Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                     Arabir duman, zəif çiskin olacaq .....                     Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib .....                     NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? .....                     Rusdilli məktəblər ləğv olunmalıdır? .....                     Niyazi Mehdidən xəbər var .....                     61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır .....                     Rusiyadan şok “real Ermənistan” etirafı .....                     `KİTAYSKİ` SÜNİ İNTELLEKT... .....                     Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək .....                     Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib .....                     Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... .....                     Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... .....                     Paşinyan yenə “atı arabanın dalına” bağladı .....                     Bakının atacağı YÜK... .....                     Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib .....                     "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." .....                     Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir .....                     Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... .....                     “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” .....                     5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... .....                     Sağlam olmayan KİBERÇƏTİRİMİZ... .....                 

"Kraliça Yelizavetanın xarakteri mənim öz xarakterimlə tam əksdir"
Tarix: 2-04-2014, 09:14 | Çap et
"Kraliça Yelizavetanın xarakteri mənim öz xarakterimlə tam əksdir"
DİA.AZ xalq artisti Elmira Şabanovanın Milli.Az-a istinadən müsahibəsini təqdim edir:

Televiziya teatrı təkcə sırf televiziya rejissorlarının meydanı olmadığı üçün teatr və kino rejissorlarına fərqli imkanlar verir. Televiziya teatrı yaradıcılığında iştirak edən rejissorlar başqa meydanda gerçəkləşdirə bilmədikləri ideyaları teleməkanda realizə edə bilirlər – dramaturji materialın seçilməsində daha azad və sərbəst olurlar. Bu azadlıq və sərbəstlik yalnız rejissorlara deyil, dramaturq və aktyorlara da aiddir. Nəticədə, tamaşaçılar yeni təzahürlərlə tanış olmaq şansı qazanırlar. Əlbəttə ki, televiziya tamaşasını ərsəyə gətirmək üçün rejissorun teatr təhsilinin və təcrübəsinin olması vacib şərtlərdəndir.

Televiziya və ya kinematoqrafın, məsələn, iri plan kimi xüsusiyyəti ilə vəhdətdə isə teatr elementləri televiziya teatrı anlayışını yaradır. Teatr tamaşaları kimi televiziya tamaşaları da əsasən dar məkanlarda, teatr səhnəsini xatırladan kifayət qədər sadə dekorasiyalarda, bəzən interyerlərdə oynanılır. Bu zaman ümumi harmoniyaya və janrın qaydalarına xələl gətirmədən natura çəkilişlərindən də istifadə olunur.

Teletamaşaların daha bir növü telebaletlərdir. Telebaletlər də teletamaşalar kimi məhz televiziyanın qanunlarına cavab verən orijinal yaradıcılıq nümunələridir. Film-tamaşalara həm kinoplyonkaya çəkilmiş teatr tamaşaları, həm də televiziya tamaşaları aid edilir. Lakin bu termin heç də ümumişlək deyil: mütəxəssislər teatr və televiziya quruluşlarını ayırmağa üstünlük verirlər, birinciləri daha çox televersiya, ya da sadəcə tamaşa, ikinciləri isə teletamaşa adlandırırlar.

Maraqlıdır ki, Rusiyanın “Kultura” telekanalı islahatlar dövründə unudulmuş janrlar sırasına keçən teletamaşalara yeni nəfəs vermək niyyətilə 2004-cü ildə 5 çox da böyük olmayan tamaşanı ərsəyə gətirsə də, bu təcrübə televiziya tamaşasının bir janr kimi yeni həyat qazanmasına və yeni quruluşların teletamaşa janrına aidliyinə şübhədən başqa bir reaksiya ilə qarşılaşmadı.

Uzun fasilədən sonra ötən əsrin 80-90-cı illərində müxtəlif teletamaşalara, filmlərə, kliplərə çəkilən xalq artisti Elmira Şabanova populyar aktrisalardan biri kimi tanınır. Aktrisa ilə budəfəki söhbətimiz “Teletamaşalar” rubrikası səbəbində oldu. Söhbətimiz zamanı bu və ya digər səbəblərdən arxivdə qorunub-saxlanılmayan tamaşalardan da söz düşdüyünə görə rubrikanın növbəti buraxılışlarında bu mövzunu ayrıca işıqlandırmağa çalışacağıq.

Elmira Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti - red.) əvvəlcə aktyorluq (1958-1962), sonra isə rejissorluq fakültəsində təhsil alıb (1969). Ömrünün 30 ildən çox hissəsini bu ali təhsil ocağında pedaqoji fəaliyyətə həsr edib. 2006-cı ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb.

E.Şabanovanın filmoqrafiyasında “Avqust gələndə”, “Bədbəxtliyin astanasında”, “Çalışan adam”, “Dairə”, “Əlvida, cənub şəhəri”, “Əsl dost”, “Fəryad”, “Gecə qatarında qətl”, “Gəmi saatının sirri”, “Qafqaz”, “Qəm pəncərəsi”, “Qızlar”, “Qocalar”, “Mirzə Babayev”, “Ötən ilin son gecəsi”, “Özgə vaxt”, “Şahid qız”, “Səhər”, “Son döyüş”, “Sürəyya”, “Təhminə”, “Yoxlama”, “Zirzəmi”, “40-cı qapı”, “İnsanı öldürmək”, “Qaraşın ledinin sonetləri”, “Təkbətək döyüş”, “Kölgə”, “Qapalı orbit”, “Gəlinlər” kimi film və teletamaşalar var.

E.Şabanova:

- Televiziya tamaşasına dəvət olunmağım ilk dəfə keçən əsrin 78-ci ilində baş verib. Mərhum həyat yoldaşım, kinorejissor Rüfət Şabanovun Cek Londonun “İnsanı öldürmək” hekayəsi əsasında hazırladığı tamaşada Miss Setlif rolunu ifa etmişdim. Tərəf-müqabilim də Həsən Məmmədov idi. Bu tamaşa televiziyanın “Qızıl fond”una daxil edilmişdi. Amma sonralar həmin tamaşanın lent yazısı müəmmalı şəkildə yoxa çıxdı...

1979-cu ildə rəhmətlik Tahir Tahirov Bernard Şounun “Qaraşın ledinin sonetləri” əsərinin televiziya tamaşasını hazırlayanda mənə kraliça Yelizaveta obrazını həvalə etmişdi. Bu obraz mənim üçün çox maraqlı idi. Çünki kraliça Yelizavetanın xarakteri mənim öz xarakterimlə tam əksdir. Ona görə o obrazın üzərində çox zəhmət çəkdim və çox da sevdim onu. O obrazdakı zəhmi, ötkəmliyi özümdə uzun müddət tərbiyə etdim ki, rolum təbii alınsın. Özü də rejissor Yelizavetanı fərqli tərzdə tamaşaçılara təqdim etmişdi. Mən portret oxşarlığını tətbiq eləmək istəsəm də, rejissor dedi ki, yox, mən istəyirəm ki, bu tamaşadakı Yelizaveta gözəl olsun. Təəssüf ki, bu tamaşa da məhv olub. Tahir Tahirov telestudiyadan işdən azad olunmasını qəbul etmədiyinə görə bütün arxivini özü öz əliylə yandırmışdı... 1991-ci ildə Vaqif Əsədovun hazırladığı “nkvdeşniklər”in (SSRİ Xalq Daxili İşlər Komissarlığının işçiləri - red.) əməllərindən bəhs edən “Təkbətək döyüş” tamaşası (müəllif A.Stavitski - red.) da çoxdandır gözə dəymir...

Teatr, kino, televiziya təbliğat vasitələri olduğundan insanlara örnək olmalıdırlar. Mən indi də rejissorlardan təkliflər alıram. Amma razılıq vermirəm, çünki ssenarilər çox zəifdir. İndi yazılan ssenarilər başqa ölkələrin, daha çox da Türkiyənin həyat tərzinin yamsılamasıdır. Buna görə də baxımlı deyil, tamaşaçılar öz filmimizə, öz serialımıza baxırlarsa, orada gerçəklikdəki həyatı, istedadla qələmə alınmış süjeti görmək istəyirlər. Rejissora da, aktyora da güc verən mükəmməl ədəbi materialdır. Məsələn, “Gəlinlər”i (əsərin müəllifi M.Atəş, quruluşçu rejissor M.Bədirzadə. 2002) hamı sevdi, bütün sosial təbəqələrə aid olan adamlar. O qədər müxtəlif reaksiyalar eşitdim ki!.. Bir nəfər etiraf elədi ki, o tamaşadan sonra xanımını yaxşıca tənbeh eləyib, başqa bir nəfər dedi ki, “Gəlinlər”ə baxandan sonra xanımının qaynanasına olan münasibəti çox mülayimləşib...

- Çəkilişlər vaxtı kadr arxasında qalan hansısa məqamlar yadınıza gəlir?

- Oğullarımdan ikisini oynayan Rafaellə Coşqun həm də tələbələrim olublar. Coşqun sakit tələbə olub, Rafael isə bir az dəcəlliyi ilə seçilib. Ailə başçısı olduqları üçün bir dəfə məşqdən əvvəl gəlib dedilər ki, saat beşdə toyda olmalıyıq. Mən də buna etiraz etdim. Dedim ki, əvvəla, məşq vaxtını belə işlərə qurban vermək düzgün deyil, ikincisi, mən, sizin müəlliməniz burada ola-ola belə sözü necə gəlib deyirsiniz? “Gəlinlər” əsərindəki Şərəf xanım obrazını bir az mənə uyğunlaşdırmışdılar. Əsərin orijinalında o, günü həyət-bacada keçən evdar qadındı. Məni bu rola dəvət edəndə düşünüblər ki, xarakterimin təbii çalarları özünü mütləq büruzə verib obrazla uyğunsuzluq yaradacaq, ona görə onu tamaşaçılara keçmiş müəllimə kimi təqdim etmək qərarına gəliblər. Bu tamaşadan sonra Nəsibə xanım Zeynalova mənə zəng edib əsərin özünün də, tamaşanın da, ifamızın da çox xoşuna gəldiyini demişdi, mənim ifamdakı qaynana obrazını xeyli tərifləmişdi. Mən də ustad aktrisanın təriflərindən sıxılıb demişdim ki, nə danışırsınız, Nəsibə xanım, bizim bir qaynanamız var, o da sizsiniz. O da cavab vermişdi ki, respublikada iki qaynana var, biri mənim oynadığım qəddar qaynana, o biri sənin oynadığın müdrik qaynana.

- Teleteatr məkanımızın maraqlı tapıntılarına “Qapalı orbit” (əsərin müəllifi A.Laurinçyukas, quruluşçu rejissor R.Həsənoğlu. 1984 ) və “Kölgə” (əsərin müəllifi Ə.Babayeva, quruluşçu rejissor T.Zeynalov. 1985) tamaşalarını da aid etmək olar. Bu tamaşalardakı rollarınız bir-birindən və onlara qədərkilərdən tam fərqli ampluadadırlar. Onların iş prosesi, əks-sədası necə olmuşdu?

- “Qapalı orbit”dəki Stella rolundan sonra “Torqovı”dakı dükanların birində bir satıcı qız mənə dedi ki, mənim də falıma baxa bilərsiniz? “Kölgə” tamaşasının ədəbi materialı da, quruluşu da doğrudan da çox maraqlı və qeyri-standart idi. Oradakı tərəf-müqabilim Həsən Əbluc da vaxtilə mənim tələbəm olub. O, teatrda çalışmadığına görə həmişə təəssüflənirdi. Onunla ilk dəfə bu tamaşada tərəf-müqabil olduq. Tamaşadan sonra Ələviyyə xanımla çox gözəl münasibətlərimiz quruldu. Mənim Bənövşəm onu tam qane etmişdi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Bu gün, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Bu gün, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Bu gün, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55
Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51
"Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16
"Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08
Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02
İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55
"132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51
Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41
Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37
Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14
Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru