Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq .....                     Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək .....                     Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? .....                     "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" .....                     Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub .....                     Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib .....                     Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR .....                     Tramp Yunanıstandakı bazanı ləğv edir .....                     Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi .....                     Sanksiyalar siyahısında erməninin də adı var .....                     Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır .....                     “Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” .....                     Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür .....                     Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub .....                     Nəsimi rayonunda polis əməliyyatları: .....                     Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb .....                     Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır .....                     “Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” .....                     Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? .....                     Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər .....                     "Oğuz-Məişət" ASC-nin səhmdarları .....                     Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər .....                     “Buna görə bəzən övladlarım da mənə irad tutur” .....                     Deputatdan Ayaz Salayevə ağır sözlər: .....                     Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu .....                     "Rabitəbank"da yeni baş direktor təyin edilib .....                     Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur .....                     Martın 10-a qədər... .....                     2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır .....                     Zaqatalada “Makler İsa” ilə bacarmırlar .....                     Zelenski "gizli kartları" niyə açdı? .....                     MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? .....                     “Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... .....                     Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib .....                     "Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." .....                     Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır .....                     Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? .....                     Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi .....                     Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... .....                     “Aztech and Tegeta Motors”un rəhbəri dəyişib .....                 

“Hər bir kişinin ömründə mütləq bir müharibə olmalıdır”
Tarix: 3-12-2020, 08:32 | Çap et
“Hər bir kişinin ömründə mütləq bir müharibə olmalıdır”
Yazıçı, dramaturq Əli Əmirli Moderator.az-ın qonağı oldu.

Onunla söhbətimizdə tarixi qələbəmizin Azərbaycan mədəniyyətinə, ədəbiyyatına gətirə biləcəyi yeniliklərdən danışdıq.

- Əli Əmirli tarixi qələbəni necə qeyd etdi?

- Hamı kimi, böyük coşqu ilə. Bu coşqunun hislər palitrası çox zəngindir. Ağdamlı olsam da, məhz Şuşanın azad olunması, özü də əlbəyaxa döyüşlə azad olunması... bu xəbəri Ali Baş Komandanın dilindən eşidəndə bəlkə də ömrümdə ilk dəfə hönkürdüm, bir müddət gələn telefon zənglərinə cavab verə bilmədim. Şah Qacarın anası Ceyran xanım çoxdan gözlədiyi xoş bir xəbəri alanda deyir: "Ahıl yaşda belə xoşbəxtliyi sinirmək çətindir". Amma biz sinirə bildik, otuz il bundan qabaq əyilmiş qəddimiz düzəldi. Bizim nəsil indiki gənc nəsilə böyük bir Qarabağ problemi miras qoymuşdu, Qarabağsız Azərbaycan. Azərbaycan əsgəri, bu günün qəhrəmanı isə öz övladlarına Qarabağlı bütöv Azərbaycanı ərmağan edəcək. Bu, çox böyük xoşbəxtlikdir. Əlbəttə, ömrünün ən gözəl çağlarında şəhid olan gənclərimizə görə biz həm də əzab çəkirik, amma nə etməli? Evinə gəlib girən, hələ bu azmış, sənə həqarət edən düşmənə xoşgəldinmi deməliydik? Deyir hər bir kişinin ömründə mütləq bir müharibə olmalıdır. Bu müharibə şərəf davası, Vətən müharibəsi idi, bu müharibədə biz qələbə çalmasaydıq, dünya bizi uf demədən tapdalayardı, dost da üz çevirərdi, düşmən də. Nə xoşdur qalib olmaq!

- Sentyabrın 27-dən bu günə qədər yaşadıqlarımızı bir sənət adamı olaraq necə ifadə edərdiniz?

- Sənət adamı kimi deyil, sayı milyonlarla ölçülən sıradan bir azərbaycanlı kimi deyərdim, rəşadətli Azərbaycan ordusu bizi dost qınağından, qonşu tənəsindən, düşmən həqarətindən qurtardı. Dünyanın reallığı çox vaxt haqqın tərəfində deyil, gücün tərəfində dayanır, güclə hesablaşır, amma bizim qəhrəman oğullarımız öz gücü, qüdrəti ilə bütün dünyaya sübut elədi ki, haqq nazilər, üzülməz. Çünki qələbə haqqın mahiyyətindədir, o bəzən məğlub görünsə də, qalibdir. Necə ki, demokratiya örpəyinə bürünmüş, üzü üzlər görmüş qoca Avropaya bu ali həqiqəti anlatdıq. Onlar hələ də hirsdən-hikkədən çığırırlar.

- Sizcə, bu qələbə Azərbaycan ədəbiyyatında yeni bir dönəm yarada biləcəkmi?

- Ədəbiyyat, teatr, kino, şübhəsiz, həyatın, reallığın güzgüsüdür, amma bu güzgünün göstərmə qabiliyyəti nə dərəcədə bədiidir, bu başqa söhbətin mövzusudur. Əlbəttə, xalqımızın həyatında baş verən bu möhtəşəm, inqilabi qələbə ədəbiyyata təsir etməyə bilməz, amma siz deyən dönüş və ya böyük ədəbiyyatın yaranması üçün bu azdır. Ədəbiyyatda dönüşün yaranması üçün müharibənin və ya qələbənin olması həlledici ola bilməz. Əksinə, aktual mövzu çox vaxt zəif əsərlərlə ədəbiyyatı korlayır, çirkləndirir, gözdən salır, ədəbiyyatı təbliğat vasitəsinə çevirir. Ədəbiyyatın özünün sənət missiyası var, o bu missiyaya sadiq olmalıdır, dəbdə olan mövzu arxasında gizlənməməlidir.

- Necə hesab edirsiniz, bu qələbədən sonra teatrlarımızda vətənpərvərlik ruhunda hazırlanmış tamaşalar repertuardan çıxarılmalıdırmı?

- İstər vətən, istərsə də başqa mövzunun heç bir günahı yoxdur, onun təqdimatı zəifdirsə, gözəl bir hissi gözdən salırsa, mövzu neynəsin? Sizin suala gəlincə, bir az əvvəl dedim, aktual mövzu çox vaxt ədəbiyyata da, teatra da zərər vurur. Vətənpərvərlik mövzusunda tamaşaların repertuardan çıxarılması məsələsinin qələbəmizlə əlaqələndirilməsini nəzərdə tutursunuzsa, tələsməyək, hər şey məqamında həllini tapacaq. Bir halda ki, teatrlar heç tamaşa göstərmək imkanında deyil. Teatr özü bu gün heç bir cəhətdən aktual deyil.

- Adətən, bizdə beynəlxalq arenaya çıxarılası filmlərimizi və layihələrimizi daha çox xarici rejissorlara və ssenaristlərə həvalə edirlər. Sizcə xarici ssenarist və rejissorlar Qarabağ həqiqətlərini bizdən dahamı yaxşı çatdıra bilərlər?

- Bu vaxta qədər mən xarici kino mütəxəssislərinin ölkəmizin sifarişi ilə çəkdiyi filmlərin nə ölkə daxilində, nə də xaricdə böyük uğur qazandığını eşitməmişəm. Əlbəttə, peşəkar dramaturqu, məşhur rejissoru, usta operatoru böyük qonorar hesabına hansısa layihəyə cəlb etmək olar, ortaya çıxarılması ayıb olmayan film də alına bilər, amma o filmdə milli ruh olmayacaq, olmur da. Ruh olmayanda isə tamaşaçı duyğulanmır, içi titrəmir. Hollivud filmi var, orda avantürist bir rəssam Rembrandtsayağı bir portret çəkir, bütün mütəxəssislər iddia edir ki, həqiqətən bu Rembrandtın fırçasına məxsusdur, tək bir nəfər - gənc sənətşünas xanım deyir ki, bu Rembrandt deyil, "poddelkadır". Məqam düşəndə rəssam o xanımdan soruşur, sən nədən bildin bu Rembrandt deyil. Xanım cavab verir, mən Rembrandtın əsərlərinə baxanda içimdən qəribə bir titrəyiş keçir, bu portretə baxanda o titrəyiş olmadı. Sizin dediyiniz o filmlər də heç bir titrəyiş yaratmır. Ona görə də ən gözəl sifarişləri də bizim hazırda yetişməkdə olan gənc kinematoqrafçılarımıza vermək, onlara güvənmək lazımdır. O evin işığı bu evi işıqlandıra bilməz.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Bu gün, 18:00
Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Bu gün, 17:59
Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Bu gün, 17:52
"İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Bu gün, 17:50
Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Bu gün, 17:37
Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Bu gün, 17:35
Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Bu gün, 17:31
Tramp Yunanıstandakı bazanı ləğv edir
Bu gün, 17:30
Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Bu gün, 17:21
Sanksiyalar siyahısında erməninin də adı var
Bu gün, 17:15
Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Bu gün, 17:13
“Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Bu gün, 17:07
Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Bu gün, 17:02
Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Bu gün, 16:57
Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Bu gün, 16:53
Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Bu gün, 16:50
Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Bu gün, 16:48
“Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Bu gün, 16:39
Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Bu gün, 16:36
Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Bu gün, 16:33
"Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 16:32
Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər - İLGİNC FAKTLAR...
Bu gün, 16:28
“Buna görə bəzən övladlarım da mənə irad tutur”
Bu gün, 16:17
Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Bu gün, 16:12
Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Bu gün, 16:08
"Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 16:06
Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur - VİDEO
Bu gün, 16:04
Martın 10-a qədər... - Ekstrasensdən proqnoz
Bu gün, 15:39
2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır
Bu gün, 15:37
Zaqatalada “Makler İsa” ilə bacarmırlar - “200 mini Qurban Qurbanovun qardaşı vermişdi”
Bu gün, 15:17
Zelenski "gizli kartları" niyə açdı? - İNCƏLƏMƏ
Bu gün, 15:14
MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? - ARAŞDIRMA
Bu gün, 15:09
“Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... - BU DA FAKT!
Bu gün, 15:02
Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib
Bu gün, 14:49
"Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." - GİLEY
Bu gün, 14:48
Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır - Zelenski
Bu gün, 14:31
Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? - AKTUAL
Bu gün, 14:26
Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi - TƏFƏRRÜAT
Bu gün, 14:25
Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:22
“Aztech and Tegeta Motors”un rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 14:17
Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi - NÖVBƏDƏNKƏNAR YIĞINCAQ
Bu gün, 14:12
Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik - Peskov
Bu gün, 14:11
Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 14:05
"Münasibətlərdə gərginliklər ola bilər, olur da... - Amma ABŞ heç vaxt buna getməz"
Bu gün, 13:57
"Oğurluq etmə" sözünə qıcıqlandı, 2 viski oğurladı - 2 aylıq həbs olundu
Bu gün, 13:55
Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcək
Bu gün, 13:51
Misir Mərdanov rus “sektoru”ndan danışdı: - “Nazir olanda, mənim üçün çox ağır oldu”
Bu gün, 13:48
İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir - 80 min borcu var
Bu gün, 13:45
Saxta həkimlərə printerdə saxta lisenziyalar çıxarırlar – Şok gerçəklər
Bu gün, 13:42
Kiyevdə danışıqlar “yüksək tonda” keçib
Bu gün, 13:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru