
Belarusda CM-in 5 maddəsi - irqi, milli, dini nifrət və ya nifaq salma, müharibə təbliğatı, böhtan, hakimiyyət nümayəndəsini təhqir etmə, təhdid – ilə təqsirləndirilən və həbs edilən bloger Bella (Babaxanyan) azadlığa çıxıb.
Axar.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Bildirilir ki, onun azadlığa çıxmasına erməni iş adamı, Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyan nail olub.
“Qagik Çarukyan vəziyyəti anlamaq, riskləri düzgün qiymətləndirmək, hüquqi və digər dəstəyi yerindəcə təşkil etmək üçün bütün mümkün və mövcud üsullardan, diplomatik kanallardan, şəxsi və insani əlaqələrdən istifadə etməyi özünə borc bildi”, - Çarukyanın mətbuat katibi qeyd edib.
Çarukyan Bellanı xilas etmək üçün Belarusa gedib və onu özü ilə Ermənistana gətirib.
Qeyd edək ki, Çarukyanın Belarus lideri Aleksandr Lukaşenko ilə şəxsi münasibətləri var. Bir neçə il öncə Lukaşenko İrəvana səfər edərkən Çarukyanın evində qalmışdı.
Xatırladaq ki, Bella azərbaycanlılara qarşı təbliğatları ilə tanınır. Onun Belarusda həbs edildikdən sonra Azərbaycana ekstradisiya edilə biləcəyi barədə bloger Aleksandr Lapşin yalan iddia yaymışdı.