![Sinan Akçıl Aygün Kazımovanın mahnısını oxudu Sinan Akçıl Aygün Kazımovanın mahnısını oxudu](/uploads/posts/2018-04/1523422193_0001.jpg)
DİA.AZ: - Türkiyəli müğənni və bəstəkar Sinan Akçıl “Güzel Şeyler” adını verdiyi albomunu bu gün təqdim edib.
DİA.AZ-ın məlumatına görə, albomda türk bəstəkarlarla yanaşı Azərbaycan mahnısı da yer alıb. Belə ki, Sinan Akçıl xalq artisti Aygün Kazımovanın “Səni belə sevmədilər” adlı mahnısın oxuyub.
Sözləri Leyli Erol - İsrafilova, musiqisi isə Hakan Erola aid olan mahnıya Sinan “Seni böyle sevmediler” adını verib. Disk tezliklə “DMC” şirkətinin etiketi ilə satışda olacaq.
Qeyd edək ki, Aygün Kazımova 2012-ci ildə Türkiyənin ən tanınmış müğənni və bəstəkarı olan Sinan Akçılla iş birliyi qurub. Onunla "İkinci sen" adlı duet ifa edib.
![Sinan Akçıl Aygün Kazımovanın mahnısını oxudu Sinan Akçıl Aygün Kazımovanın mahnısını oxudu](/uploads/posts/2018-04/thumbs/1523422246_01.jpg)