"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi' .....                     Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir .....                     Lerikin icra başçısı İTTİHAM OLUNUR .....                     Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? .....                     “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları .....                     Azərbaycanda səhmdar cəmiyyət .....                     “Azinşaat Servis” ASC səhmdarlarının .....                     "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" .....                     “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” .....                     Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək .....                     "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq .....                     Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... .....                     Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat .....                     Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi .....                     Azərbaycanda çörək bahalaşdı .....                     Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır .....                     Moskvadan gəırginliyi artıran addımlar: .....                     Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur .....                     Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil .....                     "Paylaşımı silmək üçün 10 min istədi" .....                     Azərbaycanda 2 yeni radio açılır .....                     Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb .....                     Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? .....                     FHN universitetdə yoxlamalar apardı .....                     " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" .....                     AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib .....                     Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb .....                     Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib .....                     Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu .....                     "Roşka" yenidən .....                     Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib .....                     Ailəsi Lalə Şövkətin .....                     İrəvan xanlığı yaranacaq .....                     İrəvan Aİİ-dən çıxsa... .....                     Azərbaycanda müavinsiz işləyən icra başçıları .....                     Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir .....                     "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi .....                     İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, .....                     Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi .....                     Paşinyan cəmiyyətini qınadı .....                 

Qocayevin QOCAMAN XANƏDANI... - Samuxda özbaşınalıq RƏSMİLƏŞİB...
Tarix: 24-06-2021, 09:37 | Çap et
Qocayevin QOCAMAN XANƏDANI...
Hər zaman redaksiyamıza daxil olan müraciətlər və məlumatları araşdırıb, sonra yayımlayırıq. Araşdırılma isə təbii haldır ki, hər variantla aparılır. Həmçinin də internet üzərindən.

Demək olar ki, son günlər "DogruXeber.az" informasiya agentliyinin redaksiyasına müraciət edənlərin əksəriyyətini Samux rayon sakinləri təşkil edir.

Hər edilən müraciətdə də sakinin narazılıq etdiyi İcra Hakimiyyəti başçısı haqqında yeni araşdırmaya başlayırıq.

Bu dəfə də redaksiyamıza üz tutan "ürəyidolu", yerli İcra orqanlarından, bələdiyyədən gileyli vətəndaşlar da Samux rayon sakinləridir.

İnternet üzərindən "Alı Qocayev" yazıb, axtarış vermək kifayət edir ki, 73 yaşlı məmur Alı Qocayevin bu gün sayıb, dinləmədiyi sakinlərin hesabına hansı sərvətlərə sahib olduğundan xəbərdar olaq.

Biz "olmasın", yaxud "niyə var" demirik. Özünə qismət. Allah bərəkət versin.

Amma, gərək hər kəs çörəyini yediyi vəzifəyə layiqincə xidmət etsin ki, həm o çörəyi həmişə yesin, həm də halalı olsun.

Bu məmura da aiddir, fəhləyə də!

Əlqərəz...
Demək, Samux rayon Sərkar kəndindən redaksiyamıza müraciət edən aztəminatlı ailə başçısı Məmmədov Anar bildirir ki: - "bir neçə gün əvvəl yağan yağışlar yaşadığım evin içinə yağırdı. Bununla bağlı Sərkar kənd İcra nümayəndəliyinə, həmçinin Samux rayon İcra Hakimiyyətinə, başçının müavini Tahir Qarayevə, Arif Ağayevə müraciət etmişəm.

Bu günə qədər nəyinki mənə köməklik göstərmək, ümumiyyətlə gəlib baxış da keçirən olmayıb.
Üzümü tuturam Cənab İlham Əliyevə. Cənab prezident Samux rayonunda İcra özbaşınalığıdır."



Anar Məmmadovun "icra özbaşınalığı" iddiasını təsdiq edən daha bir bir narazı vətəndaş, Samux rayon Qarayeri qəsəbə sakini Əliyeva Tehran Məmməd qızı redaksiyamıza müraciət edib.

Tehran xanım müraciətində bildirir:
- "3 oğul anasıyam. Övladlarım hərbi xidmətini layiqincə yerinə yetiriblər. Həyat yoldaşım da birinci Qarabağ müharibəsinin könüllü iştirakçısı olub. Bütün bunlarla fəxr etmişik hər zaman.

3 oğlum və özüm, birlikdə 12 nəfərdən ibarət 4 ailə bir evdə yaşayırıq. Oğlanlarıma torpaq almaq, ev tikmək üçün imkanım yoxdur. Ona görə də Mehriban xanım Əliyevaya məktub yazıb, kömək istədim. Sağolsun, Mehriban xanımın müraciətimə baxılması üçün Samux rayon icra Hakimiyyətinə göstəriş verildiyini bildirən məktub aldım.

22 may 2020-ci il tarixində İcra Hakimiyyəti başçısının 1-ci müavini Tahir Qarayevin imzası ilə mənə məktub gəldi ki, müraciətiniz araşdırıldı, doğruluğu təsdiq edildi. Bununla bağlı Qarayeri bələdiyyəsinə xəbərdarlıq olunub və Qarayeri bələdiyyəsi tərəfindən sizə iki ayrı-ayrı yerlərdə həyətyanı torpaq sahəsi təklif olunur. Odur ki, sizə torpağın sənədləşdirilməsi üçün müvafiq sənədləri toplayaraq, Qarayeri bələdiyyəsinə təqdim etməyiniz tövsiyyə olunur."

Tehran xanım deyir ki, bu məktubdan sonra ona qəsəbənin zibilliyinin ərazisini təklif edib, deyiblər ki, "Torpaq yoxdur. Olan budur. Bəs, bizdən əvvəlki bələdiyyələr hamısını satıb, yeyib." Xanım deyib "heçolmasa mənə bir sənəd verin", ona da cavab veriblər ki, "Vitse Prezidentin tapşırığını bizmi pozacağıq?! Get işini gör. Hələ pandemiya dövrüdür, müharibə gedir, ona ayırmağa vaxtımız yoxdur."

Ardınca da Qarayeri bələdiyyə sədri Nizami Ələsgərovun müavini Pərvanə xanıma tapşırıq verirlər ki, "Məzmunu sən de, amma xətt Tehran xanımın özününkü olsun. Mehriban xanım Əliyevaya bir təşəkkür məktubu yazdır. İçində Mehriban xanımın da, Alı Qocayevin də, bələdiyyə sədri Nizami Ələsgərovun da adı olsun."

Bundan sonra Tehran xanım kredit borcu götürüb, başlayıb işinə. Zibili təmizləyib, tikinti üçün daş gətirib tökübmüş ki, gəliblər burda tikinti aparmaq üçün icazən yoxdur. O gündən bu günə artıq bir ilə yaxın müddətdir ki, Tehran xanımın özünün dili ilə desək "süründürür"lər.

Demək, Bələdiyyənin min oyunu, bir "təşəkkür məktubu"nun üzərində imiş.



Amma, atalar deyir: "çoxbilmiş quş dimdiyindən ilişər". Bir də deyirlər "aşağıdan kəsən varsa, yuxarıdan baxan var." Yerli İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri, həmçinin yerli bələdiyyələr "kreslo"ya güvənib, millətin haqqını yeyərkən, düşünmürlər ki, bir gün kiminsə səbri tükənəcək...

Yeri gəlmişkən Tehran xanım müraciətində onu da bildirir ki, bu süründürməçilikdən cana doyduğu üçün ilk növbədə Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin qəbulunda olub, Qarayeri bələdiyyəsi barədə şikayət edib. Alı Qocayev də hər kəsin içində Nizami Ələsgərovu "danlayıb", xanımın işinə baxmadığına görə irad bildirib.

Bütün bunlara baxmayaraq məsələnin hələ də həll olunmamış qalması iki şübhə yaradır.
Ya Alı Qocayev müəllimlərə şagirdlərdən "pul yığmaq" əmrini verib, sonra valideynlər arasında "bizim məktəbdə pul yığılması söhbəti ola bilməz. Olsa mənə bildirin, xahiş edirəm." deyən, bəzi məktəb direktorları kimi görüntü yaradır, ya da Alı Qocayevin sözü Samux rayonunda fəaliyyət göstərən yerli dövlət qurumlarında eşidilmir.

P.S: Redaksiyamıza daxil olan müraciətlərlə bağlı qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə Samux rayon İcra Hakimiyyətinin şəxsi internet səhifəsində qeyd olunan telefon nömrəsi vasitəsilə başçının müavini-ictimai-siyasi əlaqələr şöbəsinin müdiri Kəmalə xanım Xəlilova ilə əlaqə saxlamağa çalışdıq. Təəssüflər olsun ki, nömrə cavab vermədi.
Ardınca, İcra Hakimiyyətində ümumi şöbə ilə əlaqə saxladıq. Dəstəyi qaldıran operator xanım bizə ümumi şöbənin müdiri Elşad müəllimin telefon nömrəsini verib, onunla əlaqə saxlamalı olduğumuzu bildirdi.
Daha sonra xanımın verdiyi əlaqə nömrəsi vasitəsilə Elşad müəllimə zəng etdik. Elşad müəllim suallarımızı cavablandırmaq səlahiyyəti olmadığını bildirdi.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54
Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47
Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35
“Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32
Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05
“Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02
"Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53
“35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51
Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40
"Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33
Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31
Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28
Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18
Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14
Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11
Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00
Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58
Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21
"Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17
Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06
Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05
FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00
" Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58
AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54
Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41
Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40
Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38
"Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36
Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32
Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29
İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23
İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19
Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16
Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08
"2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02
İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58
Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55
Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51
Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47
“Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45
"Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44
PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Dünən, 16:39
İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Dünən, 16:38
Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Dünən, 16:35
"Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Dünən, 16:32
Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Dünən, 16:25
Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Dünən, 16:09
Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Dünən, 16:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru