Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                 

"Şəhid ailəsi deyiləm, amma 2-ci qrup əliləm, xəstəyəm, çölə atılmalıyam?" - GİLEY
Tarix: 26-09-2019, 09:25 | Çap et
"Şəhid ailəsi deyiləm, amma 2-ci qrup əliləm, xəstəyəm, çölə atılmalıyam?"
“Mənim xəstəliyimə diaqnoz qoyulanda, Azərbaycanda bu mərətdən əziyyət çəkən 5-6 nəfərdə var idi. İndi yayılıb. Xəstəliyin adı qırmızı qurd eşənəyidir (Lupus). Bir bəladır, tutub məni. Sağalan xəstəlik deyil, ömrüm boyu müalicə olunmalıyam”.

DİA.AZ bildirir ki, Zərdabın Körpükənd kəndində yaşayan Elzanə Qasımova belə deyir. Bildirir ki, onsuz da 17 ildir ki, müxtəlif xəstəliklərdən əziyyət çəkirdi, şəkəri, təzyiqi vardı. Üstünə bu xəstəlik də gəlib, vəziyyəti daha da ağırlaşıb:

“Bütün bunlar azmış kimi fevralda evdə yıxıldım. Daha da pis duruma düşdüm. 30 tikiş qoydular ayağıma. Xəstəyəm, bu ayrı bir dərddir. İkinci dərd də ayağım sağalmır, vaxtaşırı irinləyir, qanayır, qıpqırmızıdır. Yaxşı müalicəyə, həkimə ehtiyacım var, imkanım yoxdur”.

Elzanə Qasımova eyni zamanda, ağır xəstə üçün uyğun olmayan şəraitdə yaşadığını deyir:

“Hamam yox, normal ayaqyolu yox, xəstəyəm, zülm çəkirəm. Evi də ki, görürsüz, az qalır başımıza uça. Şərait yoxdu, müalicə də ola bilmirəm. Nə etməliyəm, yıxılıb ölüm? İnanın, ölə də bilmirəm. Zülm çəkirəm”.

Elzanə Qasımova şəraitsizlikdən oğlunun da evdən baş götürüb getdiyini söyləyir. Onu qınamır, deyir, imkanı olsa, özü də baş götürüb gedər:

“Oğlum deyir, ev nə gündədir, mən evlənmirəm, çıxıb gedirəm. Hara müraciət etmişəm, bir nəticəsi yoxdur. Axırda icra hakimiyyətindən dedilər ki, şəhid ailəsi deyilsən, sənə ev düşmür. Düzdür, mən şəhid ailəsi deyiləm, amma 2-ci qrup əliləm, xəstəyəm, çölə atılmalıyam? Deyirəm, mənə bir dənə vaqon verin, evin küncündə qoyub, içində yaşayım. Dedilər, ay xanım, indiki dövrdə vaqonda adam yaşayar? Dalınca da deyir ki, qonşu kənddə bir uçmuş ev var, gedin, izin veririk, onun daşını, qumunu, əlinizə nə keçir, yığın, gətirin, özünüzə ev tikin”.

Elzanə Qasımova deyir ki, yoldaşı şəkər, özü ikinci qrup əlil, o evin materiallarını necə daşısınlar? Özü də heç yerdə işləmirlər ki, fəhlə tutub bu işi gördürsünlər, imkanları yoxdur:

“Heç yerdə işləmirik, pensiyadan başqa gəlirimiz yoxdur. Ev də ki, az qala 80 ilin tikilisidir. İcra hakimiyyətindən gələn komissiya da “qəzalıdır, yaşamaq olmaz”, - dedi. İndi elədir ki, camaat bir tikə çörək tapanda sevinir. İşsizlik, xəstəlik yayılıb. Camaatda ev tikməyə, böyük işlər görməyə pul yoxdur. Odur ki, hökumət bir çarə tapmalıdır. Həqiqətən qəzalı evlərə dəstək olmalıdır. Yoxsa, bu gün, sabah başımıza uçacaq. Onda ağılları başlarına gələcək?”

1960-cı il doğumlu Elzanə Qasımovanın 2 övladı var. Qızı qonşu kənddə yaşayır, ailəlidir. Oğlu isə Bakıda fəhləlik edir:

“Bir müddətdir nəvəm gəlib, guya mənə baxsın. O da körpə uşaqdır, hər şeyi edə bilmir. İki xəstə qalmışıq qəzalı evdə. Uşağa da yazığım gəlir. Deyirəm, biz cəhənnəm, ev uçsa, o da altında qalacaq. Əlimiz hər yerdən üzülmüş şəkildə gözləyirik”.

Ailə başçısı Bayram Qasımov da illərdir şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Deyir, işləmək qabiliyyətini çoxdan itirib, pensiya ilə güclə dolanırlar. Aldıqları pul isə dərmanlarına, yeməklərinə güclə çatır. Onunla nəsə iş görmək mümkün deyil:

“Ev təxminən 50-ci illərdə tikilib. Bəlkə də ondan da əvvəl. Adicə külək əsəndə ürəyimiz qopur. Yağış, qar evin içində olur. Hər yerə damır. Daha bundan o yana nə var? Çətindir, dolana, yaşaya bilmirik. Hamımız bədbəxt günündəyik, insanları bu hala salıblar. Özümüzə ev tikməkdə, təmir etməkdə də acizik”.

"Şəhid ailəsi deyiləm, amma 2-ci qrup əliləm, xəstəyəm, çölə atılmalıyam?"












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru