2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? .....                     "O məsuliyyəti üzərimdə hiss edirəm..." .....                     Bu gün ilk çərşənbədir .....                     Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI .....                     "Birdən maşını saxlayaram, kimsə gəlib vurar..." .....                     “Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” .....                     Çarukyan bloger Bellanı həbsdən xilas etdi .....                     “Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” .....                     “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını .....                     Trampdan gözlənilməz əmr: .....                     "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?" .....                     Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar .....                     Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq .....                     Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək .....                     Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? .....                     "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" .....                     Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub .....                     Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib .....                     Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR .....                     Tramp Yunanıstandakı bazanı ləğv edir .....                     Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi .....                     Sanksiyalar siyahısında erməninin də adı var .....                     Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır .....                     “Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” .....                     Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür .....                     Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub .....                     Nəsimi rayonunda polis əməliyyatları: .....                     Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb .....                     Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır .....                     “Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” .....                     Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? .....                     Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər .....                     "Oğuz-Məişət" ASC-nin səhmdarları .....                     Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər .....                     “Buna görə bəzən övladlarım da mənə irad tutur” .....                     Deputatdan Ayaz Salayevə ağır sözlər: .....                     Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu .....                     "Rabitəbank"da yeni baş direktor təyin edilib .....                     Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur .....                     Martın 10-a qədər... .....                 

Şəhid mövzusu şou əhli üçün deyil - TELEKANALLARA ETİRAZ
Tarix: 14-12-2020, 09:59 | Çap et
Şəhid mövzusu şou əhli üçün deyil
Bəzi telekanallarda vaxtilə şou verilişlərə aparıcılıq etmiş şəxslər indi şəhid ailələri və qazilərlə bağlı verilişlərə müəlliflik edirlər. Bu isə insanlar tərəfindən ciddi narazılıqla qarşılanır.

Bəs, tanınmış jurnalistlər məsələyə necə baxır?

Şou əhli öz ənənəvi işi ilə məşğul olsun, Şəhid mövzusu onlarlıq deyil

Tanınmış telejurnalist Qulu Məhərrəmli İkinci Qarabağ savaşını işıqlandıran televiziya, radio, saytlar və qəzetləri çox diqqətli olmağa çağırıb:

“Şəhidlər mövzusu ayrıca həssalıq tələb edir. Bəzi televiziya kanallarında insan görürür ki, şou əhli, şou ilə bağlı olan insanlar hər şeydə bir tamaşa, yalançı dramatizm axtaran ekran adamları bu mövzuya toxunurlar. Hesab edirəm ki, şou əhlinin ümumiyyətlə şəhidlər mövzusuna toxunması qadağan olunmalıdır. Onlar bir başqa xətt tuta bilərlər. Yəni onlara yaxın olan mövzularda nəsə bir şey edə bilərlər.

Kimsəyə yaradıcılıq qadağası qoymaq istəmirəm. Lakin elə sərhəd var ki, onu şou əhli keçə bilməz. Bu da şəhidlər mövzusudur. Şəhidlər mövzusunun işıqlandırılmasını bizim televiziya rəhbərləri, struktur rəhbərləri, media qurumlarıın rəhbərləri bacarıqlı, istedadlı, həssas, qabiliyyətli jurnalistlərə tapşırmalıdır. Çünki bunun üçün düşünülmüş ədəbi mətn olmalıdır. Hadisələrdən biri-birinə bağlı olan hekayələr düzəldilməlidir. Bunu, düşünülmüş, emosiyanal və insan şüuruna təsir edən ağıllı bir şəkildə etmək lazımdır. Bu, şou əhlinin bacardığı bir iş deyil. Bu səbəbdən də şəhidlər mövzusunu biz müqəddəs hesab etməliyik və ona həddindən artlq həssas yanaşmalıyıq.

Bu, televiziyaların əsas borcudur. Mən bəzi televiziyalara baxıram, gözümə yaxşı süjetlər dəyir. Ondan da yaxşı etmək lazımdır. Bizim şəhidlər, qazilər, vətən müharibəsinin qəhrəmanları qarşısında edə biləcəyimiz bir iş var. O da vətən uğrunda döyüşün müqqədəsliyini, vətən uğrunda həlak olan insanların ömrünün davamını təsirli və ağıll, başqalarına nümunə olacaq bir tərzdə hekayələrdə verə bilmək. Ona görə də bu məsələni şou əhlinin öhtəsinə buraxa bilmərik. Bu bizim mətbuatımız və jurnalistikamız üçün ən həssas və ciddi mövulardan biridir. Bununla şou əhli məşğul olamlı deyil. Tamaşaçı şüurunda bəlli obrazları formalaşmış şou əhli öz ənənəvi işi ilə məşğul olsun... Şəhid mövzusu onlarlıq deyil”.

Hər şeyə şou gözü ilə baxırlar, belə ucalıqları ucuzlaşdırmaq olmaz

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, Şəhid polkovnik Raquf Orucovun xanımı Sevinc Alızadə isə düşünür ki, Şəhid ailələri hazırda həssas dönəmdə, böyük ailə itkisinin və şəxsi facilərinin içərisindədirlər:

“Şəhidlər ailəlri Azərbaycan üçün qürur, fəxarət mənbəyidir. Medianın, telekanalların onlara yanaşmasında hər cəhətdən sayğı və ehtirama diqqətlə əməl olunmalıdır. Şou veriliş aparıcılarının verilişlərinə şəhid ailələri dəvət olunursa, mütləq qaydalara əməl etməlidirlər. Cəmiyyətdə şou sahəsində oturuşmuş jurnalistlər birdən-birə şəhid mövzularına müraciət etmələri ən yumşaq şəkildə desək dəstək qazanmır, əksinə etiraz doğurur.

Bütün televiziya kanallarının rəhbərlərindən xahişimiz odur ki, şəhid ailəsinə bu mənada mütləq diqqət yetirsinlər.Verilişin adını, formatını dəyişə bilərlər. Həmin verilişin aparıcısı başqa istiqamətdə daha öncə veriliş aparıbsa, onun hörmətli qonaqları çalıb-oynayanlarımız olubsa, onun gəlib şəhid ailəsinin dərdi ilə birlikdə o acını yaşaması inandırıcı deyil.

Şəhid ailəsi həmin verilişə hörmət xətrinə gələ bilər, lakin televiziya rəhbərliyi mütləq o səpkidə yeni verilişlər yaratmalıdır. Əvvələr tamamilə başqa istiqamətlərdə mövzular açıb, geniş-geniş danışanlar şəhid ailəsindən, qazidən, Vətən mövzusunda danışın özlərini reklam etmələri normal bir hal deyil. Düzgün yanaşmırlar, yanaşmalarında səhv var. Reytinq xətrinə ağlatmağı belə həssas mövzuda sərgiləməsinlər. Ona görə də yanaşmalar dəyişməlidir. O ailələr göstərilən o münasibətə layiq deyillər. Mənim özüm şəhid ailəsiyəm. Bu acını illərdir ki, yaşayıram. Bu gün səhər-səhər Sumqayıt şəhəri Şəhidlər Xiyabanından gəldim. Orada yeni şəhid olmuş baş leytenant Elvinin məzarı üzərində onun anasının, övladının fəryadını eşitdim. O fəryadın qarşısında risk edib, o anaya təskinlik verməyə hünər tapmadım özümdə. Susdum, özümü o qədər aciz hiss etdim ki...

O ki qaldı şou aparıcısı, onlar hər şeyə şou gözü ilə baxırlar. Belə olmalı deyil. Belə ucalıqları bu şəkildə ucuzlaşdırmaq olmaz”.

Onların bəziləri milli-mənəvi dəyərlərdən, tarixi-siyasi biliklərdən, peşə və həyat təcrübəsindən uzaqdırlar

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Vəfa Aslan isə bu gün bütün media orqanlarının ürəyinin Vətən müharibəsi və onun nəticələri ilə döyündüyünü vurğulayıb.

O, qeyd edib ki, müharibə dönəmində internetə qoyulan məhdudiyyətlərə görə, auditoriya ən çox məlumat bazasına malik sosial mediadan uzaqlaşdı, yerli və xarici, əsasən də Türkiyə televiziya kanallarına üz tutdu:

“Qısa müddət ərzində yerli teleməkanda yayımlanan sosial çarxları, musiqi nömrələrini, vətənpərvərlik ruhundan olan bəzi proqramları, xüsusən də xəbər verilişlərini, onların aparıcılarının aktivliyini təqdirəlayiq hesab etmək olardı. Ancaq bu sahədə neqativ tərəflər də çox idi. Cəbhə bölgəsinə göndərilən bəzi jurnalistlərin qeyri-peşəkarlığı, müharibə cinayətinin törədildiyi bölgələrdən canlı yayımların olmaması, dəqiq məlumatların verilməməsi bunlara misal ola bilər.

Hazırda təqdim edilən proqramların çoxunun kontenti şəhid ailələri və müharibə qaziləri ilə müsahiblər, onlar haqqında reportajlar və süjetlərdən ibarətdir. Ancaq çox təəssüf ki, bu proqramlara da tənqidsiz yanaşmamaq mümkün deyil. Həmin proqramların bəziləri şou xarakteri daşıyır və aparıcılarının acısı isti, kədəri ağır olan həmin ailələrə yanaşmaları, verdikləri suallar qeyri-səmimi, məzmunsuz görünür və hazırlıqsızlıq xarakteri daşıyır. Bəli, aparıcı bir qədər soyuqqanlı olmalıdır, amma empatiya hissindən uzaq olmamalıdır. Bu ondan irəli gəlir ki, televiziya kanallarının çoxunda görkəmi gözəl olan kreativ, özgüvənli gənclərin cəlb olunması tendensiyası var. Ancaq onların bəziləri milli-mənəvi dəyərlərdən, tarixi-siyasi biliklərdən, peşə və həyat təcrübəsindən uzaqdırlar. Ona görə də belə mənzərələr ortaya çıxır. Eyni zamanda müharibə mövzulu proqramlara aidiyyatı olmayan, sadəcə cəmiyyətdə tanınan insanlar, ekspertlər, müğənnilər dəvət olunur və onların monoloqları tamaşaçılara sırınır. Tamaşaçıya səmimi, içdən gələn, təbii hisslərlə zəngin kontent gərəkdir. Düşünürəm ki, televiziya rəhbərləri bu barədə ciddi düşünməlidirlər. Peşəkar, hadisələrə düzgün yanaşma tərzinə malik vətənsevər mütəxəssislərin təcrübəsindən, həmçinin beynəlxalq təcrübədə faydalanmağa dəyər”.

Şəhid ailələri ilə bağlı verilişləri şou düşüncəsi ilə idarə etmək olmaz

Modern.az Media Grupun rəhbəri Elşad Eyvazlı qeyd edib ki, müzakirəyə çıxarılan bu mövzunun ciddi olduğu özünü açıq şəkildə büruzə verir:

“Bəzən həmin aparıcılar şou verilişlərində sənətçilərə, yaxud bu kimi insanlara hansı sualları verirdilərsə, hansı şəkildə özlərini aparırdılarsa, eyni şəkildə də şəhid ailələrinə, qazilərə yanaşırlar. Bu, açıq şəkildə hiss olunur. Belə hallar birmənalı olaraq yolverilməzdir. Hesab edirəm ki, bununla bağlı televiziya rəhbərləri ciddi addımlar atmalıdırlar.

Buradan televiziya rəhbərlərinə müraciət edirəm. Şəhid ailələri ilə bağlı verilişləri bu şəkildə, şou düşüncəsi ilə idarə etmək, belə həssas mövzunu şouya çevirmək qətiyyən olmaz”.

E. Eyvazlı söyləyib ki, Modern.az olaraq bununla bağlı monitorinqə başlanacaq:

“Hər bir telekanalda bu məsələ ilə bağlı monitorinqin nəticəsini ortaya qoyacağıq. Bu monitorinqə teletənqidçilər cəlb olunacaq”.
//Modern.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? - AKTUAL
Bu gün, 00:12
"O məsuliyyəti üzərimdə hiss edirəm..."
Bu gün, 00:09
Bu gün ilk çərşənbədir
Bu gün, 00:07
Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI - BU NƏDİ BELƏ?..
Bu gün, 00:02
"Birdən maşını saxlayaram, kimsə gəlib vurar..."
Dünən, 23:23
“Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
Dünən, 23:21
Çarukyan bloger Bellanı həbsdən xilas etdi – Necə?
Dünən, 23:17
“Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Dünən, 19:00
“Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 18:58
Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Dünən, 18:30
"O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Dünən, 18:15
Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Dünən, 18:14
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Dünən, 18:00
Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Dünən, 17:59
Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Dünən, 17:52
"İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Dünən, 17:50
Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Dünən, 17:37
Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Dünən, 17:35
Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 17:31
Tramp Yunanıstandakı bazanı ləğv edir
Dünən, 17:30
Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Dünən, 17:21
Sanksiyalar siyahısında erməninin də adı var
Dünən, 17:15
Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Dünən, 17:13
“Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Dünən, 17:07
Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Dünən, 17:02
Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Dünən, 16:57
Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Dünən, 16:53
Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Dünən, 16:50
Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Dünən, 16:48
“Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Dünən, 16:39
Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Dünən, 16:36
Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Dünən, 16:33
"Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 16:32
Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər - İLGİNC FAKTLAR...
Dünən, 16:28
“Buna görə bəzən övladlarım da mənə irad tutur”
Dünən, 16:17
Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Dünən, 16:12
Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Dünən, 16:08
"Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Dünən, 16:06
Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur - VİDEO
Dünən, 16:04
Martın 10-a qədər... - Ekstrasensdən proqnoz
Dünən, 15:39
2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır
Dünən, 15:37
Zaqatalada “Makler İsa” ilə bacarmırlar - “200 mini Qurban Qurbanovun qardaşı vermişdi”
Dünən, 15:17
Zelenski "gizli kartları" niyə açdı? - İNCƏLƏMƏ
Dünən, 15:14
MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? - ARAŞDIRMA
Dünən, 15:09
“Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... - BU DA FAKT!
Dünən, 15:02
Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib
Dünən, 14:49
"Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." - GİLEY
Dünən, 14:48
Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır - Zelenski
Dünən, 14:31
Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? - AKTUAL
Dünən, 14:26
Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi - TƏFƏRRÜAT
Dünən, 14:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru