
Tanınmış aparıcı Lalə Azərtaş müğənniləri tənqid edib.
Sfera.az xəbər verir ki, aparıcı sosial media hesabında öz fotolarını yayımlayanları qınayıb.
"Bilmirəm, həmkarlarıma, şou-biznes aləminə deyim, yoxsa siravi insanlara səslənim: təsəvvür edin, ən sonuncu şəhidimizi hesablasaq, 40-ı dekabrın sonunda çıxacaq. Gəlin, bu rəsmləri yığışdıraq. Mən də o qədər sevindim ki, bir-iki gün əl qaldırıb oynadım. 30 ilin həsrəti var idi. Amma o sevinci yaşadıqmı?
Şəhidlərimiz var. 40 gün açıq-saçıq şəkillər, gülüş dolu paylaşımlar etməyək. Foto paylaşıb yazırlar ki, birinci, yoxsa ikinci şəkil? Camaatın heç işi-gücü yoxdur, durub sizin fotoları seçəcək?"