Buralarda dövlətin puluna QƏNİM KƏSİLİBLƏR... - İTTİHAM
Tarix: 12-09-2023, 08:09 | Çap et
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu cari ilin sentyabr ayının 5-də “Reaktivlərin satın alınması” lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.
Qlobal.az xəbər verir ki, bu satınalmanın smetası 31.619 manat, qalibi isə “DORUK BIOTECHNOLOGY” (VÖEN: 2305776691) Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə şifrəli MMC-lərin “işbirliyi” –
“DORUK BIOTECHNOLOGY” MMC Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Reaktivlərin satın alınması” lotu üzrə etdiyi elandan 1 ay əvvəl – 2023-cü ilin iyul ayının 14-dədövlət qeydiyyatına alınıb. On manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Gəncə şəhəri, Nizami rayonu, M.C.Paşayev ev 51, qanuni təmsilçisi isə Məmmədov Mirhəmid Mirməhəmməd oğludur.
“DORUK BIOTECHNOLOGY” MMC-nin fəaliyyət profili, müvafiq lisenziyaları, maddi-texniki bazası, faktiki ünvanı barədə açıq internet resurslarında məlumata rast gəlinmir.
Xüsusi şifrəli MMC-lərlə “işbirliyi”
Qlobal.az-ın əldə etdiyi məlumata görə “DORUK BIOTECHNOLOGY” MMC-nin qanuni təmsilçisi Məmmədov Mirhəmid Mirməhəmməd oğlu “proxy” şəxsdir. Onun adına təsis edilən bir çox MMC-lərin dövlət satınalmalarında şübhəli əməliyyatlarda istifadə edildiyi iddia edilir. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun 2022-ci ildə keçirdiyi bəzi satınalmalarda da şübhəli məqamlar var. Belə ki, İnstitut 2022-ci ilin noyabr ayının 2-də “Abadlaşdırma xidmətinin satınalınması” lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 9.897 manat, qalibi isə “DELTA 10 LT” (VÖEN: 1102638281) Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
“DELTA 10 LT” MMC 2022-ci ilin iyun ayının 22-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı QARADAĞ RAYONU, LÖKBATAN ŞTQ, KEÇİD 1594 (LÖKBATAN), ev 30, m. 8, qanuni təmsilçisi isə Sultanova Vüsalə Vaqif qızıdır.
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2022-ci ildə abadlıq işləri görən “DELTA 10 LT” MMC-nin də fəaliyyət profili, müvafiq lisenziyaları, maddi-texniki bazası, faktiki ünvanı barədə açıq internet resurslarında məlumat yoxdur. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun 2022-ci ilin dekabr ayının 12-də “tikili və avadanlıqların cari təmiri” lotu üzrə daha bir satınalmaya yekun vurub.
Bu satınalmanın məbləği 49.441 manat, qalibi isə “YAŞAM 88 LT” (VÖEN: 1102638301) Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
“YAŞAM 88 LT” MMC Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun 20 gün əvvəl “Abadlaşdırma xidmətinin satınalınması” lotu üzrə yekun vurduğu satınalmada qalib elan edilən “DELTA 10 LT” MMC ilə eyni tarixdə – 2022-ci ilin iyun ayının 22-də dövlət qeydiyyatına alınıb.
İnstitutun 20 gün aralığında qalib elan etdiyi “DELTA 10 LT” və “YAŞAM 88 LT” MMC-lərin hüquqi ünvanları da eynidir- QARADAĞ RAYONU, LÖKBATAN ŞTQ, KEÇİD 1594 (LÖKBATAN), ev 30, m. 8.
Daha ilginc məqam isə hər iki təşkilatın qanuni təmsilçilərinin də eyni şəxs olmasıdır – Sultanova Vüsalə Vaqif qızı.
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutun tikili və avadanlıqları təmir edəcək “YAŞAM 88 LT” MMC-nin də maddi texniki bazası, işçi qüvvəsi, fəaliyyət profili, faktiki ünvanı barədə məlumat yoxdur.
Qlobal.az-ın əldə etdiyi məlumata görə isə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutun qalib elan etdiyi “DELTA 10 LT” və “YAŞAM 88 LT” MMC-lər dövlət satınalmalarında “otkad” məqsədi ilə istifadə olunduğu, bu təşkilatlarla bağlanan satınalma müqavilələri üzrə büdcədən köçürlən vəsaitlərin mühüm hissəsi sonradan sifarişçi olan təşkilatın rəhbərliyinə qaytarıldığı iddia edilir.
Qlobal.az iddialarla bağlı Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundan mövqe öyrənib.
Ələmdar Məmmədov
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun icraçı direktoru və Tender komissiyasının sədri Ələmdar Məmmədovun açıqlamasında deyilir:
“Sentyabr ayının 5-də “Reaktivlərin satın alınması” lotu üzrə aparılan kotirovkada qalib seçilən “DORUK BIOTECHNOLOGY” Məhdud Məsuliyyətli Cəmiyyəti ən aşağı qiymət təklifi verən iddiaçıdır. Biz illərdir əməkdaşlıq etdiyimiz və yaxşı tanıdığımız digər şirkətlərin daha yüksək təkliflərini rədd edərək, ehtimal qiymətindən əhəmiyyətli dərəcədə aşağı təklif verən iddiaçının iştirakı portal tərəfindən kənarlaşdırılmadığından və həmin şirkətin tələb olunan sənədləri qaydasında olduğu üçün qalib seçmişik”.
Tender komissiyasının sədri Ələmdar Məmmədov Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun 2022-ci ildə yuxarıda qeyd edilən satınalmalarına da münasbət bildirib:
“Bütün müsabiqələrdə iştirak edən iddiaçılar arasından həmişə ən aşağı qiymət təklifi verən iddiaçı qalib olaraq seçilib və İqtisadiyyat Nazirliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bütün müsabiqə prosesi yoxlanılaraq icazə veriləndən sonra qalib firma ilə müqavilə bağlanmışdır. O cümlədən, qeyd etdiyiniz “DELTA 10 LT” və “YAŞAM 88 LT” MMC-lər ilə də yalnız İqtisadiyyat Nazirliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən icazə veriləndən sonra müqavilə bağlanmış və iş həcmləri cədvəlində göstərilən bütün mallar alınmış və işlər görüləndən sonra təhvil-təslim aktı bağlanmışdır”.
İradə Hüseynova Xatırladaq ki, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru İradə Hüseynovadır. İ.Hüseynova 2016-cı ildən İnstituta rəhbərlik edir. //Qlobal.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Bu gün, 17:04 |
|
|
|
• “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Bu gün, 16:58 |
|
|
|
• Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Bu gün, 16:48 |
|
|
|
• Üzeyirin 3 övladı var imiş
Bu gün, 16:45 |
|
|
|
• Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Bu gün, 16:43 |
|
|
|
• “Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Bu gün, 16:39 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Bu gün, 16:35 |
|
|
|
• Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Bu gün, 16:32 |
|
|
|
• "Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 16:25 |
|
|
|
• Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Bu gün, 16:23 |
|
|
|
• Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Bu gün, 16:00 |
|
|
|
• ETSN təftiş olundu VƏ... - DETALLAR
Bu gün, 15:55 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Bu gün, 15:44 |
|
|
|
• Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• Pensiyamız da “özəlləşəcək”: - "Ödədiyimiz pul pensiya yaşına qədər “ölür”..."
Bu gün, 13:58 |
|
|
|
• Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Bu gün, 13:09 |
|
|
|
• Əyalət mollasından yeni sərsəmləmə
Bu gün, 13:04 |
|
|
|
• Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Bu gün, 12:58 |
|
|
|
• Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Bu gün, 12:39 |
|
|
|
• Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır - BİRGƏ MƏLUMAT
Bu gün, 12:34 |
|
|
|
• Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ - “Səfər baş tutmadı, ödədiyim pulu da geri qaytarmırlar”
Bu gün, 12:30 |
|
|
|
• Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? - Bu sənədlər ləğv edildi
Bu gün, 12:24 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:22 |
|
|
|
• ABŞ-də söz azadlığı: - illüziyaya çevrilən vədlər
Bu gün, 12:20 |
|
|
|
• Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir - Qazaxıstan Baş nazirinin müavini
Bu gün, 12:19 |
|
|
|
• Burdan məhsul sifariş verəndə sanki QEYBƏ ÇƏKİLİR... - GİLEY
Bu gün, 12:18 |
|
|
|
• Roşka yenidən həbs edildi
Bu gün, 12:05 |
|
|
|
• Ruslar keçmişin həsrəti ilə yaşayır - Putinin itaət formulu
Bu gün, 12:01 |
|
|
|
• Bank müdirinin məhkəməsində GƏRGİN ANLAR - TƏFƏRRÜAT
Bu gün, 11:54 |
|
|
|
• "Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki..." - Estetik klinikaların qalmaqallı sahibi məhkəməyə verilir
Bu gün, 11:51 |
|
|
|
• Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək
Bu gün, 11:40 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər - Kanat Bozumbayev
Bu gün, 11:38 |
|
|
|
• Məşhur iş adamı həbsin bir addımlığında - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:27 |
|
|
|
• Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş - Qadının avtomobilini qaçırıb
Bu gün, 11:25 |
|
|
|
• Abbas Əliyevə yeni vəzifə verildi - ƏMR
Bu gün, 11:19 |
|
|
|
• Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? - NARAZILIQ VAR...
Bu gün, 11:15 |
|
|
|
• Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:10 |
|
|
|
• İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA - dövlətin belə bir planı yoxdur...
Bu gün, 11:04 |
|
|
|
• İrəvanı qorxuya salan üç ssenari: - Mehridən Göyçəyə qədər...
Bu gün, 11:00 |
|
|
|
• Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO
Bu gün, 10:54 |
|
|
|
• Nazirlik “Laser Beauty Estetik Klinikası”nı YOXLADI: Etirazla qarşılandı və... - BAĞLANMA QƏRARI VERİLDİ...
Bu gün, 10:52 |
|
|
|
• Əhməd Əliyev həbsdə öldü
Bu gün, 10:45 |
|
|
|
• İran İrəvan və Bakıdan təhdid istəmir - erməni politoloq
Bu gün, 10:41 |
|
|
|
• Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... - FOTO
Bu gün, 10:35 |
|
|
|
• Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:32 |
|
|
|
• Ermənistanın addımı Çini qəzəbləndirdi – “Buna dözməyəcəklər”
Bu gün, 10:29 |
|
|
|
• “Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” - Svyatoslav Boqdanov
Bu gün, 10:20 |
|
|
|
• Ötən gün həlak olan əsgər barədə DETALLAR - Atası rəhmətə gedib, bir bacısı var
Bu gün, 10:18 |
|
|
|
• Muxtar Babayev direktoru vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:16 |
|
|
|
• “5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” - İş adamı şikayətçidir
Bu gün, 10:15 |
|
|
|
|