![Göyçay rayon icra hakimiyyəti başçısının qələmi qırılıb - Onun barəsində şikayətlər artıbmış Göyçay rayon icra hakimiyyəti başçısının qələmi qırılıb - Onun barəsində şikayətlər artıbmış](/uploads/posts/2014-10/thumbs/1412328142_0001.jpg)
DİA.AZ: - Son günlər barəsində vətəndaş şikayətləri artan icra başçıslarından biri kimi diqqətə gələn Göyçay RİH rəhbəri Mənsur Məmmədov yaxın günlərdə tutduğu vəzifəsindən alınacaq.
Bu barədə DİA.AZ-ı bilgiləndirən Nazirlər Kabinetindəki mötəbər mənbə iddia edir ki, Mənsur Məmmədovun yerinə hazırda Sabunçu rayonuna rəhbərlik edən Adil Vəliyevin göndərilməsi versiyası da var:
«hələlik qəti qərar verilməyib. Amma icra başçılarının gözlənilən yerdəyişmə və dəyişdirilmə dalğasında belə bir addımın atılması istisna deyil».