Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış .....                     “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu .....                     Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: .....                     “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib .....                     Nazirlik Salyan rayonunda 103 minə .....                     Üzeyirin 3 övladı var imiş .....                     Kukla teatrına müdir düzəldən rəis .....                     “Oktyabrdan bəri maaşımızı vermirlər” .....                     Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib .....                     Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri .....                     "Hər yoldan ötənə medal verilməməlidir" .....                     Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib .....                     Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib .....                     ETSN təftiş olundu VƏ... .....                     Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb .....                     Ermənistan Qərbin əlində oyuncağa çevrilib .....                     Pensiyamız da “özəlləşəcək”: .....                     Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi .....                     Əyalət mollasından yeni sərsəmləmə .....                     Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı .....                     Bakıdakı marketdə eşşək südü satılır .....                     Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır .....                     Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ .....                     Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? .....                     Şimal-qərb küləyi əsəcək .....                     ABŞ-də söz azadlığı: .....                     Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir .....                     Burdan məhsul sifariş verəndə sanki QEYBƏ ÇƏKİLİR... .....                     Roşka yenidən həbs edildi .....                     Ruslar keçmişin həsrəti ilə yaşayır .....                     Bank müdirinin məhkəməsində GƏRGİN ANLAR .....                     "Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki..." .....                     Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər .....                     Məşhur iş adamı həbsin bir addımlığında .....                     Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş .....                     Abbas Əliyevə yeni vəzifə verildi .....                     Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? .....                     Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir .....                     İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA .....                 

““Medera hospital”ı mən ancaq pis əməllərinə görə tanıyıram” - ETİRAZ
Tarix: 24-07-2024, 12:34 | Çap et
““Medera hospital”ı mən ancaq pis əməllərinə görə tanıyıram”
“Ağadadaş Ağayev telefonla mətbuata danışıb. Gördüm ki, səsi yaxşıdır, gümrahdır. Özü ilə danışa bilməmişəm, telefonu açmır. Ola bilər, istintaq getdiyi üçün deyilib ki, hələ açıqlama vermək olmaz. Mən dünən mətbuata müsahibə verdim, amma hələ heç nəyə baxmamışdım, jurnalistlərdən eşitmişdim. Sonra hadisənin videosuna baxdım, dəhşətə gəldim ki, necə bir biabırçılıq baş verib. Ağadadaş Ağayev xəstə adamdır. Hospitalın qarşısında müəyyən mübahisə olub, axı sonra Ağadadaş maşına tərəf gedir, geri çəkilir. Bu vəhşi isə yenidən onun arxasınca gedir. Amansızcasına! Elə bil faşistdir. Tutaq ki, Ağadadaş heç kim deyil, axı yaşlı insandır, hər gün o hospitala gedir, əməliyyat olunur, müalicə alır. Sən bu adamın səhhətini də, yaşını da, statusunu da bilirsən. Yıxılan adamı təpikləmək... Heç faşistlər də bunu etmirdilər, adamı ayağa qaldırıb sonra güllələyirdilər. Bu insanın vəhşiliyinə mat qaldım. Güman etdim ki, həmin mühafizəçinin bacardığı ancaq qolu zorluluqdur. Yəqin ki, ayrı iş bacarmır, buna görə də gözətçi işləyir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.

