
Cəlilabad rayon sakini Azad Abışov deyir ki, ailə üzvləri 5 nəfərdən ibarətdir. Ailədə işləyən şəxs yalnız özüdür, günəmuzd işləyərək çox çətinliklə ailəsini dolandırır.
"DİA-AZ"ın məlumatına görə, şikayətçi deyir ki, normal bir işlə təmin olunması üçün dəfələrlə Məşğulluq İdarəsinə və Cəlilabad rayonunun icra başçısı Rafiq Cəlilova müraciət edib, lakin bu günə qədər onun işlə təmin olunmasına kömək etməyiblər.
Acınacaqlı vəziyyətdə olduğunu qeyd edən Abışov aidiyyatı qrumlardan ona kömək etmələrini xahiş edir.