblər?!

Amma orada da bildirdilər ki, biz heç nə edə bilmərik,müdaxilə edə bilmərik.Mənə qarşı edilən bu haqsızlıqlarla mən barışmıram şirkətindən mənim haqqımı –mənə verilməyən 17 min avromu tələb edirəm.

Onlar mənim haqqımı mənimsəyiblər.Məm keçən müraciətimdə həmçinin Türkiyə və Azərbaycan dövlətindən xahiş edirəm mənim haqlarımın təmin edilməsində yardımçı olmalarını xahiş etmişdim.Lakin əfsuslar olsun ki,şikayətim işıqlansa da ciddi bir reaksiya olmamışdır. Mənin müraciətim Yenilik.Az-da dərc olunandan sonra “Üstay” şirkətinin hüquqşünası Rövşanə Rəhimova mənim ittihamlarını rədd edərək mənim yalan danışdığımı, “Üstay” şirkətində Azərbaycan əmək qanunvericiliyinə tam əməl olunduğunu, şirkətdə heç bir ikili mühasibatlıq, vergidən yayınma hallarının olmadığını, maaşların kartla verildiyini, şikayətçiyə dəfələrlə maaşından əlavə övladının xəstəliyilə əlaqədar maddi yardımlar edildiyini və onun hansısa səbəbdən şou yaratmaq istədiyini bildirib:”Əgər şirkətin ona qarşı qanunsuzluq etdiyini düşünürsə buyursun qanuna müvafiq olaraq məhkəməyə müraciət etsin, əgər məhkəmə onun iddialarını təsdiqləyərsə, necə deyərlər, qanun qarşısında boynumuz qıldan incədir.”

“Üstay” şirkətinin rəsmisinin bu cür deməsi təbiidir.Amma mən onun dediklərinin həqiqət olmamasını sübut etməyə hazıram. “Üstay” şirkətinin buradakı rəsmiləri sadəcə mənim imkansız ,köməksiz olmağımdan və məhkəmədə mənə qalib gələcəklərindən arxayın olduqları üçün və mənim halal haqqımı verməmək üçün belə deyirlər.Əgər “Üstay” şirkəti mənim şikayətimiə ədalətlə yanaşsaydı mənim şikayət etməyimə ehtiyac qalmazdı.Və mənim maddi vəziyyətimin get-gedə daha da acınacaqlı duruma düşdüyüm bir vəziyyətdə,ailəmi çox çətinliklə dolandırmağa çalışdığım,heç bir yerdən gəlirim olmadığım halda,öz haqqımı tələb etdiyimə görə məni şou yaratmaqda ittiham etmək çox böyük haqsızlıqdır. “Üstay” şirkəti təkcə mənəq qarşı haqsızlıq etmir.Bildiyimə görə hətta bu yaxınlarda “Üstay” şirkətinin udduğu və Bakıda icra etdiyi yeni layihədə işləyən işçilər haqlarının pozulmasına razı olmadıqları üçün onların böyük qismi işdən çıxarılıb.

Mənim “Üstay” şirkəti tərəfindən yeyilən əmək haqqımın təmin olunması üçün mənə yardımçı olmağınızı xahiş edirəm".

diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

















 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13
Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru