
Aparıcı Zümrüd Bədəlovanın “Xəzər” TV-dəki fəaliyyəti sonlandırılıb.
“MediaPost”un məlumatına görə, o, ARB TV-nin təklifi ilə “Xəbər-ətər” proqramına aparıcı kimi dəvət edilib. Aparıcı həftəiçi 5 gün tamaşaçıların qarşısına çıxacaq.
Z.Bədəlova 2021-ci ildən səhər verilişi ilə yanaşı yeni maqazin şousu ilə də ekranda olacaq.
Qeyd edək ki, aparıcı “Xəzər” TV-də “X maqazin”, “Zümrüdlə şən bazar” kimi verilişlərdə layihə rəhbəri və aparıcı idi.