O, məlum hadisə ilə bağlı videonun yayılmasına da etiraz edib: “Polisdən icazəsiz videonu kim yayıb? Cinayət Məcəlləsinə uyğun olaraq "MedEra Hospital"ın işi mütləq araşdırılmalıdır. Çünki o hospitalın adının dəfələrlə cinayət məsələlərində, rüşvətxorluqda, kobudluqda hallandığının şahidi olmuşam. Bu hospitalı mən ancaq pis əməllərinə görə tanıyıram. Hadisə isə son pik hədd oldu. İş işdən keçəndən sonra deyirlər ki, guya mühafizəçinin bunlara dəxli yoxdur. Necə dəxli yoxdur ki, hospitalın qarşısında dayanıb? Ola bilər, əmək müqaviləsi bağlamayıblar, buna görə belə deyirlər. Elə bu da bir inzibati xətadır. Polis orqanları bu məsələ ilə ciddi maraqlanmalıdır. Yəqin ki, detallı araşdıracaqlar. Videonu yayan şəxsi də mütləq tapmalıdırlar. Həm də adımıza ləkədir, çünki düşmənlər də baxır. Ağadadaş videoda qulağı sarıqlıdır. Ankoloji xəstəliyi bir yana qalsın, hadisədən əvvəlki gün mühafizəçinin gözü qarşısında qulağından əməliyyat olunub. Sonra verilişlərdən birində "MedEra Hospital"ın açıqlamasını eşitdim. Elə danışdılar ki, guya heç nə baş verməyib, bütün bunlar hospitalın gözü qarşısında olmayıb. Videoda da görürük, hətta mühafizəçi ilə Ağadadaşı ayıranlar da “xala xətrin qalmasın” deyə ayırırlar. Bu vəhşi yenidən Ağadadaşın üstünə cumur. Mən orada olsaydım, baltanı onun başına çırpardım ki, ay bala, daha bu adam yıxılıb də, hara üstünə gəlirsən? Yenidən Ağadadaşın başına təpik vurmaq... Çox vaxt deyirik ki, Azərbaycan mentaliteti, müsəlman mədəniyyəti. Mən bunu nə azərbaycanlıya oxşatdım, nə də müsəlmana. O adamı tanımıram, amma hərəkətləri ilə bunu göstərdi. El dili ilə desək, yəqin ki, onun cavabından Ağadadaş dəli olub. Mühafizəçidən xahiş edib, tibb bacısını dəvət etsin, o da elə cavab verib ki, Ağadadaş ev paltarında, ayaqyalın gəlib. Xəstə, ağrılar içində qovrulan adama elə söz deyilsə, onun halını təsəvvür edin”.

B.Vəziroğlu sosial şəbəkələrdə mühafizəçini müdafiə edənlərə isə belə cavab verib: “Videoda da görünür ki, Ağadadaş baltanı uzaqdan atır. Hiss olunur ki, hədə-qorxu gəlmək üçün edib. İstəsəydi, gəlib elə yaxından baltanı mühafizəçinin təpəsinə çırpardı. Bu nüansı nəzərə almaq lazımdır. Baltanın atılmağı öldürmək cəhdi deyil. Öldürən adam 50 metrdən balta atar? Yəqin ki, affekt halında olub, qapının ağzında əlinə balta keçib. Atıb ki, hirsini soyutsun. Əlindəki daş, ağac parçası da ola bilərdi. İnanmıram ki, Ağdadaşın düşünülmüş şəkildə öldürmək cəhdi olub. Çobanlar qoyunu qaytarmaq üçün çomağı atırlar, Ağadadaş da baltanı o tərzdə atıb. Əhmədin hadisəsində gördük, necə planlı şəkildə ailə üzvlərini baltaladı. Böyük ssenari qurmuşdu. Bu hadisədə isə ssenari yoxdur. Ağadadaşı 50 ildir, tanıyıram. Hətta o, məclislərdə davaları yatırdan tərəf olub. Kiminsə sözü düşəndə zarafata salıb. Onun yaxşı yumor hissi var”.

B.Vəziroğlu Ağadadaş Ağayev barəsində yayılan xəbərlər arasında onun içkili vəziyyətdə yıxılıb qulağını yaralaması iddialarını da cavabsız qoymayıb: “Ağadadaş necə içə bilər? Cavanlığında içirdi, o da yalandan içənlərə qoşulurdu. İndi xəstədir, içməyə halı var? Yazırlar ki, içkili olub. İçkili halda yıxılan adamın qulağı, ayağı sınır, qolu burxulur? Tutaq ki, belə bir variant var, qulağı niyə elə olsun? Yəqin, ya yara çıxıb, ya nəsə dəyib əzilib. Hamısı araşdırılmalıdır. Yazılanlara inanmıram. Bu adam gecə-gündüz dərman içir. Dərmanla içki uyğun gəlmir. Hamısı nağıldır. Hələ mühafizəçi polisə birinci müraciət edib. Təcavüzkar! Yəqin ki, onu başa salıblar. Düşünürəm ki, "MedEra Hospital" özünü sığortalamaq üçün tez mühafizəçini polisə göndərib. Çünki biliblər ki, bəlanın kölgəsi birinci hospitalın üstünə düşəcək. Ayırmaq istəsəydilər, ürəkdən ayırardılar. Yalandan yox. Sonra mühafizəçini buraxırlar ki, yenidən Ağadadaşı təpikləsin. Əlini qaldırıb, təslim olan adamı o cür vəhşicəsinə döymək, işgəncə vermək olmaz. Birincisi, bu, Allaha da xoş getməz. Düşünürəm, polisə də xoş getmir. Çünki məsələ çox böyüyüb. Ağadadaş sıradan adam deyil. O, Vətəninə, dövlətçiliyinə sadiq, dostluqda da möhkəm insandır. Kim bilməsə də, mən bunu bilirəm. Artıq cinayət işi açılıb, inanıram ki, əsl cinayətkar məlum olacaq”.

O, Ağadadaş Ağayevin hazırda harada olması barədə suallara da aydınlıq gətirib: “Rəsmi məlumat belə oldu ki, Cəlilov saxlanılıb. Ağadadaşı niyə saxlasınlar? Döyülən, yerdə köməksiz, çarəsiz vəziyyətdə qalan Ağadadaşdır. Axı heç saxlanılması barədə məlumat da yoxdur. Mən də hər şeyi mətbuatdan oxuyub, analiz edirəm. Cinayət işinə görə, ictimai təhlükəsi olan adamı həmin dəqiqə saxlayırlar. Ağadadaş harada ictimai təhlükə törədir ki? İstənilən vaxt gedib ifadə verəcək. Hüquq-mühafizə orqanları nə qərar çıxaracaqsa, o da olacaq. Telefonla danışıbsa, deməli, evdədir. “Türmə”dən telefonla danışmırlar ki”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Bu gün, 17:09
“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Bu gün, 17:08
Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Bu gün, 17:04
“Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Bu gün, 16:58
Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Bu gün, 16:48
Üzeyirin 3 övladı var imiş
Bu gün, 16:45
Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Bu gün, 16:43
“Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Bu gün, 16:39
Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Bu gün, 16:35
Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Bu gün, 16:32
"Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 16:25
Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Bu gün, 16:23
Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Bu gün, 16:00
ETSN təftiş olundu VƏ... - DETALLAR
Bu gün, 15:55
Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Bu gün, 15:44
Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Bu gün, 14:00
Pensiyamız da “özəlləşəcək”: - "Ödədiyimiz pul pensiya yaşına qədər “ölür”..."
Bu gün, 13:58
Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Bu gün, 13:09
Əyalət mollasından yeni sərsəmləmə
Bu gün, 13:04
Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Bu gün, 12:58
Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Bu gün, 12:39
Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır - BİRGƏ MƏLUMAT
Bu gün, 12:34
Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ - “Səfər baş tutmadı, ödədiyim pulu da geri qaytarmırlar”
Bu gün, 12:30
Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? - Bu sənədlər ləğv edildi
Bu gün, 12:24
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:22
ABŞ-də söz azadlığı: - illüziyaya çevrilən vədlər
Bu gün, 12:20
Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir - Qazaxıstan Baş nazirinin müavini
Bu gün, 12:19
Burdan məhsul sifariş verəndə sanki QEYBƏ ÇƏKİLİR... - GİLEY
Bu gün, 12:18
Roşka yenidən həbs edildi
Bu gün, 12:05
Ruslar keçmişin həsrəti ilə yaşayır - Putinin itaət formulu
Bu gün, 12:01
Bank müdirinin məhkəməsində GƏRGİN ANLAR - TƏFƏRRÜAT
Bu gün, 11:54
"Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki..." - Estetik klinikaların qalmaqallı sahibi məhkəməyə verilir
Bu gün, 11:51
Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək
Bu gün, 11:40
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər - Kanat Bozumbayev
Bu gün, 11:38
Məşhur iş adamı həbsin bir addımlığında - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:27
Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş - Qadının avtomobilini qaçırıb
Bu gün, 11:25
Abbas Əliyevə yeni vəzifə verildi - ƏMR
Bu gün, 11:19
Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? - NARAZILIQ VAR...
Bu gün, 11:15
Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:10
İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA - dövlətin belə bir planı yoxdur...
Bu gün, 11:04
İrəvanı qorxuya salan üç ssenari: - Mehridən Göyçəyə qədər...
Bu gün, 11:00
Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO
Bu gün, 10:54
Nazirlik “Laser Beauty Estetik Klinikası”nı YOXLADI: Etirazla qarşılandı və... - BAĞLANMA QƏRARI VERİLDİ...
Bu gün, 10:52
Əhməd Əliyev həbsdə öldü
Bu gün, 10:45
İran İrəvan və Bakıdan təhdid istəmir - erməni politoloq
Bu gün, 10:41
Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... - FOTO
Bu gün, 10:35
Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:32
Ermənistanın addımı Çini qəzəbləndirdi – “Buna dözməyəcəklər”
Bu gün, 10:29
“Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” - Svyatoslav Boqdanov
Bu gün, 10:20
Ötən gün həlak olan əsgər barədə DETALLAR - Atası rəhmətə gedib, bir bacısı var
Bu gün, 10:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru