Cümə, 28 fevral 2025, 11:30:37  
   Lotu Qulinin yaxın dostu olan "qanuni oğru" həbsxanada xərçəngə tutuldu .....                     Jurnalist Fatimə Mövlamlı “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb .....                     Mübariz Mənsimovla keçmiş katibəsi arasında çəkişmə .....                     Xaçmazın icra başçısı 75 illik yubileylərini qeyd edən şairləri mükafatlandırıb .....                     "İranda qeyri-fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır" .....                     Paşinyan reallıqların fərqində olsa da... .....                     Demokratiyanın dəfni və ya: .....                     Sabiq bələdiyyə sədrinin yeni əməlləri üzə çıxdı .....                     Pensiya ilə bağlı qalmaqal: .....                     Tıxaclar aradan qalxar, .....                     Paşinyan Ermənistan konstitusiyasının preambulasının mətnini dəyişdirməyi planlaşdırır .....                     Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? .....                     42 milyonun yarısı digər hesaba köçürüldü .....                     Matvienko Bakıya gələcək .....                     7 milyon pul, başı yarılmış FTX zabiti .....                     Bəzi yerlərdə arabir qar yağacağı gözlənilir .....                     "Çoxsaylı müharibələr görmüş Cənubi Qafqazda .....                     Vüqar Qurbanovun işdən çıxardığı baş həkimə yüksək vəzifə verildi .....                     Nərimanovdakı ağacların köçürüləcəyi deyilsə də, kəsildi .....                     “Unibank” ən pis bankdır .....                     Paşinyanın yeni layihəsi: .....                     Azərbaycanı Suriyada bu diplomat təmsil edəcək .....                     Adil Əliyev birinci Qarabag müharibəsi əlilindən Yeni Suraxanıda nə istəyir .....                     “Aztelekom”un 7 kənddə internet kabelləri yoxa çıxıb .....                     Dövlət Agentliyinin sədri özünə müşavir təyin edib .....                     Öcalan terrorçularına tərksilah əmri verdi: ona qulaq asacaqlarmı? .....                     24 minlik alimenti ödəmədi .....                     Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir .....                     Aybəniz İsmayılovanın ADY-dəki qohumları .....                     “Hökumətin pulunu götürürlər, film çəkirlər, bunun adı…” .....                     Ukrayna F-16-ları daha təhlükəli missiyalara keçir .....                     Naxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlama aparılır .....                     Qızıl rekordları yeniləyir: qiymət niyə artır? .....                     Gürcüstandakı protestlər İrəvandan maliyyələşdirilib .....                     İranı nə Pezeşkian, nə də Xamanei idarə edir .....                     Molla rejiminin panfarsçı millət vəkilləri qanun layihəsinin qəbulunu əngəllədilər .....                     Şuşada buzlaşan yolların açılması üçün 115 ton duz bəs etməyib? .....                     Rusiyada daşınmaz əmlak bazarının azərbaycanlı “kralları” .....                     "Karvan 2002"nin satış müdiri 71 min mənimsəyib .....                     Paşinyanın mətbuat katibinə 50 min dollar ziyan dəyib .....                 

Muğamdan qorxanlar üçün... antidepressant - replika
Tarix: 11-10-2023, 16:17 | Çap et
Muğamdan qorxanlar üçün... antidepressant
Əslində muğam - geniş anlayışdır. Necə deyərlər, orqanik olaraq, bütöv, harmonik bir sistemdir. Muğamın depressiya yaratması fikri ilə razı deyiləm. Bu cür fikirlər xeyli yayğın olduğuna görə ayrıca bir yazı ilə öz mülahizələrimi bölüşmək istədim.

Əvvəla, baxır ifaya. Soruşuram: hansı Azərbaycanlı Seyid Şuşinskinin "Arazbarı"sını dinləyən kimi dərhal gedib, özünü Xəzər dənizində boğub?! Alim Qasımovun "Rahab"ından sonra kim özünü "Alov qüllələri"dən yerə atıb?! Kim Yaqub Məmmədovun "Rast" dəstgahına qulaq asanda o qədər əfkara qapılıb ki, otağa çəkilib, qapını bağlayıb və... balışa ağlayıb?! Arif Babayevin "Segah"ından təsirlənib xarakiri edən çoxmudur?!

İkincisi, muğamın içində müxtəlif ritmlər, çalarlar - təsniflər, rənglər, diringələr var. Ayrıca zərb muğamları da var axı. Ağzımızda "zərb muğamı" deyirik!

Amma əsas muğamların - Segah, Bayatı-Şiraz, Rast, Çahargah, Hümayun, Şur, Şüştər dəstgahlarının içində də ritmik hissələr var. Bayaq sadaladım. Ona qalsa, gərək aşıq musiqisinə də qulaq asmayaq. İndi neyləyək?! "Ruhani" havasını qadağan edək?!

Muğam başqa klassik sənət örnəklərimiz kimi bizi birləşdirən dəyərlərdəndir. Ana dilimiz, Vətən torpağı, istiqlalçılıq təfəkkürü, "Dədə Qorqud" dastanı, Qobustan rəsmləri... bizi necə bir nöqtədə birləşdirir, identikləşdirirsə, muğamın Azərbaycan versiyası da eləcə. Bizi birləşdirən dəyərlərə niyə hücum edirik?! Anlamıram.

Bir zamanlar postmodernist yazarlar bu fənddən erkən məşhurluq üçün çox istifadə edirdi. İndi yenə də dirçəlir bu "ənənə". Belə görünür.

Azərbaycanın dünyaya səs salmış alimləri, şairləri, filosofları, sənətçiləri muğamın xiridarları, vurğunları olub. Nəsimini, Füzulini, Nəbatini, Seyid Əzimi, Sabiri, Vahidi... daha çox muğamla tanımamışıqmı?! Muğamda tapmamışıqmı?!

Biri yazır ki, muğam milləti yatızdırır?! Muğam milləti yatızdırsaydı, intonasiya yaddaşı muğamata köklənmiş Qarabağdan Rafiq Əliyev, Xudu Məmmədov, Məmməd Xələfov kimi alimlər çıxmazdı. Onları şəxsən tanıdığım üçün adlarını çəkdim və bilirəm ki, muğamı sevən, dinləyən insanlardır. Muğam bizi yuxuya versəydi, onlar da yatardı. Belə böyük elm xadimləri yetişməzdi. Şirvanda da yetişməzdi, Gəncədə də, Bakıda da, Şəkidə də...

Deyirsən ki, muğam yatızdırır.

Adama deyərlər: sən muğam dinləmirsən, bəs niyə yatmısan?! Ətrafında baş verən taleyüklü hadisələrə, ölkədəki, dünyadakı vəziyyətə dair bir dişə dəyən paylaşımı olmayanlar - fil qulağında istirahət edənlər də deyir ki, muğam milləti yuxuya verib?!

Hamıya aid deyil, təbii ki.

Muğam millətə zərərli olsaydı, Üzeyir bəy Hacıbəyli kimi milli qeyrətli düha gözünün nurunu töküb, o boyda musiqi xəzinəsini nota köçürməzdi?! Üzeyir bəyin operaları muğam üstündə deyilmi?! Niyə sevilib bu qədər?! Sevilməzdi də.

Yaxud meydanlarda yüzminlərlə insan "Koroğlu" operasının üvertürası ilə bir yumruğa dönürdü. Muğam üstündə deyilmi bu?! Milli-azadlıq hərəkatı zamanı insanları ayağa qaldırıb nümayişlərə çıxaran, ruhunu bədənində cövlan etdirən marşı "Heyratı" zərb muğamının melodiyası ilə hayqıran biz deyildikmi?! Qarabağı unutdurmayan və bizi torpaqlarımızın azad olunmasına onillər boyu çağıran "Qarabağ şikəstəsi" deyildi ki?! Ən ümidsiz - Şuşasız günlərimizdə belə konsertlərin lap sonunda "Qarabağ şikəstəsi" oxunanda hamı ayağa qalxıb alqışlamırdı?! Yaxud "Qarabağ bülbülləri"nin ifasında - uşaq səsində "Bayatı-Şiraz" səslənəndə, itirdiyimiz torpaqlar, arxada buraxıb gəldiyimiz xatirələr üçün ürəyimiz titrəmirdimi?! Göz yaşı axıtmırdıqmı?! İşğalçıya qəzəbimiz körüklənmirdimi?! Qanımız damarımızda oynamırdımı?! 44 günlük müharibənin melodik rəmzinə çevrilən "Xudayar" təsnifinə nə deyirsiniz?! Bu ki caz, rok, pop... deyil.

Caz demişkən, Vaqif Mustafazadə cazı muğamla sintez edib, bizi dünyaya mədəni millətlərdən biri kimi tanıtmamışdımı?!

Adama deyərlər, muğamı sevmirsən, dinləmirsən, onda niyə yuxulayırsan?! Niyə depressiyadan əziyyət çəkirsən?!

Kimsə yuxulamaq üçün muğamı bəhanə edirsə, o başqa. Yaxud öz depressiv ruh halına səbəb göstərmək üçün muğamı seçirsə...

Dələduzluğa görə yatıb çıxmış və... TV kanalına çıxmış falabaxan aparıcını dinləyəndə, bəstəkar-müğənni "şairə"sinin başındakı çalağan yuvasını görəndə, efirlərdən sosial ağlaşma proqramlarını izləyəndə, hərşeyşünasların və vətənşüvənlərin meydan suladığına baxanda, adını "politoloq" qoymuş və milləti loxlayan politoloxları seyr edəndə... depressiyaya düşmürüksə, narahat olmayın, muğam eşidəndə də düşmərik. Tüğyan edən korrupsiyadan, pozulan hüquqlardan, yeyilən haqlardan, məmur özbaşınalığından, ceyran belinə qalxmış dükan-bazar qiymətlərindən... depressiyaya düşüb ölməmişiksə, deməli, muğamatdan heç qorxmağa dəyməz!

Ayrıca muğamdan çox qorxanlar istəsələr, bu mətni antidepressant kimi də qəbul edə bilərlər.

...Mən musiqiçi deyiləm. Muğam bilicisi heç deyiləm. Sadəcə, Qarabağda muğamın sədaları altında böyümüşəm. Milliyyətcə Azərbaycan türkü, coğrafiyaca Azərbaycanlıyam. Bu yazdıqlarım mənim şəxsi düşüncələrimdir. Yanlış şərh etmiş ola bilərəm; fikirlərim mübahisəyə, təbqidə, təbii ki, açıqdır. Ancaq bir fikrimi təkrarlayaraq bu yazını yekunlaşdırıram: muğam da bizi birləşdirən dəyərlərdən biridir. Bizi birləşdirən dəyərləri zədələməyək. Əgər biz... bizdən qopmaq istəmiriksə.

Məncə, bunu istəmirik və istəmərik də.

Elə deyilmi?!

Bahəddin Həzi, Bizimyol.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lotu Qulinin yaxın dostu olan "qanuni oğru" həbsxanada xərçəngə tutuldu
Bu gün, 15:29
Jurnalist Fatimə Mövlamlı “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Bu gün, 15:26
Mübariz Mənsimovla keçmiş katibəsi arasında çəkişmə - Məhkəmə qərar verdi
Bu gün, 15:17
Xaçmazın icra başçısı 75 illik yubileylərini qeyd edən şairləri mükafatlandırıb - FOTO
Bu gün, 15:12
"İranda qeyri-fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır" - BU FAKTDIR...
Bu gün, 14:02
Paşinyan reallıqların fərqində olsa da... - vaxt qazanmağa çalışır
Bu gün, 14:00
Demokratiyanın dəfni və ya: - “Bu, tamamilə iyrəncdir”
Bu gün, 13:58
Sabiq bələdiyyə sədrinin yeni əməlləri üzə çıxdı - “Məqsədim kəndə yaxşılıq etmək idi”
Bu gün, 13:14
Pensiya ilə bağlı qalmaqal: - “Necə müəyyən olunacaq ki, kişi arvadını işləməyə qoymayıb?”
Bu gün, 13:10
Tıxaclar aradan qalxar, valideynlərin də yükü azalar
Bu gün, 13:05
Paşinyan Ermənistan konstitusiyasının preambulasının mətnini dəyişdirməyi planlaşdırır
Bu gün, 13:04
Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? - Qənirə Ataşova sensasion sənədlər yaydı
Bu gün, 13:02
42 milyonun yarısı digər hesaba köçürüldü – “şlyapa Zahid”in MƏHKƏMƏ İŞİ
Bu gün, 12:59
Matvienko Bakıya gələcək
Bu gün, 12:58
7 milyon pul, başı yarılmış FTX zabiti – Bakılı milyonçunun MƏHKƏMƏ İŞİ
Bu gün, 12:55
Bəzi yerlərdə arabir qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52
"Çoxsaylı müharibələr görmüş Cənubi Qafqazda üçüncü tərəfin iştirakı olmadan sülh əldə edilə bilər"
Bu gün, 12:47
Vüqar Qurbanovun işdən çıxardığı baş həkimə yüksək vəzifə verildi - ƏMR
Bu gün, 12:38
Nərimanovdakı ağacların köçürüləcəyi deyilsə də, kəsildi - VİDEO
Bu gün, 12:33
“Unibank” ən pis bankdır – Müştərilər belə deyir...
Bu gün, 12:30
Paşinyanın yeni layihəsi: - Ermənistanın ərazisi 9 kvadrat km-dir!
Bu gün, 12:21
Azərbaycanı Suriyada bu diplomat təmsil edəcək
Bu gün, 12:05
Adil Əliyev birinci Qarabag müharibəsi əlilindən Yeni Suraxanıda nə istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:52
“Aztelekom”un 7 kənddə internet kabelləri yoxa çıxıb - 37 minlik ziyana görə həbs edilən var
Bu gün, 11:45
Dövlət Agentliyinin sədri özünə müşavir təyin edib - ƏMR
Bu gün, 11:42
Öcalan terrorçularına tərksilah əmri verdi: ona qulaq asacaqlarmı? - AKTUAL
Bu gün, 11:41
24 minlik alimenti ödəmədi - ikinci dəfə həbs edildi
Bu gün, 11:37
Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir - İLGİNC FAKTLAR...
Bu gün, 11:31
Aybəniz İsmayılovanın ADY-dəki qohumları - SİYAHI
Bu gün, 11:25
“Hökumətin pulunu götürürlər, film çəkirlər, bunun adı…” - Tanınmış rejissordan ciddi tənqid
Bu gün, 11:20
Ukrayna F-16-ları daha təhlükəli missiyalara keçir - "Forbes"
Bu gün, 11:18
Naxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlama aparılır - AÇIQLAMA
Bu gün, 11:16
Qızıl rekordları yeniləyir: qiymət niyə artır? - ARAŞDIRMA
Bu gün, 11:14
Gürcüstandakı protestlər İrəvandan maliyyələşdirilib - Moskva
Bu gün, 11:03
İranı nə Pezeşkian, nə də Xamanei idarə edir – Əsas sima odur!
Bu gün, 11:01
Molla rejiminin panfarsçı millət vəkilləri qanun layihəsinin qəbulunu əngəllədilər - gözləniləni BU İDİ...
Bu gün, 10:58
Şuşada buzlaşan yolların açılması üçün 115 ton duz bəs etməyib? – Yenə duz alınır
Bu gün, 10:55
Rusiyada daşınmaz əmlak bazarının azərbaycanlı “kralları” - SİYAHI
Bu gün, 10:50
"Karvan 2002"nin satış müdiri 71 min mənimsəyib - Şirkət rəhbəri də dindirildi
Bu gün, 10:48
Paşinyanın mətbuat katibinə 50 min dollar ziyan dəyib - KİV
Bu gün, 10:45
İlhamə xanımın BUFET YEYİNTİSİ... - Dövlətə vergi belə vermir...
Bu gün, 10:44
Xəstəxananın sanitar qovşağında doğub körpəsini öldürmək istəyən qadınla bağlı TƏFƏRRÜAT
Bu gün, 10:32
"Cənab Prezident, Vidadi İsayevin qohumları bizi qırır" - Bərdədən ŞOK MÜRACİƏT
Bu gün, 10:29
İdxal olunan velosipedlərin 99,8%-i Çindən gətirilib – Dəyəri 43 manat olub
Bu gün, 10:17
Əvvəlcə Zəngəzur, sonra Göyçə məsələsi ortaya çıxa bilər - GƏLİŞMƏ
Bu gün, 10:10
Qayınata ona “başın üçün deyil” bildirən kürəkənini döydü - TƏFƏRRÜAT
Bu gün, 10:08
İttihamlar təsdiqini tapmır, vəkillərin vəsatətləri isə rədd edilir – ELDAR HƏSƏNOVUN QIZI
Bu gün, 09:56
Azərbaycanlıları saxta qeydiyyata salan kişiyə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 09:50
Eduard Məmmədova vəzifə verildi - FOTO
Bu gün, 09:48
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında... - Ekspert danışır...
Bu gün, 09:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru